Icma.az
close
up
RU
İlahiyyatçı: Akademik Zəngəzur dəhlizinin açılmasına görə niyə Mir Mövsüm ağanın cəddini çağıraraq kömək istəmir?

İlahiyyatçı: Akademik Zəngəzur dəhlizinin açılmasına görə niyə Mir Mövsüm ağanın cəddini çağıraraq kömək istəmir?

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İstər Peyğəmbər olsun, istər imam, istərsə də seyid, övliya, onların cəddini, yəni ölmüş babalarını köməyə çağırmaq heç bir səmavi dinin əsas prinsiplərində yoxdur və bu, Allahın qüdrətinə və bəşəriyyətə yaxınlığına şübhə kimi qəbul edilir. Digər tərəfdən isə ölmüş insanın öləndən sonra Allaha məxsus ilahi xüsusiyyətlərə sahib olması nə elmi, nə dini, nə də fəlsəfi cəhətdən təsdiq olunub, qəbul da edilir. Yəni Allah özünə məxsus olan ilahilik sifətlərini Mir Mövsüm ağa ilə yaxud başqası ilə bölüşdürməyib. Mir Mövsüm ağa seyid soyuna mənsub, müsbət enerjiyə, müsbət auraya sahib, bir qədər də fiziki qüsurlu adi insan olub. Sağlığında onu ziyarət ediblər, o da insanlara bacardığı qədər faydalı olmağa çalışıb, insanlar üçün Allaha dua edib, ondan istəyib. Ancaq bu gün akademikin, elm sahibinin Mir Mövsüm ağanın cəddini, yəni babalarını çağıraraq işlərini həll etdiyini deməsi dəhşətdir. İnsanları elmə, fəlsəfəyə, sağlam dini düşüncəyə yox, xurafata, cəhalətə, mövhumata yönəltməsi anlaşılan deyil. Bu, seyidlərə də, Peyğəmbərə də, dinə də hörmətsizlikdir. Hörmətli Akademikin fikrinə görə, seyidlərin cəddi yalnız xırda işlərdə, hasara dəmir məhəccər axtarıb tapa bilməyəndə, xaricdə pulun qurtaranda adama kömək olur? Bəs böyük məsələlərdə necə, kömək ola bilmir, yaxud gücü çatmır? Məsələn, 30 ilə yaxın davam edən keçmiş Qarabağ probleminin həllində seyidlərin cəddini hörmətli akademik niyə çağırmayıb ki, 3 min şəhid də verməzdik? Yaxud hazırda Zəngəzur dəhlizinin açılmasına görə hörmətli akademik niyə cədd çağıraraq kömək istəmir? Bunun elmi, fəlsəfi anlamı nədir? Əgər seyidin cəddində elə bir böyük qüdrət varsa, dövlət əhəmiyyətli, ictimai yük daşıyan mövzularda nə üçün istifadə olunmur? Buna gərək akademik cavab verəydi, özü də akademik səviyyədə".

Bu sözləri Pravda.az-a ilahiyyatçı Tural İrfan AMEA-nın keçmiş rəhbəri, akademik Akif Əlizadənin “Xaricdə idim, Ətağanın cəddini çağırdım, yollar açıldı” fikirlərinin müzakirə yaratması barədə danışarkən deyib.

"Seyidləri də, Peyğəmbəri də, dini də belə düşüncələr xurafat obyekti kimi təqdim edir. Ayıbdır, vallah. Bunu hansısa bir savadsız adam, xurafatçı düçüncədə olan biri desə, dərd yarıdır, akademik əgər belə düşünürsə, adamın bu cəmiyyətə yazığı gəlir ki, bu alimdən nə götürsün. Məsələ budur ki, elm bu kimi şeylərin xurafat və əsassız olduğunu sübut edib. Din də rədd edir. Əsla qəbul etmir ki, insan cinlərdən, ruhlardan, ölmüş adamların cəddindən kömək istəsin, mədəd umsun. Mən bu akademikin söylədiyi fikirləri həm elmə, həm də dinə zərbə vuran, xələl gətirən xurafat hesab edirəm. Hər şeydən öncə bildirim ki, İslam dinində dua yalnız Allaha edilir və fövqəladə istəklərdə yalnız ondan imdad umulur. Başqalarından istəmək "Qurani-Kərim"də yasaqlanıb, çünki Allaha heç nəyi şərik qoşmaq olmaz. Başqalarının Allah qədər vermək, bəxş etmək qabiliyyəti və qüdrəti yoxdur. Seyidlərin, övliyaların ruhundan, cəddindən kömək istəmək xurafat və bidətdir. Dinlə də, elmlə də tam ziddiyyət təşkil edir. Bu barədə Şərq, İslam filosoflarının mötəbər traktatları, mətnləri var. Xüsusən, Əl Kindi, İbn Sina, Fərabi, İbn Rüşd kimi mütəfəkkirlər bu kimi əqidəvi, kəlami mövzularda elmi, fəlsəfi şərhlər yazıblar. "Cədd" məfhumunu bizim cəmiyyət yanlış anlayır. Elə zənn edirlər ki, seyidlərin "cəddi", yəni onların xüsusi bir qüvvəsi, ölməz ilahlıq qüdrətidir və buna görə də "cədd"i çağırırlar, Allahdan istəniləcək şeyləri ondan umurlar və istəyirlər. Düşünürlər ki, "cədd" Allahdan daha humanistdir və istəyəndə daha tez verir. Əks halda, böyük və qadir olan, insana şah damarından daha yaxın olan Allahı qoyub "cədd"ən mədəd ummazlar. Bu da görünür, Sovetlər dövrünün insanları dinin mahiyyətindən uzun müddət uzaq salmasının nəticəsidir. İnsanlar həmin dövrdə xurafatı və mövhumatı din bilib qoruyub saxlayıblar. "Cədd" ərəb sözüdür, ata və ana tərəfdən ata-babalar, əcdad mənasındadır. Hər kəsin "cəddi" var, yəni babaları, soyu, kökü var. Seyidlər də Həzrət Hüseynin soyundan gələnlərə verilən addır. Əsl seyidlərin də cəddi İmam Hüseyn, Peyğəmbər sayılır. Yəni İslamda belə bir cəddçağırma inancı olmayıb. Bu, sonralar qədim fars inanclarından müsəlmanlara arasına sirayət edib", - o qeyd edib.

Qeyd: A.Əlizadə müzakirələrə səbəb olan fikri APA-ya müsahibəsində deyib.


Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see224

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see171

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see140

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see132

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see126

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see124

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see124

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see123

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see122

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see121

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see114

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see113

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri