İki vəkilə irad bildirilib, bir vəkilin fəaliyyəti dayandırılıb
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu barədə AzVision.az -a kollegiyadan məlumat verilib. Bildirilib ki, uclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra Rəyasət Heyətinin üzvləri VK-nın sabiq sədr müavini, uzun illərdir vəkillik fəaliyyəti ilə məşğul olan Fərhad Nəcəfovu 75 illik yubileyi münasibətilə təbrik ediblər. Onun vəkilliyin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirilib, zəngin peşə təcrübəsi və vəkilliyə verdiyi töhfələr xüsusi qeyd olunub. Fərhad Nəcəfova uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bundan başqa, iclasda vəkillik fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda bir neçə vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunvericiliyə uyğun olaraq təsdiqlənib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İki vəkilə xəbərdarlıq edilib, bir vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb
04 Noyabr 2024 20:12
Bir vəkilin fəaliyyəti dayandırılıb, 10 vəkilə töhmət verilib
28 Yanvar 2025 10:55
Bir vəkilin fəaliyyəti dayandırılıb Beş vəkilə isə töhmət verilib
23 May 2025 13:12
Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb, 2 vəkilə xəbərdarlıq edilib
04 Noyabr 2024 19:19
İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
08 Oktyabr 2025 16:12
Baxış sayı:72
Bu xəbər 01 Oktyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları