Icma.az
close
up
RU
İki cəbhə, bir məqsəd: Qarabağ səfərdə, Zirə doğma meydanda mərhələ adlamağa çalışacaq

İki cəbhə, bir məqsəd: Qarabağ səfərdə, Zirə doğma meydanda mərhələ adlamağa çalışacaq

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Anar Həsənov...

Yay gəldimi, Azərbaycan klubları üçün avrokubok döyüşləri başlayır. Bu döyüşlər isə təkcə idman meydanlarında yox, ölkə reytinqində, prestijdə və futbol diplomatiyasında da yaşanır. "Qarabağ" və "Zirə" bu gün UEFA-nın iki fərqli turnirində mühüm oyunlara çıxacaq.

"Şelburn" - "Qarabağ": Təcrübənin qarşısında İrland ruhu

İllərdir ki, avrokuboklarda sabit şəkildə mübarizə aparan "Qarabağ" bu dəfə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə qarşılaşacaq. Ənənəvi olaraq, bu tip qarşılaşmalarda favorit aydın olur: avrokubokların qrup mərhələlərində dəfələrlə oynamış, ciddi beynəlxalq təcrübəyə sahib "Qarabağ".

Ancaq İrlandiya futbolu heç də zəif deyil. Fiziki güc, hava topları və intizamlı müdafiə bu ölkənin klublarına xas olan üslubdur. "Şelburn" bu mövsüm öz ölkəsində ciddi yüksəlişdədir və müdafiəyə əsaslanan taktiki oyun oynayır.

"Qarabağ"ın üstünlüyü təcrübə, oyun ritmi və xüsusilə də Avropa oyunlarının ab-havasına adaptasiyasıdır. Amma arxayınlıq təhlükəlidir. İrlandiya təmsilçiləri tez-tez "dəmir intizam"la sürprizlərə imza atıblar.

"Zirə" - "Hayduk": Səssiz iddia, ciddi imtahan!

"Zirə" isə UEFA Konfrans Liqasında mövsümün debütünü edir. Rəqib Xorvatiya futbolunun köklü klubu "Hayduk Split"dir. Rəqibin təkcə adı kifayətdir ki, ciddiyə alınsın. Bu komandanın həm təcrübəsi, həm də legioner keyfiyyəti yüksəkdir. Lakin unutmayaq ki, "Hayduk" illərdir stabil deyil. Daxili qarışıqlıqlar, dəyişən heyətlər və nəticə sıçrayışları onların zəif tərəfidir.

"Zirə" isə yerli liqada az danışıb, çox iş görməyi sevən klubdur. Baş məşqçi Rəşad Sadıqovun oyunu oxuma bacarığı, futbolçuların intizamı və səmərəli taktiki sxemlər "Zirə"ni təhlükəli edir. Xüsusilə ev oyununda ilk 90 dəqiqəlik nəticə, mərhələnin taleyini həll edə bilər.

Hətta "Zirə" evdə uduzmasa, cavab oyunu üçün çox ciddi şans qazanacaq.

Nəticə etibarilə "Qarabağ" üçün turu keçmək artıq bir vəzifədir. Keçmək, irəliləmək, qrup mərhələsinə adlamaq. "Zirə" üçün isə, özünü yaxşı tərəfdən göstərmək üçün yaxşı fürsətdir. Hər iki klub bu qarşılaşmalarda təkcə özlərini yox, Azərbaycan futbolunun iradəsini və səviyyəsini təmsil edir.

Qələbə təkcə meydanda yox, futbol düşüncəsində, ciddiyyətdə və hazırlıqda qazanılır.

Avrokuboklarda çıxış edən hər bir klubumuza uğurlar!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri