Icma.az
close
up
RU
İdxaldan asılılığı necə azaltmalı? Oliqarx məmurlar məhsulların ucuzlaşmasında maraqlı deyillər

İdxaldan asılılığı necə azaltmalı? Oliqarx məmurlar məhsulların ucuzlaşmasında maraqlı deyillər

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ölkəyə ət, süd məhsullarının və dənli bitkilərin idxalında ciddi artım qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, Gömrük Komitəsinin 2025-ci ilin yanvar ayı ərzində ölkənin xarici ticarəti ilə bağlı hesabatında yer alıb.

Qeyd olunub ki, bu mal mövqeləri üzrə idxalın dəyəri 28 milyon dollar (57%) artaraq 77 milyon dolları ötüb.

Sözügedən məhsulların idxalının artmasının səbəbi nədir? Ümumilikdə idxaldan asılılığı aradan qaldırmaq üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, idxalın artımı yerli istehsalın azalması ilə bağlıdır.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı 11.19 faiz artıb. Bura heyvandarlıq və bitkiçilik məhsulları, xüsusən də buğda, tərəvəz və çay idxalı daxildir:

"2024-cü il əvvəlki illə müqayisədə yeyinti məhsulları idxalı 15.15 faiz artıb. Son 10 ildə ölkəyə yeyinti məhsullarının idxalı iki dəfədən çox artıb. Bu, ölkədə yeyinti və kənd təsərrüfatı məhsulları istehsalının ciddi şəkildə azaldığını göstərir. Baxmyaraq ki, Dövlət Statistika Komitəsi yeyinti məhsullarının isthesalında artım olduğunu göstərir. Əlbəttə ki, həmin göstəricilər reallığa uyğun deyil. Azərbaycanda əməkhaqqı aşağı olduğu üçün alıcılıq qabiliyyəti də zəifdir. Bu halda tələbatın artması real deyil. Digər tərəfdən, Azərbaycanda ərzaq məhsullarının qiyməti digər ölkələrlə müqayisədə 20-30 faiz yüksəkdir. Bu fonda idxal mallarına ehtiyac artıb".

Ekspert qeyd edib ki, idxalla məşğul olan oliqarx məmurlar ölkəyə gətirilən məhsulların ucuzlaşmasında maraqlı deyillər:

“Onlar monopolist olduqlarına görə çalışırlar ki, daha az məhsul edərək daha çox gəlir əldə etsinlər. Ona görə də ərzaq məhsullarının qiyməti yüksək və dəyişməz olaraq qalır. Məmurlar qiyməti ucuzlaşdırsalar, tələbat artacaq.  Çünki ölkə vətəndaşlarının gəliri az olduğu üçün tələbat duyduqları məhsulların da sayı azdır. Beynəlxalq normanı nəzərə alsaq, azərbaycanlılar normadan iki dəfə az ərzaq məhsulları istehlak edirlər. Ət norması 78 kiloqram olduğu halda, Azərbaycanda istehlak təxminən 35-40 kiloqram arasındadır. Süd istehlakının norması 400-500 litr olduğu halda, ölkədə il ərzində 200-220 litr süd istehlak olunur. Yəni, digər sahibkarlar bu bazara buraxılmadığı üçün ərzaq məhsullarının qiyməti uzun illərdir baha olaraq qalır".

Vahid Məhərrəmli: Ölkədə bir yox, bir neçə topdan satış bazarının olmasına şərait yaradılmalıdır

İdxaldan asılılıqdan azad olmağın yollarına toxunan V.Məhərrəmli hesab edir ki, əsas məsələ daxili istehsalın artırılmasıdır:

"Azərbaycan çalışmalıdır ki, özünün ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəsin. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün indikindən iki dəfə çox məhsul istehsal olunmalıdır. Məsələn, ət və süd iki dəfə, ərzaq buğdası üç dəfə çox istehsal olunmalıdır. Söhbət buğda deyil, ərzaqlıq buğda istehsalından gedir. Eləcə də digər ərzaq məhsullarının istehsalı ən azı iki dəfə artmalıdır ki, ciddi qiymət artımları baş verməsin, ölkə özünün ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına tam ödəyə bilsin və idxaldan asılılıq azalsın”.

Müsahibimiz vurğulayıb ki, bundan başqa, idxalda olan monopoliya aradan qaldırılmalı və daxili bazardakı monopolistlərin qarşısı alınmalıdır. Onun sözlərinə görə, ölkədə bir yox, bir neçə topdan satış bazarının olmasına şərait yaradılmalıdır:

"Həmçinin kəndlilərdən mal və məhsul tədarük edən sahibkarlar Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə yarmarkalar təşkil edərək, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirə bilsinlər".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri