Icma.az
close
up
RU
İdman edərkən ürəyi yormamaq üçün 6 VACİB QAYDA

İdman edərkən ürəyi yormamaq üçün 6 VACİB QAYDA

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Məlumdur ki, idmanla məşğul olmaq ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təməl addımdır. Bir çox uzunmüddətli araşdırmalar sübut edib ki, idman ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır və ömrü uzadır. Bu səbəbdən mütəxəssislər hər fürsətdə idmanın əhəmiyyəti barədə araşdırmalar aparıllar.

Mütəxəssislər bildirirlər ki, idmanla məşğul olarkən mütləq aşağıda qeyd olunan məqamlara diqqət yetirmək önəmlidir.

İDMANLA MƏŞĞUL OLARKƏN MÜTLƏQ SU İÇİN

Məlumdur ki, idmanla məşğul olduqda tər ifraz olunur. Bununla da orqanizmdə su və minderal çatışmazlığı yaranır. Bu səbəbdən məşq arasında və ya sonrasında kifayət qədər su və lazım gələrsə tərkibində mineral ehtiva edən içkilərdən mütləq istifadə edin.

HƏR GÜN MİNİMUM 10 MİN ADDIM ATIN

Araşdırmalara görə, gündəlik atılan 10 min addım ürək sağlamlığı üçün çox əhəmiyyətlidir. Hansı ki, 10 min addım sürətlə yerimək qan damarlarının sərtləşməsinin qarşısını ala bilər, qan damarlarının təzyiqini və xolesterol səviyyəsini aşağı sala bilər. Tədqiqatlar göstərir ki, yerimək bu mühüm təsirlər sayəsində infarkt riskini 20 faiz azaldır.

NƏBZİNİZİ NƏZARƏTDƏ SAXLAYIN

İdman edərkən ürək döyüntüsünü nəzarət altında saxlamaq da vacibdir. Çünki ürək döyüntüsü hədəfi aşsa, başgicəllənmə, tarazlığın pozulması, huşunu itirmək kimi problemlər yarana bilər. Mütəxəssislər deyirlər ki, yaşınızı 220-dən çıxırsız, ürək döyüntünüzün sayı qalan rəqəmin 50-70 faizi arasındadır.

BU ŞİKAYƏTLƏR ZAMANI QƏTİ İDMANLA MƏŞĞUL OLMAYIN

 “İdman zamanı döş qəfəsində narahatlıq, qeyri-adi nəfəs darlığı, ürək döyüntüsü və ya baş gicəllənməsi kimi şikayətlər varsa, heç vaxt məşqlərə davam etməyin. Xüsusilə sinə ağrısı infarktın ən əhəmiyyətli əlaməti olduğundan, vaxt itirmədən həkimə müraciət etmək önəmlidir2,- deyə araşdırma müəllifləri qeyd edirlər.

SÜBH TEZDƏN İDMAN ETMƏKDƏN ÇƏKİNİN

Səhər tezdən ilk üç saat ərzində idmanla məşğul olmaq faydalı deyil.  Bu vaxtlarda adrenalin hormonunun ən yüksək səviyyəsi damarlarda daralmalara səbəb olur, nəticədə qan təzyiqi yüksəlir və ürək ritmi sürətlənir. Bunlara əlavə olaraq bədənimizdəki fibrinolitik sistem adlanan və qan laxtasını parçalayan sistem ən aşağı səviyyədə olduğu üçün səhərin erkən saatlarında damarlarda laxtalanma riski artır. Bütün bunlardan əlavə səhər tezdən idman infarkt riskini tətikləyə bilər.

ÇOX İSTİ VƏ SOYUQ HAVALARDA İDMAN ETMƏYİN

İsti havalarda, xüsusilə də həddindən artıq səy göstərilən idman növlərində həddindən artıq tərləmə səbəbiylə damarlarda qan miqdarı azala, nəticədə təzyiq minimuma düşə bilər. İdman soyuq havada qan təzyiqini də poza bilər, sinə ağrısı və ya infarkt riski artır. Buna görə də həddindən artıq isti və ya soyuq havalarda idmanla məşğul olmayın.

Zeynəb Müzəffərli

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri