Icma.az
close
up
RU
İlham Əliyev məhz Donald Trampa stavka etmişdi Bəli, bu dəfə Azərbaycan iqtidarı açıq oynayırdı...

İlham Əliyev məhz Donald Trampa stavka etmişdi Bəli, bu dəfə Azərbaycan iqtidarı açıq oynayırdı...

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizim müxalifət yenə məyus oldu. Iqtidarımızın isə çiçəyi çartladı. Naxış atırlar. İlham Əliyev məhz Donald Trampa "stavka" etmişdi. Cənab prezident çıxışlarında açıq mətnlə demokratların əleyhinə, respublikaçıların isə lehinə fikirlər səsləndirmişdi. Bəli, bu dəfə Azərbaycan iqtidarı açıq oynayırdı...

Demokratları təmsil edən prezident Co Bayden öncə qondarma erməni "genosidini tanıdı, 2023-cü ildə isə-23 illik fasilədən sonra ermənilərin sifarişi ilə bədnam 907-ci düzəlişi yenidən "diriltdi". Bundan sonra isə Azərbaycanla ABŞ arasındakı münasibətlər dalana dirəndi...

Mən bu seçkidə Donald Trampın qalib gələcəyini demişdim. Niyə o, qalib gəldi? Çünki Rusiya-Ukrayna müharibəsini yalnız o durdura bilərdi. Amerika xalqı sülhə səs verdi...

Azərbaycan üçün də Donald Trampın seçilməsi son dərəcə önəmlidir. Təsadüfi deyildi ki, erməni analitiklər də yazırdılar ki, sülh müqaviləsini imzalamaq üçün İlham Əliyev Donald Trampı gözləyir.

Donald Trampın qələbəsi Azərbaycan üçün Türkiyədə Tayyib Ərdoğanın qələbəsi qədər önəmlidir. Aydındır ki, Tayyib Ərdoğan olmasaydı, yəni Türkiyə Azərbaycanın arxasında dayanmasaydı rəsmi Bakı 2023-cü ildə Qarabağı erməni separatçılarını təmizləyə bilməzdi...

Donlad Tarmpın gəlişi Co Bayden administrasiyasına güvənən Nikol Paşinyanı pis vəziyyətdə qoydu. Heç şübhəsiz ki, bundan sonra Azərbaycan Ermənistana qarşı daha sərt mövqedən çıxış edəcək və daha çox güzəşt qoparmaqda israrlı olacaq...

Ən önəmlisi isə odur ki, Donald Trampın gəlişi "Zəngəzur dəhlizi"nin açılışına yaşıl işıq yandıracaq...

Donald Trampın qələbəsi ən çox İranı məyus edəcək. Çünki Donald Tramp radikal şəkildə İsrailin yanındadır. Xatırladım ki, o, prezident kimi 2017-ci ilin dekabrında Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. 2018-ci ilin mayında isə Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etdi...

Orasını da deyim ki, Kamala Harrisin prezident seçilməsi üçün Amerika erməni lobbisi var gücünü işə salmışdı. Təbii ki, Amerikadakı yəhudi lobbisi ermənilərdən qat-qat güclüdür. Yəhudi lobbisi bir daha öz məharətini göstərdi...

O da aydındır ki, bu qələbə Rusiyanı-Vladimir Putini son dərəcə sevindirdi. Cənab Putinin Rusiya-Ukrayna müharibəsini rəsmi Moskva üçün münasib şərtlər daxilində bitirmək imkanları kəskin şəkildə artdı...

Türkiyə prezidenti Tayyib Ərdoğanla Donald Trampın şəxsi münasibətləri də yüksək səviyyədədir. Cənab Ərdoğan prezident seçkisi ərəfəsində Donald Trampa dönə-dönə dəstək verib.

Bu sırada Macarıstanın Baş naziri xüsusi yer tutur. O, birmənalı mövqe sərgiləyib: “Mən 2016-cı il seçkilərində ABŞ-nin keçmiş prezidenti Trampı dəstəkləmişəm. İndi də onu dəstəkləyirəm”.

V.Orban bildirmişdir ki, Tramp ABŞ-nin ən uğurlu prezidentlərindən biridir: “Əgər 2022-ci ildə o, hakimiyyətdə olsa idi, müharibə başlamazdı. Mən buna əminəm”.

Sözümün canı o ki, Azərbaycanla yanaşı, onun müttəfiqlərinin də beynəlxalq siyasi arenada mövqeləri ciddi şəkildə gücləndi.

Azərbaycan və Türkiyə üçün xeyirli-uğurlu olsun. Qalanı düzələr...

Elbəyi HƏSƏNLİ

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Noyabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri