Icma.az
close
up
RU
Dələduz ustaların “kitabı bağlanır”

Dələduz ustaların “kitabı bağlanır”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müxtəlif xidmət sahəsi üzrə fəaliyyət göstərənlərin peşə təhsili alması zəruridir.” 

“Artıq Azərbaycan təhsil sistemində peşə təhsilinə xüsusi diqqət ayrılır. Yeni ixtisaslar açılır, yüksək peşə təhsili istiqamətində təhsil alanlara imtahansız ali təhsil almaları üçün subbakalavr dərəcəsi verilir”. 

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssisi Ramin Nurəliyev deyib. 

Onun sözlərinə görə, peşə təhsili – əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi hesab olunur: 

“Hazirda müxtəlif sahələr üzrə peşə təhsili ixtisasları var. Sevindirici hal odur ki, hazırda peşə təhsili almaq üçün hər hansı bir qəbul imtahanı verməyə ehtiyac yoxdur. 

Abituriyent orta məktəbi bitirdiyi attestat qiymətlərinin ortalamasına - UOMG nəticəsinə əsasən peşə təhsili müəssisələrinə müraciət edə bilər. Peşə təhsili müəssisələrində hazırda arxiv işi, kargüzarlıq, inşaat, memarlıq və tikinti, xalçaçılıq, musiqi alətlərinin bərpası, zərgərlik, nəqliyyat servisi, neft-qaz avadanlıqlarının təmiri, texnologiya avadanlıqları və elektronika sahələri və s. üzrə 50-yə yaxın ixtisas var”. O bildirib ki, hazırda usta fəaliyyətindən narazı olan vətəndaşlar var: 

“İstər nəqliyyat vasitəsini, istər mənzil təmirini ustaya, yəni həmin peşənin sahibinə əmanət edənlər bir müddət sonra göstərilən xidmətin yararsızlığından, yaxud aldadıldığından şikayət edirlər. Nəzərə almaq lazımdır ki, hər bir təmir və xidmət sahəsi üzrə hər kəs işinin mütəxəssisini axtarır. Amma hazırda əmək bazarında işinin mütəxəssisi olan peşə xidməti göstərənlərlə yanaşı, fırıldaqçı ustalar da var. 

Qanunvericiliyin tələbinə uyğun olaraq, hər bir sahibkar və yaxud da fiziki şəxs kimi fəaliyyət göstərən vətəndaş, yəni usta ilk növbədə göstərdiyi xidmətin mütəxəssisi olmalıdır.

Yəni xidmət növü üzrə bilik və bacarığı ilə yanaşı, həmin sahəyə uyğun təhsili də olmalıdır. Əgər hər hansı bir texniki sahə və yaxud  ustalıq fəaliyyəti üzrə xidmət göstərən vətəndaş həmin peşə sahəsi üzrə təhsil almayıbsa bu istiqamətdə xidmət göstərməsi qanunsuz hesab olunmalıdır. Yəni xidmət göstərənin bilik, bacarığı ilə yanaşı, həmin peşəyə aid müəyyən diplomunun da olması zəruridir”. 

Ekspert vurğulayıb ki, hazırda peşə təhsili müəssisələrində bütün istiqamətlər üzrə peşə ixtisasları var: 

“Arzuolunandır ki, həm texniki avadanlıqlar, həm də ev-məişət xidmət sahələri üzrə usta fəaliyyəti göstərənlər həmin peşə ixtisasları üzrə təhsil alsınlar. Bu, həm peşə təhsilinin qəbulunda canlanma əmələ gətirər, həm də xidmət göstərənlər ixtisaslı kadr kimi formalaşar. 

Beynəlxalq təcrübəyə baxdıqda, xüsusi peşə təhsil sahələri üzrə təhsil almayanlar həmin xidmət sahələrində mütəxəssis kimi fəaliyyət göstərə bilməz. Ya köməkçi kimi, ya da fəhlə kimi fəaliyyət göstərə bilər. Düşünürəm ki, müəyyən peşə təhsili almış ixtisaslı ustaların əmək fəaliyyəti usta dələduzluğunun da qarşısını alacaq”. 

Həmsöhbətimiz qeyd edib ki, bu gün müxtəlif xidmət sahəsi üzrə peşə diplomu olmayan minlərlə usta var ki, həqiqi sənətkarların adına ləkə gətirərək vətəndaşları aldadır: 

“Bu da vətəndaşların haqlı iradlarına səbəb olur. İstər iaşə, istərsə də usta xidmətlərindən istifadə edən vətəndaş ona xidmət göstərənlə müqavilə bağladıqda, onun təhsilini müəyyənləşdirmək üçün diplomunu tələb edə bilər, yaxud da işə yararlılığını müəyyənləşdirər”. 

Ramin Nurəliyev hesab edir ki, peşə təhsilinin yararlılığını artırmaq, həmçinin peşəkar mütəxəssislərin xidmət göstərməsi istiqamətində bu addım ürəkaçan olacaq: 

“Həm də xidmət alan vətəndaşlar dələduz ustalar tərəfindən aldanmayacaq. Bu addım xidmət sahəsində fəaliyyət göstərən ustaların səhlənkarlığının, o cümlədən də, ehtiyatsızlıqdan baş verən bədbəxt hadisələrin də qarşısını müəyyən qədər alacaq”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri