Icma.az
close
up
RU
İlham Əliyev prezident seçildiyi ilk gündən dünyada sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı olub

İlham Əliyev prezident seçildiyi ilk gündən dünyada sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı olub

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Nəinki Azərbaycan xalqı, bütün dünya çox mühüm bir hadisənin - Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə birgə bəyannamənin imzalanmasının şahidi oldu və Prezident cənab İlham Əliyevin diplomatik uğurlarına, onun siyasi gedişlərinə bilavasitə inandı. Bu bəyannamənin imzalanması, bilavasitə düşmənçiliyə son qoyulması, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması Azərbaycan və Ermənistanda sabitliyin, təhlükəsizliyin bərpa olunması, eləcə də Cənubi Qafqazda sülh şəraitində yaşayışın təşkil olunması üçün çox vacib və əhəmiyyətlidir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti bu gün reallıqları bir daha ortaya qoydu və onun bəşəri ideyalarına, sülh və təhlükəsizlik uğrunda mübarizəsinə şahid oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən bu görüşdə birgə bəyannamənin hazırlanması və bu bəyannamədə əksini tapan müddəalar bu gün nəinki iki ölkənin xalqlarının mənafelərinə uyğundur, eləcə də dünyaya bir mesajdır.

Tahir Rzayev

Deputat vurğulayıb ki, sülh şəraitində sabitlik və təhlükəsizlik bölgə xalqlarının birgəq yaşayışı uğrunda mübarizə üçün bir təkandır.

Tahir Rzayev qeyd edib ki, bu bəyannamə gələcəkdə dövlətlərin inkişafına və xalqların rifahının artırılmasına imkan yaratmaqla bərabər, dünya iqtisadiyyatının və regional iqtisadiyyatın inkişafı üçün də önəmlidir.

“Burada Zəngəzur dəhlizinin "Tramp körpüsü" nəqliyyat dəhlizi adlandırılması və bu dəhlizin açılması əlbəttə ki, regional dövlətlərin inkişafında mühüm rol oynamaqla bərabər, dünya ölkələrinin bu dəhlizdən səmərəli istifadə etməsinə şərait yaradacaq və dövlətləri, xalqları birləşdirəcək. Bəyannamədə əksini tapan müddəalar iki dövlət arasında uzun illərdir davam edən münaqişənin aradan qaldırılmasına bir zəmin olmaqla bərabər, həm də gələcəkdə qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasına da təkan verəcək və xalqların xoşbəxt həyatını təmin edəcək”-deyə deputat bildirib.

“Bu gün Azərbaycan xalqı qürur içərisindədir. Amerikada Azərbaycan bayrağının olması, hegemon aparıcı bir dövlət rəhbərinin, Donald Trampın Azərbaycan prezidenti haqqında söylədiyi xoş ifadələr və cənab İlham Əliyevi dostu adlandırması Prezidentimizin uzaqgörən siyasətinin həm də qazandığı böyük hörmət və ehtiramın ifadəsidir. Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı. Çünki cənab İlham Əliyev prezident seçildiyi ilk gündən dünyada sülhün, sabitliyin, təhlükəsizliyin yaradılmasının tərəfdarı olub və bu yolda bütün səylərini ortaya qoyub.

Ermənistan üzərində tarixi qələbə qazanmağımıza baxmayaraq, erməni faşistlərin ayaqlarının torpaqlarımızdan kəsilməsinə baxmayaraq, faşist ölkənin məğlub olmasına baxmayaraq, Azərbaycan prezidenti yenə də sülh, danışıqlar mövqeyində olmuş və bunu dəfələrlə bəyan etmişdi”-deyən deputatın fikrincə, bu görüş bir daha sübut etdi ki, cənab İlham Əliyev öz yolunda inamla irəliləyir.

“Xeyirxahlıq, sülh, sabitlik missiyasını uğurla həyata keçirir və Vaşinqtondakı görüş, həmçinin Prezidentimizin səsləndirdiyi fikirlər - “biz sülhə tərəfdarıq və buna əməl edəcəyik” fikirləri bunu bir daha təsdiqlədi.

Tahir Rzayev qeyd edib ki, bəyanatın imzalanması və Vaşinqton görüşləri Azərbaycan diplomatiyasının, cənab İlham Əliyevin siyasətinin ən böyük uğurlarıdır: “Bu, Azərbaycan vətəndaşında qürur hissi doğurur. Bu gün Azərbaycan dünyaya öz sözünü deyir, öz fikirlərini bildirir və öz amalına sadiq qalır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri