Icma.az
close
up
RU
İdmanla gələn uğur və sağlamlıq Mirzəzadə xanımın hekayəsi

İdmanla gələn uğur və sağlamlıq Mirzəzadə xanımın hekayəsi

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Doğru.az olaraq bu dəfə idman sahəsində öz uğurlu fəaliyyəti ilə seçilən gənc mütəxəssis, fitness məşqçisi Mirzəzadə Xanımla həmsöhbət olduq. O, həm taekvando üzrə nailiyyətləri, həm də fitnes sahəsindəki təcrübəsi ilə seçilir.

– Mirzəzadə xanım, oxucularımıza bir qədər özünüz haqqında məlumat verərdiniz.

2017-ci ildən professional taekvando ilə məşğul oluram. Bu illər ərzində müxtəlif idman nailiyyətləri əldə etmişəm. 2019-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldum. 2024-cü ildə Akademiyanı bitirdikdən sonra Avstraliyada fəaliyyət göstərən Australia Sports Institute Fitness Academy-də sertifikasiya proqramında iştirak etdim. İmtahanı uğurla keçdikdən sonra rəsmi olaraq fitness məşqçisi kimi fəaliyyətə başladım. Artıq bir ildir bu sahədəyəm və böyük həvəslə işləyirəm. Sevdiyim işlə məşğul olmaq həm uğurumu artırır, həm də daim inkişaf etməyə ruhlandırır.

– İdmanla məşğul olmağın əsas faydaları nələrdir?

İdman insan orqanizmi üçün olduqca faydalıdır. Fiziki cəhətdən insan özünü daha sağlam hiss edir. Psixoloji baxımdan isə gərginlik və stres azalır. Serotonin hormonunun ifrazı sayəsində insan özünü daha xoşbəxt və enerjili hiss edir. Bundan əlavə, idman ürək, ağciyər, qan dövranı sistemi üçün çox vacibdir. Yuxusuzluğu azaldır, təngnəfəsliyi aradan qaldırır və ümumilikdə insanın həyat keyfiyyətini yüksəldir.

– Bəs düzgün edilməyən idman hərəkətləri hansı fəsadlara səbəb ola bilər?
Əfsuslar olsun ki, bir çox insan məşqçi nəzarəti olmadan məşq edir. Bu zaman əzələ və vətər qopmaları, sınıqlar, çıxıqlar və hətta bel və boyun yırtıqları kimi ciddi zədələr yarana bilər. Bu fəsadların qarşısını almaq üçün idmandan öncə düzgün isinmə hərəkətləri edilməli və mütləq mütəxəssis nəzarətində məşq aparılmalıdır. Əks halda, fayda yerinə ciddi sağlamlıq problemləri ortaya çıxa bilər.

– İdmana başlayan şəxslər qidalanmalarında nələrə diqqət etməlidirlər?

İdmanda uğur yalnız məşqlə deyil, düzgün qidalanma ilə də bağlıdır. Əgər məqsəd çəki artırmaqdırsa, menyuya karbohidratlar, yumurta, pendir, yulaf, toyuq və banan əlavə olunmalıdır. Çəki azaltmaq istəyənlər bol su içməli, salat və yaşıl çaydan çox istifadə etməlidirlər. Peşəkar məşq edənlər üçün isə balanslı bir menyu vacibdir: yağsız qatıq, zeytun yağı, zəncəfil, ton balığı, tərəvəzlər və A, C vitaminləri ilə zəngin qidalar qida rasionunda mütləq olmalıdır.

– Sonda oxucularımıza nə demək istərdiniz?

Hər kəsi idmanla məşğul olmağa çağırıram. İdman yalnız bədəni formaya salmır, eyni zamanda insanın daxili gücünü artırır, özünəinamını möhkəmləndirir. Əsas odur ki, məqsəd qoyub tənbəllik etmədən addım atasan.

Müsahibə: DOĞRU.AZ
Hazırladı: [Zeynəb Abbasova]

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://dogru.az
archiveBu xəbər 16 May 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri