Icma.az
close
up
RU
İftarda bu qidalardan uzaq durun Diyetoloq

İftarda bu qidalardan uzaq durun Diyetoloq

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ramazan ayında düzgün qidalanma uzunmüddətli aclıqdan sonra orqanizmin ehtiyaclarını balanslı şəkildə qarşılamaq baxımından böyük önəm daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Ceyhunə Yusifova oruc tutanlar üçün sağlam və balanslı qidalanma qaydaları barədə danışarkən deyib.

Diyetoloqun sözlərinə görə, orqanizmi birdən-birə yükləməmək üçün iftarda yüngül və balanslı qidalar seçilməlidir:

“Xurma təbii şəkər mənbəyi olduğu üçün qan şəkərini sağlam şəkildə bərpa edir. Su və ya limonlu ilıq su isə həzmi asanlaşdırır və bədəni nəmləndirir. Uzunmüddətli toxluq hissi yaratmaq üçün zülal və lifli qidalar – toyuq, balıq, yumurta, paxlalılar və tərəvəzlər önəmlidir.

Tam taxıllar – bulqur, qarabaşaq, qəhvəyi düyü kimi kompleks karbohidratlar enerjinin uzun müddət qorunmasına kömək edir, şorba mədəni yormadan həzmi rahatlaşdırır və bədənin su balansını tənzimləyir”.

Yusifova bildirib ki, gün ərzində enerjili qalmaq üçün imsakda protein, sağlam yağlar və kompleks karbohidratlara üstünlük verilməlidir:

“Yumurta, avokado, pendir, badam, qoz, fındıq uzunmüddətli enerji təmin edir, qatıq və kefir həzm prosesini yaxşılaşdırır və bağırsaq florasını qoruyur, tam buğda və ya çovdar çörəyi uzun müddət toxluq hissi yaradır.

Su içmək vacibdir – iftar və imsak arasında ən az 8-10 stəkan su içilməlidir”.

Diyetoloq iftardan sonra həzm problemlərinin yaranmaması üçün bəzi məqamlara diqqət yetirilməli olduğunu qeyd edib:

“Yağlı və qızardılmış qidalar həzm prosesini yavaşladır və mədəni yükləyir. Yeməyi yavaş və yaxşı çeynəmək həzmi asanlaşdırır. Şəkərli içkilər və qazlı sulara diqqət etmək lazımdır, çünki bu içkilər mədədə qaz yarada bilər. Həzm sistemini rahatlaşdıran nanə, zəncəfil və çobanyastığı çayları içmək olar. Yeməkdən dərhal sonra uzanmamaq və yüngül hərəkət etmək həzmi sürətləndirir və mədə problemlərinin qarşısını alır.

Ramazan ayında sağlam qidalanmaya riayət edərək, həm enerjinizi qoruya, həm də həzm problemlərinin qarşısını ala bilərsiniz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri