Icma.az
close
up
RU
İkili standart mövqedə olan Qərb dövlətlərinin COP29 məyusluğu

İkili standart mövqedə olan Qərb dövlətlərinin COP29 məyusluğu

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər”

Əsrlər boyu dünyanın müxtəlif yerlərində insanlar müxtəlif adətləri, həyat tərzini və mədəniyyətləri özlərində formalaşdıraraq, onları əhatə edən ətraf mühitə uyğunlaşmağa çalışmışlar və bu proses indi də davam edir. Lakin iqlim dəyişmələri mövcud bəşəriyyəti əvvəlki sivilizasiyaların rastlaşmadığı proseslərlə üz-üzə qoya bilir. Uyğunlaşma tədbirləri planlı şəkildə və ya lokal təzyiqin nəticəsində spontan formada həyata keçirilə bilər. İqlim dəyişikliklərinə uyğunlaşma iri həcmli infrastruktur layihələrini, məsələn, dəniz suyunun səviyyəsinin qalxmasından qorunmaq üçün bəndlərin tikilməsini, anomal istilərə davam gətirilə bilməsi üçün magistrallarda asfalt örtüyü keyfiyyətinin yaxşılaşdırılmasını və s. əhatə etməklə yanaşı, eyni zamanda, individual səviyyədə aparılan tədbirləri – ev təsərrüfatında sudan istifadəyə qənaəti, fermerlər tərəfindən becərilən ənənəvi bitki növlərinin digərləri ilə əvəz olunmasını və s. fəaliyyətləri də özünə aid edir. BMT qərarlarında da iqlim dəyişikliklərinin doğura biləcəyi daha dəhşətli nəticələrin qarşısının alınması və onlarla mübarizəyə yönəlmiş fəaliyyət xəttini dəyişməklə bağlı qeydlər var. Hətta artıq vaxtı məhdudluğu da xüsusi vurğulanır. Bakıda keçirilən COP29 beynəlxalq tədbirində də bu qlobal narahatçılıq qeyd olunub. Bu məsələ ilə bağlı dünyanın müxtəlif ölkələrinin həyəcan təbili çalmağının vaxtıdır. Azərbaycan da COP29 beynəlxalq tədbir çərçivəsində qlobal əlaqələrin qurulmasını hədəfləyir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq: “Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq”.

COP29 kimi tədbirlərdə kütləvi informasiya vasitələrinin ekoloji problemlərdən yazan əməkdaşları iştirak edirlər. Əlbəttə ki, seminarlarda məqsəd ekologiya mövzusunda yazan jurnalistlərin peşəkarlığını artırmaq, KİV nümayəndələrini qlobal iqlim dəyişmələrinin əsas səbəbləri, onun Azərbaycana və regiona təsirləri ilə tanış etmək, həmçinin iqlim dəyişmələri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq olub. Bir ilə yaxın müddətdə COP29-la bağlı davamlı olaraq yerli və dünya mediasında yazılar dərc olunur. Bu da ekoloji mövzuda yazan jurnalistlərin ixtisaslaşmasına əhəmiyyətli dərəcədə təsir edir.

Sovet dövründə mətbuatda ekologiya problemlərinə az yer ayrılırdı, ətraf mühitlə bağlı məlumatlar gizli saxlanırdı. SSRİ-nin süqutundan və onun yerində müstəqil dövlətlərin yaranmasından sonra bütün digər məsələlər kimi ekoloji problemlərə, onların kütləvi informasiya vasitələrində işıqlandırılması məsələsinə də münasibət dəyişib. Bu gün ekologiya jurnalistikasının qarşısına yeni vəzifələr qoyulub. Bu vəzifələrdən birincisi ekoloji problemlərə dair məlumatların operativ şəkildə yayılmasıdır. Ətraf mühitlə bağlı hər hansı bir məsələ barədə əhaliyə vaxtında məlumat verilməlidir. KİV-in bu məsələdə rolu çox böyükdür. Jurnalistlər bundan sonra ətraf mühitlə bağlı məsələlərə daha çox diqqət yetirməlidirlər.

COP29-un Azərbaycanda keçirilməsi təsdiqləndikdən sonra bir sıra Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycana qarşı aktiv şəkildə qarayaxma kampaniyası aparmağa başladılar. Azərbaycan enerji istehsalı və ixracı ilə bağlı böyük bir ölkədir, xüsusilə neft və qaz sektoru onun iqtisadiyyatının əsasını təşkil edir. Qərb dövlətləri, Azərbaycanın ekoloji siyasətini və iqlim dəyişikliyinə qarşı mübarizədəki fəaliyyətlərinə qarşı atılan böhtanların heç bir əsası yoxdur. Bir il ərzində onlar maksimum bu istiqamətdə səy göstərdilər. Amma onların bu iyrənc fəaliyyətinin heç də faydası olmadı. Prezident İlham Əliyev Sammitdəki açılışda verdiyi mesajı ilə Qərbin ikili standart mövqedə olan dövlətlərinin bir daha məyus etdi: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrdir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. 

Azərbaycanın strateji mövqeyi, enerji ehtiyatları və Cənubi Qafqaz regionundakı rolu, xüsusən də Avropa ilə əlaqələrində əhəmiyyət kəsb edir. Qərb dövlətləri, Azərbaycanın bu mövqeyindən istifadə etməsini öz maraqları baxımından narahatlıq doğuran bir faktor olaraq görürlər. Bu, zaman zaman müəyyən bir geosiyasi təzyiq və ya siyasi təsir vasitəsi kimi ortaya çıxa bilər. Azərbaycana qarşı yönələn tənqidlər, ölkəmizin beynəlxalq səviyyədəki nüfuzuna və təsirinə qarşı bir maneə yaratma məqsədini güdür. Bununla belə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəyə beynəlxalq arenada daha çox diqqət çəkmək və etimad qazanmaq şansı verir. Bəzi dövlətlər, bu cür nüfuz artımını narahatlıqla izləyirlər. Bütün bu amillər, bəzi Qərb dövlətlərinin Azərbaycanın ev sahibliyi edəcəyi bu böyük tədbiri, həm də ölkə üzərində siyasi və diplomatik təsir vasitəsi kimi görməsinə səbəb olur. Bu cür müzakirələr, həmçinin COP29-un tələbləri və gələcəkdə keçiriləcək digər iqlim zirvələrinin müzakirələri ilə bağlı daha geniş bir çərçivəyə oturur. Hər halda, bu tip vəziyyətlər, beynəlxalq siyasətin və diplomatiyanın mürəkkəbliyini və dinamikasını nümayiş etdirir. Azərbaycanın özünün xarici siyasəti var. COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, dövlətimiz yalnız öz gücünə arxalanır.

Zenfira Nurullayeva 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 

xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Noyabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri