İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi Həbs edildi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən “Defanti Team” MMC-nin filial müdiri həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Talıbov Fikrət Şakir oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Belə ki, “Defanti Team” şirkəti Binəqədi rayonu ərazisində yerləşən “Xəzər Plaza”nın 6-cı mərtəbəsində fəaliyyət göstərib.
Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.
Bu niyyətlə zərərçəkmişlərin birindən 25 min 840, birindən 11 min, birindən 10 min 200, sonuncudan isə 3 min 400 manat alıb.
Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.
Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 19 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















