Icma.az
close
up
RU
İƏT ə üzv dövlətlərin əmək nazirlərinin iştirakı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib

İƏT ə üzv dövlətlərin əmək nazirlərinin iştirakı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksəksəviyyəli dəyirmi masa keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

"Dəyişən əmək dünyasında innovativ əmək və məşğulluq strategiyaları: Qlobal çağırışlar - milli həllər" mövzusunda təşkil edilən tədbirin açılış sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakının xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən daha bir mühüm tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

O, Azərbaycanın əmək münasibətləri sahəsində İƏT ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevin tapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

Ölkəmizdə layiqli əməyin təmin olunması, məhsuldarlığın artırılması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, işçi qüvvəsinin peşəkarlığının yüksəldilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinin əmək, məşğulluq sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayıb.

İƏT Əmək Mərkəzinin baş direktoru Azər Bayramov mərkəzin məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı istiqamətində üzv ölkələr arasında əlaqələndirmə missiyasını uğurla yerinə yetirdiyini bildirib.

Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M.Abuthnain "Əmək və məşğulluq sistemlərinin transformasiyası: Çağırışlardan imkanlara" mövzusunda çıxış edərək fikirlərini bölüşüb.

Növbəti sessiyalarda İƏT-ə üzv ölkələrdə qeyri-formal məşğulluqla mübarizə, işçi qüvvəsinin səmərəli idarəsi və bacarıqların müasir iş dünyasının tələblərinə uzlaşdırılması, həmçinin əmək mobilliyinin artırılması kimi bir sıra çağırışlar müzakirə olunub.

Peşə təhsili, məşğulluq proqnozlaşdırması və regional əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Azərbaycanın DOST və "Əmək və məşğulluq" altsistemi (ƏMAS) kimi innovativ təcrübələri təqdim edilib.

Tədbir çərçivəsində İƏT Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci sessiyasına hazırlıqla bağlı sənəd layihələri və hesabatların müzakirəsi məqsədilə yüksəkvəzifəli rəsmilərin görüşü də olub.

Sessiyanın növbəti il üçün sədri Səudiyyə Ərəbistanı, sədr müavini isə Çad Respublikası seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri