Icma.az
close
up
RU
İİB nin Bakı toplantısı: Azərbaycan üçün strateji sıçrayış nöqtəsi

İİB nin Bakı toplantısı: Azərbaycan üçün strateji sıçrayış nöqtəsi

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Dünən Bakı şəhəri növbəti dəfə qlobal və regional əhəmiyyətli mötəbər bir platformaya - İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik toplantısına ev sahibliyi edib. Bu tarixi hadisə sadəcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi və strateji xəritəsində yeni bir səhifə açır. Tədbirin builki əsas şüarının “Davamlı tərəqqi üçün regional inteqrasiya” olduğu da təsadüfi seçilməyib. Çünki, bu mötəbər toplantının məhz paytaxtımızda keçirilməsi ölkəmiz və regionumuz üçün real və əhəmiyyətli üstünlüklər yaradır.”

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O bildirib ki, bu tədbir Azərbaycanın İslam dünyasındakı liderlik missiyasını və beynəlxalq nüfuzunu möhkəmləndirir. COP29-dan və WUF13-dən sonra Bakının belə bir elitar maliyyə sammitinə ev sahibliyi etməsi ölkəmizin qlobal iqtisadi və maliyyə idarəetməsində etibarlı tərəfdaş və mühüm bir mərkəz olduğunu yenidən sübut etdi. 57 üzv ölkənin nazirlərini, bank-maliyyə strukturlarının rəhbərlərini və özəl sektor nümayəndələrini bir araya gətirən bu toplantı ölkəmiz üçün iqtisadi divident və investisiya axınına əlverişli şərait yaratdı. Bu isə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji” zonasına çevrilməsi və "ağıllı şəhər" layihələrinin maliyyələşdirilməsi üçün alternativ, faizsiz və güzəştli investisiya mənbələri deməkdir.

Deputat əlavə edib ki, toplantının ən vacib məqamlarından biri də regional inteqrasiya və “Orta Dəhliz” layihəsinin gücləndirilməsidir. İslam İnkişaf Bankının bu toplantısı Cənubi Qafqazı Asiya ilə Avropa, eləcə də İslam dünyası arasında dayanıqlı bir logistika və enerji qovşağına çevirir. Regional enerji dəhlizlərinin qurulması, transsərhəd infrastruktur layihələrinin reallaşdırılması təkcə Azərbaycanın deyil, qonşu dövlətlərin və gələcəkdə regionun digər aktorlarının da iqtisadi təhlükəsizliyini təmin edəcək, ticarət əlaqələrinin şaxələndirəcək, yeni iş yerlərinin yaradılmasına yol açacaq.

K.Bayramov onu da qeyd edib ki, bu toplantı sadəcə bir neçə günlük müzakirə paneli deyil, İslam dünyasının nəhəng kapitalının Cənubi Qafqaza yönəldilməsi, regionda sabitliyin, dayanıqlı inkişafın və rifahın bərqərar olunması üçün strateji bir sıçrayış nöqtəsidir. Azərbaycan isə bu missiyanın mərkəzində durmağa və onu tam həcmdə reallaşdırmağa hazır olduğunu bir daha nümayiş etdirdi.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyun 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri