İKZF ötən il kirayə mənzillərə görə tikinti şirkətlərinə 288 mln. manat ödəyib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) "kirayə mənzillərə" (satmaq öhdəliyi ilə kirayə verilən mənzillər) xərclədiyi vəsaitin həcmi məlum olub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, Fond ötən il bu layihə çərçivəsində tikinti şirkətlərinə 287,7 milyon manat vəsait xərcləyib. Məlumata görə, ötən il bu istiqamətdə xərclər kəskin şəkildə artıb. Fond bir ildə "kirayə mənzil" xərclərini 60,6% və ya 108,6 milyon manat artırıb. 2023-cü il üzrə bu rəqəm 179,1 milyon manat təşkil edib.
2024-cü il ərzində kirayə mənzil sahibləri Fonda 18,5 milyon manat ödəyib. 2023-cü ildə bu göstərici 11,7 milyon manat olub. Başqa sözlə, Fonda bu istiqamətdə ödənişlər bir ildə 58% və ya 6,8 milyon manat artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















