II Liqa: Qaradağ Lökbatan liderliyi darmadağınla ələ aldı
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan II Liqasında XVI tur davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha bir görüş baş tutub.
Günün yeganə qarşılaşmasında çempionluğa iddialı "Qaradağ Lökbatan" "Şəmkir"i qonaq edib. Ötən tur "Xankəndi"yə uduzaraq zirvəni əldən verən Qəzənfər Abbasovun komandası evdə 3 xal qazanıb. Meydan sahibləri 3 xalı 4 cavabsız qolla əldə ediblər. Beləliklə, "Qaradağ Lökbatan" azı bir günlük yenidən liderliyə yüksəlib.
Qeyd edək ki, tura martın 4-də yekun vurulacaq.
Azərbaycan II Liqası
XVI tur
2 mart
“Qaradağ Lökbatan” – “Şəmkir” 4:0
Qollar: R.Quliyev, 30. H.Həsənov, 44. T.Axverdiyev, 45. İ.Hüseynov, 87.
Bu mövzuda digər xəbərlər:II Liqa: Qaradağ Lökbatan səfərdə qazandı, liderliyi ələ keçirdi
07 Dekabr 2025 17:24
II Liqa: “Qaradağ Lökbatan” liderliyə yüksəldi
14 Oktyabr 2025 17:17
II Liqa: “Qaradağ Lökbatan”dan darmadağın
17 Mart 2026 22:03
II Liqa: Xankəndi də darmadağınla qalib gəldi, Qaradağ Lökbatan da
17 Noyabr 2025 16:34
Baxış sayı:121
Bu xəbər 02 Mart 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















