Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Jurnalistikamızın nüfuzlu kinoşünası

Jurnalistikamızın nüfuzlu kinoşünası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aydın Kazımzadə – 85

Azərbaycan kino tarixinin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktını üzə çıxarıb təsdiqlətmiş, animasiya kinosunun yaranma tarixinin 1933-cü ilə aid olmasını  sübuta yetirmiş jurnalist, kinoşünas, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Aydın Kazımzadə bu gün də araşdırmalarını davam etdirən, qaranlıqlara işıq salan qələm sahibidir.   

O, Azərbaycan kino tarixinin ən dərin bilicisi, canlı ensiklopediyasıdır. Tez-tez   hansısa bir faktı dəqiqləşdirmək üçün mötəbər mənbə kimi Aydın müəllimə müraciət edir və onun dediklərini əsas götürürük. Həmişə də məmnuniyyətlə köməyini əsirgəmir. Onun kino tariximizin 18 il əvvələ çəkilməsini faktlarla isbatlaması sayəsində avqustun 2-si Kino İşçiləri Günü elan edilib. 

“Kino” qəzetinin və “Film” jurnalının baş redaktoru, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, “Azərkinovideo” İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini və baş mütəxəssisi vəzifələrində çalışmış jurnalist Aydın Kazımzadə həyatda dürüstlüyü, işdə səliqə-sahmanı ilə seçilənlərdəndir.

Onun Azərbaycan kino sənətçiləri haqqında yazdığı məqalələrin, elmi-publisistik yazıların, kitabların hər biri böyük zəhmətin məhsuludur. Heç bir fakta ötəri, üzəvari yanaşmaz, axtarışlarında qəvvas kimi dərinliklərə qədər gedib çıxar. Çünki ortaya “çiy” məhsul qoymaqdan zəhləsi gedir. Aydın müəllim deyir ki, gərək yazdığın hər şey aydın olsun, daşdan keçsin.   

Təsadüfi deyil ki, peşəkar kinoşünasın qələmə aldığı “Üzeyir Hacıbəyov və kino”, “Sənədli filmlərin ssenariləri”, “Kino sənəti məsələləri”, “Heydər Əliyev və kinemotoqraf, “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü”, “Kinorejissor Nazim Rza İsrafiloğlu”, “Azərbaycan kino tarixi oçerkləri”, “Azərbaycan kinematoqrafçıları”, “Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu”, “Rasim Ocaqov”, “Bizim “Azərbaycanfilm” və s. kitabları kinoşünas və kinosevərlər üçün ən mükəmməl mənbədir.  

Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən ictimai-siyasi formasiya dəyişiklikləri Azərbaycan kinematoqrafiyasını da iflic vəziyyətinə salanda ən çox heyfsilənənlərdən biri Aydın Kazımzadə olub. O deyir ki, çətin dövr idi. Bütün kino infrastrukturu dağıdılmışdı, büdcə boş idi. Kinostudiyanın həyətində çayxanalar, restoranlar tikilmişdi. Yaxşı ki, dövlət müstəqilliyimiz qazanılandan az sonra Heydər Əliyev hakimiyyətə qayıtdı və milli kinomuzun da üzünə təzədən gün doğdu. Ulu öndər dedi ki, vəziyyət ağırdır, amma Azərbaycan kinosunu yaşatmalıyıq. Və yaşatdı da. Cənab İlham Əliyev də Azərbaycan kinosuna çox diqqətlə, sevgi ilə yanaşır.

Aydın Kazımzadənin ssenariləri də var. “Atikva” ümid deməkdir” (1994) sənədli filminin ssenari müəllifi odur. Bu maraqlı kinolent Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. O, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent olaraq   kino tarixi fənnindən dərs deyib. 

Araşdırmçı jurnalistin diqqətçəkən mülahizələri var.  Onun qeydlərindən bir misal: “İnsan bir dövrə çatanda düşüncəsi daha da işıqlanır: “Biz sovet dövründə yaşasaq da, həqiqətin harada olmasını artıq bilirdik. Tarixi həqiqətə ən əhəmiyyətli işarələr “Yeddi oğul istərəm” filmində edilmişdi. Zalımoğlunun “Dava eləmək biz müsəlmanlara qalıb?” sualı o dövr üçün ən vacib işarə – dissidentlik hesab edilə bilərdi. Burada artıq sinfi mübarizənin necə qanlı olmasının mesajı verilirdi. Və yaxud filmin sonunda Bəxtiyarın tüfəngi yerə sallayıb çıxıb getməsi xalqın sovet siyasətinin qurbanı olmasına etiraz idi. Gəray bəyin məğrur intiharı da sovet rejiminə üsyan idi. Bunu duymamaq mümkün deyil. “Ulduzlar sönmür”, “Qatır Məmməd”, “İşarəni dənizdən gözləyin” filmlərində bugünkü bayrağımız əksini tapırdısa da, biz ona fikir vermirdik. 1918-ci ildə qəbul edilən üçrəngli bayrağın tarixini çox az adam bilirdi”…

Dünən Aydın Kazımzadənin 85 illik yubileyi Azərbaycan Respublikası Dövlət Film Fondunda qeyd edildi. Kino ictimaiyyəti, dostları, həmkarları onun xidmətlərini layiqincə dəyərləndirdilər, araşdırmaçı jurnalistə can sağlığı, yeni uğurlar dilədilər. Biz də Azərbaycan kinosunun gələcəyinə inanan, yubiley yaşında belə yorulmadan çalışan tanınmış qələm sahibini ürəkdən təbrik edirik! 

Xədicə QİYAS,
 Əli NƏCƏFXANLI  
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri