Icma.az
close
up
RU
İİTKM “İnnovasiya ekosistemi və startaplar: Qlobal təcrübə və Azərbaycan reallığı” kitabının yazılması üçün müəlliflərə çağırış edir

İİTKM “İnnovasiya ekosistemi və startaplar: Qlobal təcrübə və Azərbaycan reallığı” kitabının yazılması üçün müəlliflərə çağırış edir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) innovasiya siyasəti, startap ekosistemi və bilik əsaslı iqtisadiyyat sahəsində analitik yanaşmalar təqdim edən yeni elmi-nəşrin hazırlanmasına başlayıb. “İnnovasiya ekosistemi və startaplar: Qlobal təcrübə və Azərbaycan reallığı” adlı nəşr İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının koordinasiyası ilə hazırlanır.

Nəşrin əsas məqsədi qlobal innovasiya ekosistemlərinin qabaqcıl təcrübələrini sistemli şəkildə təhlil etmək, həmin modellərin Azərbaycan reallığına uyğun tətbiqi üçün elmi əsaslandırılmış və praktik tövsiyələr formalaşdırmaqdır. Kitab innovasiya ekosistemi və startaplar mövzusunda fərqli auditoriyaları bir araya gətirən vahid mənbə kimi hazırlanır. Nəşr startapçılardan tutmuş siyasət formalaşdıran qurumlara qədər geniş oxucu kütləsinə qlobal təcrübə və yerli reallıqlar əsasında praktik baxış təqdim edir. Bu yanaşma kitabı innovasiya sahəsində aktual istinad mənbəyinə çevirir. 

Kitab beynəlxalq və yerli auditoriya üçün nəzərdə tutulub. Əsas hədəf qrupları: 

·         startap təsisçiləri və sahibkarlar;

·         dövlət qurumları və siyasət formalaşdıran institutlar;

·         universitetlər, tədqiqat mərkəzləri və innovasiya sahəsində çalışan mütəxəssislər;

·         investorlar, akselerasiya və inkubasiya proqramları;

·         innovasiya ekosisteminə maraq göstərən oxucular.

Kitabda aşağıdakı əsas istiqamətlər üzrə geniş analitik yanaşmalar təqdim olunacaq:

·         innovasiya ekosisteminin nəzəri çərçivəsi və qlobal modellər;

·         tədqiqat və inkişaf prosesləri, texnologiya transferi və “spin-off” mexanizmləri;

·         bilik transferi və bilik əsaslı iqtisadiyyatın potensialı;

·         startapların yaradılması və inkişafı üzrə proqramlar, metodologiyalar və praktiki alətlər;

·         innovasiya idarəetmə sistemləri, portfel menecmenti və ölçmə mexanizmləri;

·         Azərbaycanın innovasiya ekosisteminin institusional və müqayisəli təhlili;

·         hüquqi və tənzimləyici çərçivə;

·         yerli startapların təcrübələri, uğur nümunələri və mövcud çağırışlar;

·         strateji tövsiyələr, yol xəritəsi və gələcək inkişaf perspektivləri.

Nəşrin innovasiya ekosisteminin inkişafında iştirak edən bütün maraqlı tərəflər üçün etibarlı istinad mənbəyinə çevriləcəyi gözlənilir. Kitab həm nəzəri yanaşmalar, həm də praktiki tətbiqlər vasitəsilə ölkədə innovasiya siyasətinin daha sistemli və nəticəyönümlü şəkildə formalaşdırılmasına töhfə verməyi hədəfləyir.

Kitabın hazırlanması prosesinə dünyanın qabaqcıl innovasiya ekosistemlərini təmsil edən alim və tədqiqatçılar, eləcə də praktiki biznes təcrübəsinə malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Nəşrin 2026-cı ilin sonuna qədər çap olunması planlaşdırılır.

Kitabın hazırlanması prosesində iştirak etmək istəyən mütəxəssislər 2026-cı il 1 mart tarixinədək müraciət edə bilərlər.

Ətraflı məlumat linkdədir:
https://ereforms.gov.az/az/publications/42

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri