Icma.az
close
up
RU
İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafına istiqamət verən liderdir

İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafına istiqamət verən liderdir

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı regiondakı böhranın aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və dövlət başçımızın qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərində etibarlı və güclü lider kimi qəbul edilməsinin təsdiqidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycan Prezidenti İlham Əliyevin Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakından danışarkən bildirdi.

Siyasətçinin sözlərinə görə, Donald Trampın İlham Əliyevi “güclü lider” adlandırması təsadüfi deyil:

"Bu gün dünya miqyasında ölkə başçımız öz qətiyyətli siyasi iradəsi, prinsipial mövqeyi, dövlətçilik fəlsəfəsi və müstəqil siyasəti ilə fərqlənən, sözün əsl mənasında nümunəvi liderdir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədi, eyni zamanda bölgədə sülhün, sabitliyin və dayanıqlı inkişafın təminatçısına çevrildi".

Millət vəkili qeyd etdi ki, Azərbaycan dünyaya ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan yeni sülh modeli təqdim edir.

"Dövlət başçımızın Misirə səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı da məhz bu siyasətin davamıdır. Müharibədən qalib çıxmış bir dövlətin lideri kimi dövlət rəhbərimizin bu sammitdə iştirakı dünyaya çox mühüm mesaj verir. Sülh güc və ədalət üzərində qurulduqda davamlı ola bilər. Azərbaycanın sülh siyasəti region üçün və qlobal miqyasda nümunə kimi qəbul olunur. Prezidentin həyata keçirdiyi diplomatik təşəbbüslər, beynəlxalq platformalarda səsləndirdiyi çağırışlar və ədalətə əsaslanan çıxışlar bir daha göstərir ki, Azərbaycan hadisələrin iştirakçısı olmaqla yanaşı eyni zamanda təşəbbüskarı və formalaşdırıcısı rolundadır.

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində İlham Əliyevin iştirakı Azərbaycanın regional nüfuzunu möhkəmləndirir, ölkəmizin sülhsevər siyasətinin beynəlxalq miqyasda qəbul olunduğunu sübut edir və Azərbaycanın beynəlxalq güclər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafına istiqamət verən liderdir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan ədalətli sülhün, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see186

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see125

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see120

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see120

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri