Icma.az
close
up
RU
İki evinin olduğunu deyən Allahverdi Yolçuyev: “Yazırlar ki, buna bax, utanmır…” KONKRET

İki evinin olduğunu deyən Allahverdi Yolçuyev: “Yazırlar ki, buna bax, utanmır…” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aktyor Allehverdi Yolçuyev son günlər corab satıması ilə gündəmə gəlməsinin bir rol, şou olması barədə deyilənlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, aktyor Pravda.az-a açıqlamasında deyib, hələ də işlə təmin edilməyib.

“Yəqin, məzuniyyətdir, məzuniyyətdən sonra işə götürərlər. Mən onu elə-belə demişdim. Çünki Musiqili Komediya Teatrının truppası gəlmişdi. Belə başa düşdüm ki, yəqin ora işə düzəldəcəklər…” – o bildirib.

A.Yolçuyev aparıcı Tarix Əliyevin verilişində iki evinin olması, nəyəsə ehtiyacının olmaması barədə açıqlamasına görə tənqid edilməsinə belə cavab verib: “Adamın fikri hər saniyə dəyişir. Həmişə vaxta, zamana, məkana görə danışmaq lazımdır. Mənim də ehtiyaclarım var, göydən düşməmişəm ki. O cür deyirəm ki, mənə pul təklif etməsinlər. Öz gücümlə qazanmaq istəyirəm. Mənə iş versinlər, hər ay “qol” çəkim, maaş alım, vəssalam. Corab satmağım elə ajiotaj yaradıb ki. Nə bilim, vallah. Mən şou bilmirəm, fikrimə nə gəlib, onu da etmişəm. Uşaq vaxtı həmişə əlimə pul gəlib, sevinmişəm. İndi gəlmir. Məcburam corab satım. İcarəyə çayxana götürəcəkdim. Öz qohumlarım hətta yazırlar ki, Allahverdinin dörd evi var. Kaş olaydı… Onlar olan yerdə mənə düşmən lazım deyil. Şəhərdəki evim yaradıcılıq evidir. Qrimlərim, paltarlarım, Şaxta baba, Ovçu Pirim kostyumu, albomlarım – hamısı oradadır. Digər ev isə beşotaqlıdır, beşi də dolu. Nəvələrim var. Evdə səkkiz-doqquz nəfər qalır. Ev nə deməkdir ki. Ev istəmirəm. Bəzi adamlar kimi heç vaxt dövlətdən ev istəməmişəm. Yeddi evi var, hələ də istəyir. Gəlirim xərclərimdən azdırsa, nə edim? 336 manat 85 qəpik pul alıram. Bu gün varımdır, kef içində yaşayım. Bəs sabah? Bəs lap qocalanda? Alınmır axı. Qızlarımın evini sayırlar. Heç dəxli var? Qızlarım ailə qurublar, ərlərinin evidir. O ev mənimdir bəyəm? Yazırlar ki, hə, buna bax, utanmır. Utanmalı nə var?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri