Icma.az
close
up
RU
İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların baş verdiyi mürəkkəb regionlardan biri olaraq qalmaqda idi. Bölgədəki hər bir ölkənin öz problemləri olmaqla yanaşı ən kəskin qarşıdurmanın episentri Azərbaycanın Qarabağ bölgəsi idi. Nəhayət, 2020-ci ildə Azərbaycan Respublikasının qəti addımlarından sonra uzun müddət bölgəni gərginlikdə saxlayan status-kvo dəyişdirildi. Həmin ildən başlayaraq Cənubi Qafqaz sülh və sabitliyə doğru sürətli dəyişikliklər dövrü yaşamaqdadır. Bölgənin bütün xalqları üçün həyati əhəmiyyət daşıyan, sülhə və sabitliyə möhkəm zəmin yaradan bu dəyişikliklərin memarı rolunda çıxış edən isə Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevdir.

Cənubi Qafqazda sülh: münaqişədən əməkdaşlığa

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyi dövründə çoxsaylı nailiyyətlərə imza atmışdır. Lakin 30 il ərzində bütün bölgəni gərginlikdə saxlayan Ermənistan-Azərbaycan münaqişəsini ədalətli şəkildə və tarixi zəfərlə başa çatdırmasını onun ən böyük nailiyyəti və tarixi uğuru hesab etmək olar.

Bölgədə tarixən süni şəkildə yaradılmış və təxminən 200 il ərzində zaman-zaman qəsdən alovlandırılan və söndürülən Qarabağ münaqişəsinin həlli sadəcə bir bölgədə Azərbaycan toprpaqlarının işğaldan azad edilməsindən daha böyük əhəmiyyət daşıyır. Bütün beynəlxalq təzyiqlərə və təhdidlərə baxmayaraq Qarabağ münaqişəsinin məhz Azərbaycan tərəfindən onun öz gücü hesabına həll edilməsi və torpaqlarımızın işğaldan azad olunması eyni zamanda bölgədən kənar güc mərkəzlərinin bölgədə yaratmış olduğu çıxılmaz vəziyyətə son qoydu. Bu məsələdə Azərbaycanın ortaya qoyduğu siyasi iradə və hərbi qətiyyət Cənubi Qafqazı daimi gərginlik şəraitində saxlamağa hesablanmış Qlobal Oyunu pozdu. Bu qlobal güc mərkəzlərinin inana bilməyəcəyi bir siyasi məharətin göstəricisi idi və belə bir siyasi-hərbi-diplomatik məharətin sahibi məhz İlham Əliyevdir.

Qarabağ torpaqlarının 30 il davam edən işğaldan azad edilməsi eyni zamanda Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı tarixi ərazi iddialarına son qoymaqla yanaşı həm də gələcəkdə Gürcüstan, İran və hətta Rusiya ərazilərinə qarşı iddia irəli sürmək xəyallarını da birdəfəlik dəfn etdi. Tarixdə ilk dəfə ermənilər böyük güclərin əlaltısı rolunda çıxış edərək destruktiv fəaliyyət göstərməyin onların özləri üçün böyük faciəyə gətirib çıxara biləcəyinin şahidi oldular. 2020-ci ildə və ondan sonra baş verən hadisələr 100 il əvvəllərə qədər tarixdə heç zaman müstəqil dövlətçiliyi olmayan və beləliklə də beynəlxalq siyasət, milli maraqlar və dövlət quruculuğu haqqında təsəvvürləri, milli ideyası və ideologiyası, taktikası və strategiyası olmayan erməni toplumu üçün unudulmaz bir dərs oldu. Bütün dünya erməniliyinə və onlardan zaman-zaman əlaltı vassal kimi yararlanan güc mərkəzlərinə və “Böyük Ermənistan” xülyasına mənəvi-siyasi, bəzi hallarda isə hətta hərbi dəstək verən havadarlarına bu dərsi verən məhz İlham Əliyev oldu.

2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etməsi Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda davamlı sülh və tərəqqiyə yol açdı. İlk sülh təklifi də məhz Azərbaycan Prezidenti İlham Əliyevdən gəldi. 2020-ci ilin 10 dekabr tarixində müstəqillik tariximizin ilk Zəfər paradını birlikdə qəbul edən Prezident İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan elə oradaca biabırçı məğlubiyyətin şok təsirindən hələ də ayılmayan Ermənistana sülh təklifi səsləndirdilər və bütün bölgə dövlətlərini 3+3 formatında əməkdaşlığa dəvət etdilər. “Dənizdən dənizə böyük ermənistan” kimi absurd bir milli ideyası təbii olaraq tam iflasa uğramış ermənilər bu günə qədər həmin əməkdaşlıq təklifini hamılıqla qəbul etməyə və nəhayət, düşmənçilik siyasətindən birdəfəlik əl çəkib regional əməkdaşlığa qoşulmağa nail ola bilməyiblər. Müharibədən 5 il keçir və hələ indi-indi erməni cəmiyyətində düşmənçilik siyasətinin perspektivsiz olduğunu anlamağın ilk təzahürləri görünməyə başlayır. Cənubi Qafqazın gələcək mənzərəsini təşkil edəcək bəzi pozitiv dəyişikliklər artıq görünməkdədir: bölgədə hərbi aktivliyin miqyası azalır, iqtisadi təşəbbüslərin sayı artır, aparıcı dünya güclərinin iştirakı ilə yeni birgə layihələr müzakirə olunur. Bakı və İrəvan arasında beynəlxalq hüquq normalarına əsaslanan diplomatik münasibətlərin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən zəruri addımlar atılır. Beləliklə, erməni şüurunda yüzillər ərzində daşlaşmış düşmənçilik stereotipini dağıdaraq regionda davamlı sülh və birgə tərəqqi naminə əməkdaşlığa çağırışların və bu istiqamətdə atılan praktik addımların da müəllifi məhz İlham Əliyevdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra bütün dünya ilə əməkdaşlığa açıq olduğunu bəyan edib. Ərazi və əhali sayı cəhətdən o qədər də böyük olmayan Azərbaycan ötən illər ərzində dünyanın ən böyük və ən qüdrətli dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa nail olub. Prezident İlham Əliyevin balanslaşdırılmış və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan özünün unikal geo-strateji mövqeyini milli maraqlar baxımından ən faydalı şəkildə siyasi və iqtisadi dividendlərə çevirə bilib. Azərbaycan öz ərazisində Şimal-Cənub və Şərq -Qərb nəqliyyat marşrutlarının qovşağını yaradıb, Xəzər hövzəsinin və eləcə də Mərkəzi Asiya regionunun təbii enerji resurslarını Avropa bazarına çıxarmağa qadir olan enerji nəqliyyat kəmərlərinin geniş infrastrukturunu yaratmağa nail olub. Daha geniş coğrafiyanı əhatə edəcək yeni nəqliyyat və enerji dəhlizlərinin yaradılması Avropa və Asiya qitələrini iqtisadi əsasda bir-birinə bağlamaqla həm də bütövlükdə Avrasiya hüdudlarında siyasi və mədəni-humanitar bütövləşmənin əsasını qoyur. Bütün bunlar bəşəriyyətin gələcəyi baxımından bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən qlobal xarakterli tərəqqi trendləridir. Bu gün regional və qlobal mahiyyət daşıyan təşəbbüsləri ilə bütöv Avrasiya çərçivəsində müstəsna olaraq sülh və əməkdaşlığın təmin olunacağı möhtəşəm bir gələcəyin yol xəritəsini cızan lider də məhz İlham Əliyevdir. Bu gün Azərbaycan həm Qərb, həm də Şərq üçün bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın cazibə mərkəzinə çevrilib. Bu qarşısı alınmaz cazibənin mərkəzində məhz İlham Əliyev şəxsiyyəti dayanır.

Dünya gücləri arasındakı diplomatik körpü

Son bir neçə onillik ərzində dövlətimiz tərəfindən aparılan balanslı xarici siyasət strategiyası nəticəsində Azərbaycan Rusiya və Türkiyə arasında unikal vasitəçiyə çevrilib. Rəsmi Bakı 2015-ci ildə Rusiyaya məxsus hərbi qırıcı təyyarənin Türkiyə ərazisində vurulması ilə bağlı yaşanan böhran və daha sonra Suriyada və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı Rusiya və Türkiyə arasında yaranmış gərginliyin aradan qaldırılmasında önəmli rol oynadı. Azərbaycanı dünya siyasətinin iki əsas aktoru arasında “inam və etimad körpüsü”nə çevirən məhz hər iki tərəflə səmimi əməkdaşlıq edən Prezident İlham Əliyevin ardıcıl səyləri idi.

Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasına töhfə

Bakının Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasına verdiyi töhfələr xüsusi diqqətə layiqdir. 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzza zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan “Mavi Marmara” gəmisi İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 10 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. Ankara və Təl-Əviv arasında rəsmi əlaqələrin tamamilə kəsildiyi həmin illərdə Azərbaycan qeyri-rəsmi əlaqələrin dəstəklənməsində və gərginliyin azaldılmasında önəmli rol oynamışdı. Türkiyənin ən yaxın müttəfiqi və İsrailin strateji tərəfdaşı olan Azərbaycan hər iki tərəfə praqmatik qərarlar qəbul etməkdə və nəticə etibarilə diplomatik münasibətlərin tədricən bərpa olunmasında yardımçı olmuşdu. Beynəlxalq problemlərin müzakirəsində Azərbaycanın ədalətli mövqeyi, hər iki tərəfdən Azərbaycan lideri İlham Əliyevin şəxsiyyətinə göstərilən hörmət və etimad bu gün də Türkiyə-İsrail münasibətlərinin tənzimlənməsi üçün əlverişli mühit yaradır.

İran-İsrail dialoqu üçün potensial

Bu gün Yaxın Şərqin ən kəskin təhlükəsizlik problemlərindən biri İran-İsrail qarşıdurmasıdır. Onilliklər ərzində davam edən bu münaqişənin soyuq və qaynar fazaları vaxtaşırı bir-birini əvəz edir. Hərçənd İran-İsrail arasında tammiqyaslı dialoq haqqında danışmaq hələ tezdir, bununla belə Azərbaycanın coğrafi mövqeyi və onun hər iki ölkə ilə tarixən qurulmuş mövcud əlaqələri istər indi, istərsə də gələcəkdə tərəflər arasında vasitəçilik missiyası üçün unikal imkanlar yaradır. Prezident İlham Əliyevin regionda əlaqələrin möhkəmləndirilməsinə və gərginliyin azaldılmasına yönəlik fəaliyyətləri tərəflər arasında mümkün danışıqlar üçün real perspektivlər vəd edir. Belə bir missiyanın uğurla nəticələnməsi üçün Azərbaycan kifayət qədər diplomatik resurslara da malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ən çətin daxili və xarici siyasət problemlərini həll etməklə yanaşı, eyni zamanda bölgədə və dünyada sülhə və sabitliyə davamlı töhfə verən qlobal miqyaslı dövlət xadimidir. Onun liderlik qabiliyyəti, Cənubi Qafqazla bağlı nailiyyətləri, Avrasiyanın əsas ölkələri arasındakı münasibətlərdə birləşdirici rolu, digər bölgələrdə dərin köklü münaqişələrin aradan qaldırılması istiqamətində sülhə yönəlik barışdırıcı səyləri İlham Əliyevin qlobal miqyaslı bir siyasətçi olduğunu bir daha təsdiqləyir. İlham Əliyevin apardığı daxili və xarici siyasət nə qədər mürəkkəb siyasi gedişləri özündə ehtiva etsə də bir o qədər sadədir: Vətəndə Sülh, Bölgədə Sülh, Dünyada Sülh! Bu məsələdə dünyanın bütün mütərəqqi qüvvələri İlham Əliyevi dəstəkləyir: Qoy həmişə sülh olsun!

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri