Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycan AQEM in inkişafına mühüm töhfələr verib ŞƏRH

Azərbaycan AQEM in inkişafına mühüm töhfələr verib ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə çıxış edib.

Bu sözləri SİA-ya deputat Elman Nəsirov deyib.

O bildirib ki, AQEM təhlükəsizliyin, siyasi dialoqun və dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən çoxtərəfli platformadır. Azərbaycan bu təşkilatın təsisçi üzvlərindən biridir və 2024–2025-ci illərdə təşkilata sədrlik edib:

“Təşkilat 1992-ci ildə yaradılıb. Onun əsas məqsədləri ilk növbədə hərbi-siyasi təhlükəsizliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, dialoqun və etimad tədbirlərinin təşviqidir. Bununla yanaşı, iqtisadi əməkdaşlıq, ticarət, investisiyalar, kiçik və orta biznesin inkişafı, nəqliyyat bağlantıları və regional nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi də təşkilatın fəaliyyət istiqamətlərinə daxildir. Ekoloji və davamlı inkişaf, iqlim dəyişmələri, yaşıl inkişaf, eləcə də təhsil, mədəniyyət və insanlararası əlaqələrin genişləndirilməsi humanitar əməkdaşlığın əsas istiqamətlərindəndir.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə bir sıra prioritetlər müəyyənləşdirilmişdi. Bunlara regionallaşma, nəqliyyat bağlantılarının inkişafı, davamlı sədrliyin təmin edilməsi, təşkilatın statusunun yüksəldilməsi, onun beynəlxalq təşkilata çevrilməsi istiqamətində nizamnamənin hazırlanması, regional təhlükəsizlik, etimad tədbirləri və siyasi dialoqun genişləndirilməsi daxil idi.

Prezident İlham Əliyev sammitdə geniş və əhatəli çıxış edərək beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xarici siyasətini bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət prinsipləri əsasında həyata keçirir.

Prezident qeyd edib ki, Azərbaycan dövlətlərarası münaqişələrin həllində ikili standartların və selektiv yanaşmaların tətbiqinə qarşı həmişə fəal mövqe nümayiş etdirib. Onun sözlərinə görə, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra uzun müddət ikili standartlarla üzləşib. Azərbaycan ərazisinin 30 faizinin işğal altında olduğu dövrdə Ermənistana qarşı beynəlxalq sanksiyalar və təzyiq mexanizmləri tətbiq edilməyib.

Halbuki BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişə ilə bağlı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və tam çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin bu qətnamələr icra olunmamış, kağız üzərində qalmışdı. Münaqişənin həlli mandatına malik olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də faktiki olaraq nəticəsiz və imitasiya xarakterli olmuşdu.

Dövlət başçısı bu kontekstdə Ermənistanın əvvəlki rəhbərliyinin məsuliyyətinə də toxunub. O bildirib ki, Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları müharibə cinayətləri ilə bağlı layiq olduqları cəzanı almayıblar. Prezidentin sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi də 2018-ci ildə hakimiyyətə gəldikdən sonra sələflərinin cinayətkar siyasətini davam etdirib.

İlham Əliyev Ermənistanın baş nazirinin 2019-cu ildə Xankəndidə səsləndirdiyi fikirləri və ölkənin müdafiə nazirlərindən birinin Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması ilə bağlı bəyanatını xatırladıb. Prezident qeyd edib ki, bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verirdi. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, hərbi cinayətlər törədib, etnik təmizləmə və qətliam siyasəti həyata keçirib, Azərbaycanın dini müqəddəs yerlərini təhqir edib. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayıb, beynəlxalq ictimaiyyət isə baş verənləri kənardan müşahidə etməklə kifayətlənib.

Prezidentin sözlərinə görə, Ermənistan 2020-ci ildə də hərbi təxribatlar törədib və bütün bu hadisələr Azərbaycan xalqının səbrini tükəndirib. Nəticədə 44 günlük Vətən müharibəsi başlayıb. Azərbaycan 44 gün ərzində 300-dən çox şəhər və kəndi işğaldan azad edib, Ermənistan isə 2020-ci ildə kapitulyasiya sənədini imzalamağa məcbur olub.

Daha sonra, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Sentyabrın 20-də Qarabağdakı Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulub və separatçı qurumun fəaliyyəti dayandırılıb. Bundan sonra Qarabağdakı separatçı liderlər və müharibə cinayətlərində ittiham olunan şəxslər barəsində Azərbaycanda məhkəmə prosesi keçirilib.

Prezident İlham Əliyev məhkəmə prosesinin hüquqi mahiyyətinə də diqqət çəkib. O bildirib ki, vaxtilə Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxslər hazırda müttəhimlər kürsüsündə əyləşir və törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan müharibədə qalib gəlsə də, sülhün tərəfdarıdır və Ermənistanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı məhz Azərbaycandır. Prezident qeyd edib ki, ölkəmiz fərqli davranmaq imkanına malik olsa da, sülh yolunu seçib. Artıq bir müddətdir ki, Azərbaycan sülh şəraitində yaşamaq üçün çalışır. Bununla belə, mövcud sülhün hələ də kövrək olduğu, qorunmasının və möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

İlham Əliyev Ermənistanın konstitusiyası və sülh müqaviləsi ilə bağlı məsələlərə də toxunub. O qeyd edib ki, Ermənistanın baş naziri daha əvvəl ölkənin yeni konstitusiyasının 2026-cı ilin sonunadək hazırlanacağını və sülh müqaviləsinin 2027-ci ilin əvvəlində imzalana biləcəyini bildirmişdi. Azərbaycanın mövqeyinə görə, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının qalması sülh prosesinin qarşısında maneə yaradır.

Prezident Ermənistan rəhbərliyinin son açıqlamalarında sülh müqaviləsinin imzalanması ilə bağlı müddətin daha da uzadılmasının nəzərdə tutulduğuna diqqət çəkib. Bu yanaşmanın sülh prosesində prinsipiallığın nümayiş etdirilmədiyini göstərdiyini bildirib. Dövlət başçısı, həmçinin Ermənistanın hansı səbəbdən hələ də bu cür mövqe sərgilədiyini və beynəlxalq səviyyədə kimlər tərəfindən dəstəkləndiyini sual altına qoyub.

Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslərin AQEM-in inkişafına töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, görülən işlər nəticəsində təşkilat iqtisadi baxımdan daha da güclənib və üzvlərinin sayı genişlənib”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri