Icma.az
close
up
RU
“İldən ilə geri gedirik” Azər Cabbarov

“İldən ilə geri gedirik” Azər Cabbarov

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan futbolunun problemlərindən biri uşaq futboludur. Uzun illərdir ki, bu haqda danışılsa da, hələ ciddi nəticə əldə edilməyib. Problemlər, çatışmazlıqlar davam etməkdədir.

“Zirvə”nin U-14 komandasının məşqçisi Azər Cabbarovla aşağı liqalar, uşaq futbolu haqda söhbətləşdik. Uşaq futbolunda təcrübəli adlardan olan mütəxəssis ümumi durumdan, çatışmazlıqlardan, problemlərdən söz açdı:

“Uşaqlar topu vurub, sonra arxasıyca qaçırdı”

– Uşaq liqalarında ümumi mənzərəni necə ifadə edərdiniz?
– Vəziyyət əvvəlki illərə baxanda vəziyyət yaxşıdır. Nə mənada? Meydançamız daha yaxşıdır. Əvvəl Hövsanda keçirilirdi oyunlar, meydança bərk, yol uzaq idi. Gediş-gəliş də çətinlik çəkirdik. Həm də setkalar yox idi. Uşaqlar topu vurub, sonra arxasıyca qaçırdı. Top gələnə qədər də temp aşağı düşürdü. Əvvəlki illərə nəzərən indi həm meydança, həm yer daha yaxşıdır.

– Reqlament necədir? Çempionatlar necə təşkil edilir?
– 13 yaşa kimi komandalarda nəticə hesablanmır. Bundan sonra qrupları “5-liy”ə düşənlər çempionatı davam etdirir, pley-offa yüksəlir. Digər komandalar isə yarışı tərk edirlər. Yaxşı olardı ki, beşlik, xal olmasın. U-13 də belə xalsız sistem olsun, komandalar ilboyu bir-biriləri ilə oynasın.

“Valideyn uşağının az oynamasından inciyir, başqa kluba aparır”

– Aşağı yaş qruplarında (U-12-yə qədər) xalların hesablanmamasını necə qarşıladınız?
– U-10, U-11, U-12 qruplarında xal sistemi olmasa belə, baxırsan ki, komandalar uduzmaq istəmirlər. Bəzi uşaqlara daha çox şans verilir, bəziləri daha az oynayır. Mövsümdə cəmi 20-21 oyun olur. Bu komandaların hamısı eyni səviyyədə deyil. 5-6 komanda var ki, daha cəld, çevikdir, təzyiq altında oynaya bilir. Digərləri ortabab futbol oynayır. Razılaşaq ki, 5-6 yeni yığılmış komandalar var, nə sürəti olur, nə təzyiqi. Hesablar da 10 qoldan çox olur. Bəzən komandalar çempionat davam edə-edə yarışdan çəkilir, bəziləri oyunlara gəlmir. Buna görə bəzən heç 20 oyun olmur mövsümdə. Bu matçlarında 5-8 arasında yaxşı, maraqlı futbol gedir.

– Uşaq futbolunda məşqçi/valideyn münasibətləri necədir?
– Məşqçi/valideyn əlimizdən gələni birlikdə etməliyik ki, uşaq sabah futbolçu ola bilsin. Valideyn uşağının az oynamasından inciyir, başqa kluba aparır. Bu da yenə məşqçidən nəticə tələbinə gətirib çıxarır.

– İl ərzində 20, 21 oyun oynayan uşaq necə inkişaf edəcək?
– Oyun sayının artırılması yaxşı olardı. Hər kəs bir-biri ilə oynaya bilərdi. Təşkilatçılar xalları yazırlar. Məsələn, ən yaxşı 12 komanda bir-biri ilə, digərləri də özləri arasında oynayardı. Onda daha maraqlı futbol gedərdi. Güclülərin bir-birilə mübarizəsi yaxşı keçir. Sürətli futbol oynamağa çalışırlar. Digərləri isə bəzən baxırsan, 10-15 qol buraxır.

“Uşaq futbolunun problemlərindən çox danışırıq, amma nəsə dəyişmir”

– Uşaq futbolunun problemlərindən çox danışılır. Bununla bağlı fikirləriniz nədir?
– Futbolumuzda problem çoxdur. Məşqçi də insandır, səhv edə bilər. Amma tək bununla bitmir. Meydançalarımız, koordinatorlarımız, klub rəhbərlərimiz, məşqçidən nəticə istəyənlər və s. Məşqçinin səhvinin olması problemdir, amma bütün yükü məşqçinin üzərinə atmaq olmaz. Uşaq futbolunun problemlərindən çox danışırıq, amma nəsə dəyişmir. Meydança sıxıntısı var. Bakıda meydança tapmırıq, bəzən 2-3 yaş qrupu bir meydançada məşq edir. Eyni zamanda klub rəhbərləri məşqçidən nəticə istəyir. Bir oyun uduzulanda məşqçini danlayırlar. Uşaq futbolu nəticə yox, futbolçu yetişdirmək üçündür. Məşqçi də danlanmasın deyə nəticə üçün uşaqları oyuna buraxır. “Vur qabağa” sistemi ilə uşaqlar inkişaf etməz.

– Məşqçilərdən nəticə tələbi hansı kateqoriyalarda daha çox özünü büruzə verir?
– Yaşın fərqi yoxdur. Məğlubiyyətə görə məşqçi danlanır. Amma uşaq futbolunda məşqçinin işi uşağı yetişdirmək, əsas komandaya verməkdir. U-19-lar da belə uduzulanda problem olmamalıdır. Əsas məsələ səhvlərin düzəldilməsidir. Futbolçu bir səhvini düzəltmək üçün bəlkə də 100 dəfə səhv edir, amma sonda öyrənir. Bu şansı məşqçilərə verməliyik.

– Uzun illərdir, uşaqlarla işləyirsiz. Son illərdə hansısa dəyişiklik var, yoxsa yerində sayırıq?
– Dəyişiklik var, amma yaxşı tərəfə yox. İldən-ilə geri gedirik. Baxaq, U-21 və daha aşağı yaşlara, son illərdə necə oynayıblar, nə nəticə var? Neçə gənc oyunçumuz klublarında normal şans qazanır? Vəziyyətə baxanda görürük ki, yerimizdə saymırıq, geri gedirik.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri