Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

İki əsrin maarifçi filosofu Filosof Firudin Köçərlinin 105 illiyinə

İki əsrin maarifçi filosofu Filosof Firudin Köçərlinin 105 illiyinə

Icma.az bildirir, 525.az portalına istinadən.

Rafiq ƏLİYEV

"Həqiqəti anlayıb yaşamaq həyatda hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Bu, təbiətin insana olan mərhəməti, Allahın Lütfidir". Bu gün 105 illiyini qeyd etdiyimiz filosof-alim, sitat gətirdiyimiz bu düşündürücü fikirlərin müəllifi Firudin Köçərli məhz həmin xoşbəxt insanlardandır. O, 85 illik faydalı və zəngin alim ömrünün 26 ilini Fəlsəfə və Hüquq İnstitutunun rəhbər heyətində keçirib. Məhz uzun illər boyunca çəkilmiş əziyyətlərin bəhrəsidir ki, bu gün Fəlsəfə və Hüquq İnstitutu Azərbaycan fəlsəfi irsini yaşadır, onu yeni dövrün çağırışlarına uyğunlaşdıraraq daha da inkişaf etdirir.

Elə insanlar var ki, zaman keçdikcə onların cəmiyyətdəki rolu nəinki azalır, əksinə, daha ciddi aktuallıq kəsb etməyə başlayır. Firudin müəllim məhz belə şəxsiyyətlərdəndir. O, sadə kənd həyatı yaşayan bir ailədən çıxaraq öz zəhməti, əziyyəti sayəsində Azərbaycan fəlsəfə elminin zirvələrinə yüksəlib, ömrünün sonuna kimi mənəvi bütövlüyünü zərrə qədər də itirməyib; gənc yaşlarından bir həqiqəti dərk edib - insanın dəyəri vəzifə ilə deyil, özünə və başqalarına olan vicdanlı münasibətlə ölçülür. Firudin Köçərli bu keyfiyyətləri bütün ömrü boyu ləyaqətlə daşıyıb. Həyatının ən mənalı hissəsini Fəlsəfə və Hüquq İnstitutunda keçirmiş Firudin Köçərli üçün 26 ildən artıq müddətdə bu elm ocağına rəhbərlik etmək sadəcə vəzifə icrası deyildi. Həmin dövr ərzində bu institutda güclü filosoflar nəsli formalaşdı. Firudin müəllimin dövründə institut təkcə elmi müəssisə deyildi - burada fikrə, əməyə, şəxsiyyətə dərin hörmət hökm sürürdü. Onun adı Azərbaycan fəlsəfə məktəbinin təməl daşına çevrildi, düşüncə tərzi isə respublikanın humanitar mühitinin ayrılmaz hissəsi oldu. Amma o, hər şeydən əvvəl İNSAN idi. Həyatı boyu kimsəyə səsini qaldırmadı, heç kimi incitmədi, başqalarını əzməklə ucalmadı. Onun nüfuzu qorxudan deyil, ləyaqətdən, ədəb-ərkandan, müdriklikdən və nadir mənəvi saflıqdan qaynaqlanırdı.

F.Köçərli əsasən Azərbaycan fəlsəfə tarixinin tədqiqi ilə məşğul olurdu. Onun müəllifi olduğu "N.Nərimanovun dünyagörüşünün formalaşması", "Üzeyir Hacıbəyovun həyatı və yaradıcılığı", "Üzeyir Hacıbəyovun ictimai-siyasi baxışları", "Cəlil Məmmədquluzadənin ictimai-fəlsəfi görüşləri", "M.F.Axundzadənin yaradıcılığında fəlsəfə və sosiologiya" əsərlərinin hər biri fəlsəfə elminin bir incisidir. Bu əsərlər Azərbaycan maarifinə böyük töhfə vermiş şəxsiyyətlərin həyat və yaradıcılığında fəlsəfi və sosioloji məsələlərin öyrənilməsi sahəsində ilk tədqiqatlar olub. O zamanlar F.Köçərlinin məqalələri, məruzələri, ümumittifaq konfranslarındakı çıxışları həm Azərbaycanda, həm də respublika hüdudlarından kənarda dərc edilirdi. 1991-ci ildən sonra isə onun həyatında çətin və kəskin dəyişikliklər dövrü başladı. Həmin vaxt bir çoxları baxışlarını dəyişir, yeni mövqelər axtarırdı. Amma Firudin Köçərli dəyişmədi. O inanırdı ki, dünyagörüş ilk növbədə vicdan məsələsidir. İnsan əqidəsini nədənsə və kimdənsə faydalanmaq məqsədilə seçməməlidir. Ömrünün son gününə qədər prinsiplərindən imtina etmədi. Bu sakit, nümayişsiz, amma möhkəm mövqe onun öz ideyalarına necə bağlı olduğunu göstərirdi.

Firudin Köçərli gündəlik prosesləri abstrakt deyil, cəmiyyətin, mədəniyyətin, xalqın mənəvi şüurunu formalaşdıran real qüvvə kimi dərk edənlərdən idi. Biz tez-tez insan həyatında dinin və inamın rolu barədə söhbət edirdik. Marksist filosof kimi, o, bəzən mənimlə razılaşardı ki, insan inamsız, mənəvi istiqamətsiz öz daxili dayağını itirə bilər. O, inamla dini aydın şəkildə ayırırdı. Onun üçün inam insanın daxili, şəxsi, dərin mənəvi halı; din isə bu inamın sosial forması, tarixi quruluşu idi. O, ideyanın yalnız ideologiyaya çevrildiyi zaman real qüvvəyə dönməsi fikrini yüksək qiymətləndirirdi, xüsusən marksist ideologiya baxımından. Mən isə inanırdım ki, inam da dini formaya keçdikdə tarixi gücə çevrilə bilər. Bu söhbətlər heç vaxt mübahisə ilə bitməzdi, dialoqumuz ancaq sakit, qarşılıqlı hörmət və varlığın əbədi suallarına yönəlmiş düşüncə ilə yekunlaşardı. Firudin Köçərli sözün əsl mənasında böyük ictimai xadim idi. O, həm paytaxtda, həm rayonlarda keçirilən tədbirlərdə tez-tez iştirak edir, maraqlı mühazirələrlə çıxış edir, insanları dəyərli ideyalarla silahlandırırdı. Akademik Firudin Köçərlinin elmi yaradıcılığının mərkəzində hər zaman Azərbaycan fəlsəfə tarixinin tədqiqatı olub. Onu xalqa sevdirən və bağlayan məhz bu xüsusiyyəti idi.

Onun həyatı bu gün müasir gəncliyə örnək ola biləcək epizodlarla zəngindir. Məsələn, ona sahəsi böyük və rahat mənzil təklif ediləndə o, düşünmədən bu fürsətdən imtina edərək, daha kiçik mənzil seçmişdi. Səbəb isə dostu, dəyərli filosof Məqsəd Səttarovdan uzaqlaşmamaq idi. Onun üçün dostluq rahatlıqdan önəmli idi. Bu, adi jest deyildi - güclü xarakterin nümunəsi idi. Bu iki filosofun, iki görkəmli intellektual şəxsiyyətin saf dostluğu dillərə dastan idi. Həyatda belə dostluqlara çox nadir hallarda rast gəlinir.

Firudin müəllim üçün dostluq demək olar ki, müqəddəs idi. Evinin qapısı hər zaman dostlarının üzünə açıq olurdu. Həyat yoldaşı Zərifə xanımın səmimiyyəti, qonaqpərvərliyi isə bu mənzildə xüsusi ab-hava yaradırdı. O, təkcə evin xanımı deyildi, Firudin müəllimin həyat dayağı idi. Onların evinə gələn heç kim çaysız, yeməksiz, səmimi söhbətsiz ayrılmazdı. Akademik Ziya Bünyadov, yazıçı Mirzə İbrahimov, Hüseyn Hüseynov, Teymur Əhmədov, Əslən Aslanov, institut əməkdaşları, aspirantlar, doktorantlar insanın ruhunu isidən bu kiçik mənzilin daimi qonaqları idilər. Gədəbəydə kimin təhsillə, işlə, elmi məsələlərlə bağlı çətinliyi yaransa, dərhal Firudin müəllimin evinə üz tutardı. Gədəbəy aşıqlarının televiziyada çıxışlarına kimi Firudin müəllim təşkil edərdi.

Əslində Köçərli ailəsinin qonaqpərvərliyi köklərindən, qanlarından gəlirdi. Qohumlarla münasibətdə də çox səmimi idilər. Onların evinə qədəm qoyan hər kəs həm Firudin müəllimin insanlara olan ehtiramını, həm də prinsipiallığını hiss edirdi. Onun və ailəsinin qonaqpərvərliyi, insansevərliyi, deyərdim ki, onun taleyinin bir parçası idi. O, alim kimi, dost kimi, ailə başçısı kimi əsl nümunə idi - sözdən daha güclü, daha təsirli olan bir nümunə. Onun yüksək mənəviyyatı, başqasının fikrinə hörmətlə yanaşması daxili aləminin təmizliyindən qaynaqlanırdı. Biz bilirik ki, xarici davranış insanın ruh halının, ağıl və qəlb harmoniyasının əksidir. Firudin müəllimdə bu harmoniya təbii, sakit və bütöv idi. Bu gün, onun dünyadan köçməsindən demək olar ki, iyirmi il keçsə də, biz hələ də onu hörmət və minnətdarlıqla xatırlayırıq. Bu, onun kimliyini doğru və dolğun şəkildə isbatlayan göstəricidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri