Icma.az
close
up
RU
İkiqütblü asilik: cənnətə sığmayan qadınlar Sevinc Mürvətqızı yazır

İkiqütblü asilik: cənnətə sığmayan qadınlar Sevinc Mürvətqızı yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sevinc MÜRVƏTQIZI

...İlahi başlanğıcın bəri üzündən dəlisov Sezen Aksunun sevimli səsi yaddaşımı cırmaqlayır və xəfif toxunuşlarla tarixin əzəlindən hifz olunanları ustufca açıb-tökür ortalığa:

Ben seni de sevmedim, Adəm,

Doğruyu duymak istiyorsun madem...

Alt tarafı bir elma yedik beraber,

Zehir-zıkkım oldu bize bal-badem...

Eyni mahnının içində iki qadın birdən danışır, ikiqütblü asilik dilə gəlir: Lilit və Həvva... Qeyri-ixtiyari pıçıldayıram: "Fağır Adəm..." İlkin çiləkeşimizə acımaq deyil bu, cənnətə sığmayan iki qənirsiz qadını qəlbinə sığdırmağa çalışan bir kişinin nələr yaşaya biləcəyinə empatiya duyğusudur...

Lilit... Şumer və yəhudi mifologiyalarına görə, Yaradanın torpaqdan yaratdığı, Adəmin dəlicəsinə aşiq olduğu dəlisov və sərhədsizlik qadını - od parçası... Qarşısıalınmaz azadlıq, sərbəstlik ehtirası və şərtləri ilə razılaşmadığına görə Adəmdən də, cənnətdən də könüllü əlini-ətəyini çəkib gedən ilk "fərari" qadın... Lilit xoşbəxtliyin ruhi dincliklə normallaşdığı, sevginin "alt-üst" qanunlara tabe olduğu, arzuların məhdud çərçivələrə salındığı yerdə boğulurdu. Bir qadının darıxdığı, sıxıldığı, əzildiyi, buxovlandığı yer, deməli, artıq ona cənnət deyil... Cənnətə sığmayan ilk qadın buna görə cəhənnəmdən də qorxmurdu. Çünki öz içində onsuz da cəhənnəmi yaşamış, min dəfə yıxılıb, min dəfə ayağa qalxmışdı... O, cənnətdən kənar həyatın onu sınamasına və sındırmasına da tab gətirəcəkdi, bəlkə məğlub olacaqdı, amma məğlubiyyətini də gözəl yaşayan bir qadın kimi yadda qalacaqdı. Elə olmasaydı, bu gün adı dilimizə gələrdimi? O, cənnətdən çıxıb getmişdi, düşünürmüş ki, öz cənnətini özü yaradacaq - qəliblərdən, çərçivələrdən kənarda... Cənnətin qaydaları vardı, amma Lilit qaydasız "döyüş" istəyirdi... O, sevgini dilənəcək qadın deyildi, öz sevdiyi kimi sevilmək istəyirdi. Meh kimi yox, qasırğa tək... Adəmə isə qadın adını daşıyan qasırğalar lazım deyildi, o, itaət gözləyirdi. Lilit tərəddüd içində qərar verməli olmuşdu: tabeçilik qaldıra biləcəyi mənəvi yük deyildi, axı o da Adəm kimi torpaqdan idi! Madam ikisi də torpaqdandır, torpaq niyə torpağa baş əysin? Amma o məqamda Lilitin unutduğu bir şey vardı, torpaq torpağa qarışmalı idi gec-tez... Lilitin üsyanı açıq, sərt və amansızdı. O, itaət etmək istəmədi, Adəmin qarşısında baş əymədi, cənnətin rahat, amma doqmalara bağlı həyatını qəbul etmədi. Bərabərlik istədi və bunu ona vermədikdə çıxıb getməyi seçdi. Lilit asi ruhu ilə sığa bilmədiyi cənnəti itirdi, amma (harda tapmasından asılı olmayaraq) özünü tapdı...

Həvva... Lilitin cənnətdən əbədilik gedişindən sonra Tanrı başqa bir qadın yaratdı, bu dəfə Adəmin qabırğasından. Zahirən daha sakit, daha mülayim, amma daxilən maraqdan alışıb-yanan, öyrənmə eşqi ilə aşıb-daşan... Həvva Lilitin üsyanlarından xəbərdar olub yəqin ki, məhz buna görə də sələfindən fərqli olaraq fırtınasını içində gizlətməyə qərar vermişdi. Çünki ani qasırğa hər şeyi silib-süpürüb apara bilərdi... Həvva ilk baxışda cənnətə uyğun görünsə də, amma əslində "qadağan olunan bilgi"yə can atması ilə Lilitin digər versiyası idi. Qadınların tamamən bir-birindən fərqli versiyaları olmur: ya birbaşa Lilitdir, ya da içində Lilit basdırılmış Həvva! Birincisi əldə etmək istədiyi nə vardısa, birbaşa tələb edirdi, ikincisi daha diplomatik, yumşaq, tikansız şəkildə nail olmaq arzusundaydı... Ta ki Yaradanın qəzəbinə tuş gələnə qədər. Lilit boyun əyməyib özü getmişdi, Həvva isə hiyləgərliyinin cəzasını alaraq qovuldu...

İkiqütblü asilik məhz bu məqamda hər iki qadının taleyində özünü göstərir: ilki azadlıq uğrunda cənnətdən imtina edir, ikincisi sevgi və bilik naminə qadağanı pozaraq qovulur. İtaətsizlik ilahələri! Həvvanın üsyanı sakit, dərin və zərif idi. O, Tanrının yaratdığı qaydalarla yaşaya da bilərdi, fəqət sevməyi və gizli bilgini itaətdən üstün tutdu. Lilit cənnətdən çıxmaqla öz-özünü cəzalandırdı, Həvvanın aqibəti isə daha ağrıdıcıdır - qovuldu... Biri qaydaları darmadağın edib azad oldu, digəri qadağanı pozub həqiqəti daddı...

Lilit və Həvva nümunələri sübut edib ki, qadın üçün situasiyanın orta nöqtəsi olmur. Qadın nəinki kişiyə, heç Yaradana da tabe olmaq istəmir. Lilit üçün ümumiyyətlə cənnət sərhədi mövcud deyildi, Həvva isə istədiyinə çatmaq üçün məsumanə hiyləgərliklə cənnətin sərhədini də aşmağa hazır idi... Hər ikisi cəzanı gözünün altına alaraq özlərinə məxsus şəkildə Tanrıyana zövqü daddılar. Cəzalandırılsa belə, qadın əldə etmək istədiyinə mütləq çatacaq. Bütün hallarda itkilərin ən böyüyünü isə Adəm yaşadı: həm ayrı-ayrı vaxtlarda ona əsl cənnət zövqünü yaşadan qadınlarını itirdi, həm də Cənnətin özünü... Özlərinə sığmayan bu iki baş bəlasına cənnətdar gəlirdi və onlar hər ikisi Adəmə cənnəti dar elədilər. Və beləcə: "Satdı gülzari-behişti iki buğdayə babam..."

Bəlkə də Lilit və Həvva heç vaxt bir-birini görməmişdi, amma onlardan biri digərini öz varlığında yaşadırdı. İkisi də öz həyatını, öz sevgisini, öz cənnətini yaratmağa çalışmışdı. Cəhənnəmlərdən keçmək bahasına olsa belə... Bir qadın tabe olmaqdan imtina etdi, digər qadın bilməməyə, ondan nəyinsə gizlədilməsinə razı olmadı.

...Cəza çəkməyə (bəlkə də ibrət almağa) göndərildiyimiz "dünya sürgünü"nü layiqincə yaşayıb bitirdikdən sonra "rəhmli və mərhəmətli Allah"ın adı ilə bir gün yenidən cənnətə qaytarılacağımıza inanıram! Qadın kimi doğuluşumuzdan bəri paralel dünya halıyla içimizdə yan-yana yaşayan Lilit və Həvva ilə birgə bu dəfə cənnətə sığacağımıza da! Çünki özümüzə yaratdığımız cəhənnəmi iliyimizəcən yaşamışıq...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri