Icma.az
close
up
RU
İKT mütəxəssisi: Azərbaycanda internetin sürəti sahəsində problemlər yoxdur

İKT mütəxəssisi: Azərbaycanda internetin sürəti sahəsində problemlər yoxdur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin aprel ayında Azərbaycanda mobil internetin median sürəti 74,08 Mbit/s olub və nəticədə Azərbaycan 5 pillə geriləyərək 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Ookla”nın yayımladığı “Speedtest Global Index” hesabatında qeyd edilib.


Hesabata görə, ötən ay ¬¬ölkəmiz sabit genişzolaqlı internetin median sürətinə görə, 5 pillə irəliləyərək 155 ölkə arasında 86-cı yerdə qərarlaşıb.

Belə ki, apreldə Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 76,87 Mbit/s olub.

“Speedtest Global Index” hesabatında həmçinin dünya ölkələrinin paytaxt və əsas şəhərlərində olan internet sürətinə görə reytinq də açıqlayıb. Hesabatda deyilir ki, Bakıda mobil internetin median sürəti 90,57 Mbit/s olub. Bu isə mart ayına nisbətən 3 pillə geriləyərək 150 şəhər arasında 83-cü yerdə qərarlaşma deməkdir.

Qeyd edilən dövrdə sabit genişzolaqlı internetin median sürətinə görə isə Azərbaycan paytaxtı 1 pillə irəliləyərək 76,02 Mbit/s sürətlə 200 şəhər arasında 114-cü yerdə qərarlaşıb.



Məsələyə münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Sherg.az-a bildirib ki, geriləmə o demək deyil ki, bizdə sürət azalıb: 

"Hazırda Azərbaycanda internetin sürəti sahəsində problemlər yoxdur. Bizdə yetəri qədər internet sürəti var. Hətta biz bizdə olan təqdim olunan və biz ödədiyimiz. Bilirsiniz ki, internetə görə minimal ödəniş 25 manatdır. O pul qarşılığında  biz 100 meqabit saniyə internet alırıq. 100 meqabit saniyə ilə demək olar ki, bir çox adi vətəndaşların tələbatları tam ödənir. 3-4 nəfərdən ibarət bir ailəni tam olaraq ödəyir. Lakin 8-10 nəfərlik ailə qoşulursa, onlarda artıq problemlər yaranır. Regionlarda, hətta kəndlərdə də bu sahədə məsələlər hamısı həll olunmaq üzrədir. Biz ödədiyimiz məbləğ alaraq o bizi tam qane edir. Amma bir məsələ də var ki, 25 manat ödənilsə belə bəzi provayderlar bunu tam təmin edə bilmirlər. Belə hallar olan zaman Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnformasiya Kommunikal Texnologiya Agentliyi var. Onların rəsmi saytlarında elektron şikayət formaları var və hər bir istifadəçi əgər onu provayder aldadırsa, şikayət edə bilər. Bu zaman dövlət qurumu vasitəsilə həmin şikayətlərə baxılaraq o problemləri aradan qaldırıla bilər. Amma bizdə mobil internetin qiymətləri bahadır. Bizim hazırkı hədəflərimiz, internetin qiymətlərinin aşağı düşməsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri