Icma.az
close
up
RU
İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub

İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Ermənistanla sərhəddə yerləşən İğdır əyalətinin məktəb və liseylərinin yüzlərlə tələbə və müəllimləri erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarına ucaldılmış abidə-muzey önündə aksiyaya toplaşıblar.

AZƏRTAC xəbər verir ki, aksiya bu Şərqi Türkiyə əyalətinin Milli Təhsil İdarəsi tərəfindən təsdiqlənmiş “Şəhərin yaddaşı tarixin işığında” layihəsi çərçivəsində baş tutub.

Aksiyada çıxış edən İğdırın valisi Ercan Turan gənc nəsli 1915–1920-ci illərdə ermənilər tərəfindən qətlə yetirilmiş yerli sakinlərin xatirəsini anmağa çağırıb.

“İğdırın bir çox yaşayış məntəqəsi ermənilərin törətdiyi qanlı cinayətlərə şahid olub. O dövrdə Oba, Xakmehmet kəndlərində və İğdırın bir çox digər bölgələrində kütləvi qətliamlar törədilib. Mən və hər bir İğdır sakini şəhidlərimizin xatirəsini ehtiramla anırıq”, – deyə vali vurğulayıb.

O qeyd edib ki, hər bir millətin borcu öz gənc nəslini ölkəsinin tarixini yaddaşlarda saxlayaraq yetişdirməkdir. “Öz ölkəsinin keçmişini unudanlar məhvə məhkumdurlar”, – deyə Ə.Turan bildirib və İğdır gənclərini vilayətin tarixinin faciəli səhifələrini öyrənməyə çağırıb.

Daha sonra çıxış edən İğdırın Milli Təhsil İdarəsinin rəhbəri Aziz Gün 1915-ci ildə və sonrakı illərdə baş verən qanlı hadisələri “Türkiyə xalqına qarşı soyqırımı aktı” adlandırıb.

“Erməni quldur dəstələrinin cinayətləri bütün hədləri aşmışdı, belə ki, qadınlar, uşaqlar, qocalar qətlə yetirilirdi. Qətlə yetirilənlərin bir hissəsinin adları bu günə çatmayıb, lakin həmin faciəli hadisələrin xatirəsi yaşayır. Ermənilər və onların havadarları bu cinayətlərin izlərini silə bilməyəcək. İğdırın hər yeni nəsli ədalət tələb edəcək. Nə bağışlayacağıq, nə də unudacağıq”, – deyə A.Gün bildirib.

O qeyd edib ki, bütün dünya məhz ermənilərin Türkiyə xalqına qarşı soyqırımı törətdiyini bilməlidir.

Aksiya əllərində Türkiyə bayrağı olan gənclərin İğdır küçələrində yürüşləri ilə davam edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri