Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

İlham Əliyev liderliyi Azərbaycanın inkişaf fəlsəfəsi

İlham Əliyev liderliyi Azərbaycanın inkişaf fəlsəfəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Respondent rəyi xalqın etimadıdır

Avstriya mənşəli amerikalı alim, iqtisadçı və publisist Piter Druker deyirdi ki, idarəetmə işləri düzgün həyata keçirməkdir, liderlik isə düzgün işi seçməkdir. Ümumiləşdirmə aparsaq, tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi düzgün işləri seçib, onları düzgün şəkildə reallaşdırmaq bacarığıdır. Onu da qətiyyətlə söyləyə bilərik ki, bu bacarıq müstəqil Azərbaycanın idarə edilməsində dayanıqlı məzmuna söykənir. O məzmuna ki, təməlini Ulu öndər Heydər Əliyev kursundan götürür, ideoloji mahiyyətə əsaslanır. Bu fəlsəfənin hədəfinin nə olduğunu sonda vurğulayacağıq. Hələlik isə...

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə rəy sorğusu keçirib. Sorğunun nəticələri göstərir ki, xalq dövlətimzin başçısına etimadla yanaşır, onun idarəçilik bacarığına yüksək dəyər verir. Rəyi soğruşulanların hər 10 nəfərdən təxminən 9-nun Prezidentə etimad göstərməsi də fikrimizin sübutudur. Respondentlər, həmçinin Prezident İlham Əliyevi alternativsiz hesab edirlər. 

Xalqın liderinə inamını və etimadını doğuran səbəblər barədə söz açmaq müstəqillik dövrü tariximizi canlandırmaqdır. O tarix ki, həm acılı, həm də şirinli səhifələri var və bu mənada xeyli məqamların üzərində dayanmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas xüsusiyyəti isə strateji məqsədlərin düzgün müəyyənləşdirilməsi, onların ardıcıl və sistemli şəkildə reallaşdırılmasıdır. 

Nəzərə alaq ki, dövlətimizin başçısının fəaliyyəti gündəlik siyasi konyunkturaya deyil, Azərbaycanın uzunmüddətli milli maraqlarına, suverenliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Bu baxımdan İlham Əliyev liderliyi təkcə idarəçilik məharəti deyil, eyni zamanda, gələcəyi planlaşdırmaq və milli prioritetləri düzgün müəyyənləşdirmək bacarığıdır. Bu bacarıq yaşadığımız acıları dindirməklə ümid yaradıb. Hazırda xalqımız, obrazlı desək, illərlə bəslədiyi ümidin nemətlərini dadır.

Bəli, ölkəmizdə son iyirmi ildən artıq dövrdə həyata keçirilən siyasi kurs göstərir ki, Prezident İlham Əliyevin qərarları qısamüddətli siyasi dividendlərə deyil, barəsində söz açdığımız strateji maraqların təminatına hesablanır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi şaxələndirmə, müdafiə potensialının gücləndirilməsi, rəqəmsal transformasiya, regionların inkişafı və müasir dövlət institutlarının möhkəmləndirilməsi Azərbaycanın dövlət strategiyasının mühüm istiqamətləridir.

Bildirdiyimiz kimi, İlham Əliyev liderlik modelinin ideoloji dayaqları Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursuna söykənir ki, bunun nəticəsində əldə olunan siyasi, iqtisadi və hərbi uğurlar həmin kursun müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirildiyini, yeni məzmun və hədəflərlə zənginləşdirildiyini göstərir. Deməli, dövlət idarəçiliyində varislik prinsipi strateji sabitliyin, davamlı inkişafın və milli maraqların təmin olunmasının əsas şərtlərindən biri kimi çıxış edir. 

Güclü lider yalnız hüquqi səlahiyyətlərə deyil, həm də xalqın mənəvi dəstəyinə söykənir. MEDİA-nın keçirdiyi ictimai rəy sorğusunun nəticələri də fikrimizin sübutudur. ABŞ-ın altıncı Prezidenti, “bani atalar”dan (Birləşmiş Ştatlarda ilk altı prezidenti belə adlandırırlar – red.) sayılan Con Kuinsi Adams deyirdi ki, “əgər hərəkətləriniz insanları daha çox öyrənməyə, daha çox çalışmağa və daha yaxşı olmağa ruhlandırırsa, siz lidersiniz". Yəni, güclü lider cəmiyyəti passiv müşahidəçiyə çevirmir, onu dövlət quruculuğunun iştirakçısı edir. Bu mənada qədim Çin filosofu Lao Tszının  məşhur fikrinə diqqət yetirək: “Ən yaxşı lider odur ki, işi başa çatanda insanlar desinlər: “Biz bunu özümüz etdik". 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi layihələr, regionların inkişaf proqramları, sahibkarlığın dəstəklənməsi və insan kapitalına yönəlmiş siyasət də vətəndaşın dövlət həyatındakı rolunun artırılmasına xidmət edir ki, bu məsələnin prioritetliyi Prezident İlham Əliyev tərəfindən dəfələrlə açıqlanıb. Ölkəmizin liderinin “Azərbaycan dövləti bütün imkanlarını xalqın rifahının yaxşılaşdırılmasına səfərbər edib və bundan sonra da edəcək”, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” kimi fikirləri vətəndaş amilinin dövlət üçün son dərəcə vacibliyini göstərir. Hesab edirik ki, Prezidentə etimadın mühüm səbəblərindən biri də budur. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə qiymət verməklə, əldə olunan nəticələrə söykənməklə yanaşı, gələcəyə köklənir. Bu yerdə ictimai etimadın liderliyin legitimliyini daha da gücləndirən, dövlətlə vətəndaş arasında qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edən mühüm siyasi amil olduğunu vurğulamalıyıq. 

Müasir beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin, yeni təhlükəsizlik çağırışlarının və iqtisadi transformasiyaların yaşandığı bir dövrdə düzgün qərar vermək liderdən yüksək siyasi iradə, çeviklik və uzaqgörənlik tələb edir. Prezident İlham Əliyevin fəaliyyətində sadaladığımız keyfiyyətlərin hər birinin yüksək dolğunluq fazası var. Nəticədə Azərbaycan beynəlxalq miqyasda milli maraqlarını müstəqil şəkildə müdafiə edən, regional proseslərdə fəal iştirak edən və mühüm geosiyasi təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edir. 

Sonda yenidən P.Drukerin fikirlərinə qayıdaraq bildirək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət düzgün işi seçməyin, onu ardıcıl və qətiyyətlə həyata keçirməyin, nəhayət, dövlət maraqlarını bütün qərarların mərkəzində saxlamağın örnəyidir. Dövlətimizin başçısının fəaliyyətinə nəzər saldıqda aydın olur ki, strateji baxış, siyasi iradə, milli maraqlara sədaqət və xalqın etimadı vahid idarəçilik modelində birləşərək müstəqil Azərbaycanın inkişaf fəlsəfəsini formalaşdırır. O inkişaf ki, dövlət müstəqilliyimizin üçün əbədiyyat təminatıdır. MEDİA-nın keçirdiyi sorğunun nəticələri həm də vətəndaşların bu fəlsəfəyə yüksək dəyər verdiklərinin bariz sübutudur. 

Ə.CAHANGİROĞLU

XQ  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri