Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 oktyabr, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə həyata keçirilən III Tələbə Mentorluq Proqramı uğurla başa çatıb.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, 11 universitetdən ümumilikdə 628 nəfər proqrama müraciət edib. Müraciətlər arasından seçilmiş 83 tələbə Mentorluq Proqramına cəlb olunub. Onlardan 42 nəfəri proqramı uğurla tamamlayaraq sertifikatla təltif edilib, 22 tələbə isə xüsusi fəallığı və yüksək nəticələri ilə fərqlənmə diplomu əldə edib.

Yekun tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, Tələbə Mentorluq Proqramının əsas məqsədi yalnız tələbələrə bilik ötürmək deyil, “Yüksəliş” qaliblərinin idarəçilik təcrübəsini gənclərlə bölüşərək onların potensialının üzə çıxmasına və gələcək karyera seçimlərinə dəstək olmaqdır. Proqram çərçivəsində formalaşan mentor-tələbə əməkdaşlığının real məşğulluq və inkişaf imkanlarına çevrilməsi layihənin əsas nəticələrindən biridir.

Tədbir zamanı “Yüksəliş” müsabiqəsinin qalibləri, işçi qrupunun üzvləri və proqram iştirakçıları mentorluq dövründə qazandıqları təcrübələri bölüşüblər. Çıxışlarda mentor və tələbələr arasında qurulan əməkdaşlığın bilik və təcrübə mübadiləsi ilə yanaşı, gənclərin potensialının üzə çıxarılmasına və onların gələcək peşəkar inkişafına töhfə verdiyi qeyd olunub.

Tələbələrin fərdi inkişafının qiymətləndirilməsi məqsədilə proqramı uğurla başa vuranlar HEXACO psixoloji qiymətləndirmə testindən də keçiblər. Test nəticələri əsasında hər bir iştirakçı üçün fərdi hesabat hazırlanıb.

III Tələbə Mentorluq Proqramı çərçivəsində tələbələr üçün 6 modul üzrə 17 təlim təşkil edilib, ümumilikdə 300-ə yaxın mentorluq görüşü keçirilib. Proqramda “Yüksəliş” müsabiqəsinin I, II, III və IV mövsümlərinin qalibləri olmaqla 27 nəfər mentor qismində iştirak edib.

I, II və III Tələbə Mentorluq proqramlarında ümumilikdə 221 nəfər iştirak edib, 153 nəfər isə proqramı uğurla başa vurub.

Tələbə Mentorluq Proqramının iştirakçılarının bir qismi mentorların dəstəyi ilə işlə təmin olunub, bir sıra tələbələr isə müxtəlif təcrübə proqramlarına və layihələrə cəlb ediliblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri