Icma.az
close
up
RU
İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir

İlham Əliyev yüksək intellektual səviyyəli dövlət başçısı və şəxsiyyətdir

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İctimai inkişafın bütün mərhələlərində savadlı, bilikli olmaq, bu intellekdən milli mənafe naminə istifadə etmək də şəxsin çox gərəkən cəhətlərindən sayılır. Elm, bilik o vaxt səmərəli sayılır ki, o təcrübədə tətbiq edilir, onun nuru yüzlərin, minlərin, milyonların yaşam tərzinə işıq sala bilir.


Bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları sadaladığım onlarla bu cür müsbət keyfiyyətlərin daşıyıcısıdır. Böyük və mükəmməl  demokratik düşüncə sahibidir. Elə buna görə də Azərbaycan  xalq-dövlət tandemi sarsılmaz bir təməl üzərində bərqərar olaraq dünya dövlətləri içərisində nümunə sayılır. Uyğun beynəlxalq təşkilatların ümumi rəyi belədir ki, hazırda Azərbaycan iqtidar-xalq birliyinin möhkəm olduğu 20 dövlət sırasında qərarlaşmışdır. 


Cənab prezidentimiz yüksək intellektual səviyyəli ictimai dövlət xadimi və şəxsiyyətdir. İlham Əliyev cənabları milli kökə, milli dəyərlərə əhalinin əsrlərin arxasından süzülüb gələn dini hisslərinə böyük hörmət və ehtiramla yanaşır. Bu kimi yüksək insanı keyfiyyətlərinə görə ölkə əhalisinin bütün təbəqələri onu qəbul edib, onun iş üslubunu bəyənir, onu özlərinə arxa, dayaq sayırlar. Hər kəsin yaxşı yaşaması, sabaha işıqlı ümidlərlə baxması istəyi onun amalıdır. Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər”. 
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar  Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq seçkilər  ərazilərimizin hər bir yerində keçirilmişdir. Bu zaman qalib sərkərdə seçicilərin 92.12% səsini qazanaraq yenidən  Azərbaycan Respublikasının  Prezidenti  seçilmişdir. Prezident İlham Əliyev cənablarına  dünya ölkələri tərəfindən verilmiş mühüm təltiflərin , ordenlərin , fəxri elmi adların , idman təşkilatlarının mükafatlarının sayı olduqca çoxdur və möhtərəm Prezident bunların hamısını haqq etmişdir və dünyada tanınmış dövlət xadimi səviyyəsinə yüksəlmişdir. 


Ulu öndərin bir vaxtlar söylədiyi  “ Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq ” kəlamı bu günümüzün reallığıdır. Bu gün Azərbaycan ən qüdrətli dövlət kimi dünyaya səs salır.


Prezident İlham Əliyevin “ Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara , beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rağmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycandakı ümumxalq birliyinin səbəbidir.
Mədəniyyətlərarası dialoq Prezident  İ.Əliyevin siyasətində prioritet sahələrdən biri olmuşdur. Onun bu siyasəti bütün beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Bakıda  dəfələrlə mədəniyyətlərarası dialoq forumu keçirildi. 2016-cı ili Azərbaycanda   “Multikulturalizm ili ”elan edildi. 


Ilham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı gördüyü işlər öz nəticəsini verməkdədir. “Elmin İnkişafı Fondunun, AMEA-nın Gəncə bölməsinin, yüksək Texnologiyalar Parkının yaradıması “Elm günü” təsis edilməsi  cənab Prezidentin Azərbaycanda elmin inkişafına verdiyi ən böyük töhfələrdəndir.
İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020: “ Gələcəyə baxış ”inkişaf konsepsiyasında əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdur. İcbari Tibbi Sıgorta üzrə Dövlət Agentliyinin yaranması və tibbi sığortanın tətbiqi səhiyyənin inkişafında böyük rol oynadı.


Azərbaycan gəncliyi , gənclərin cəmiyyətin həyatında fəal iştirakı Prezidentin xüsusi diqqət yetirdiyi sahələrdəndir. Gənclərin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramları “ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında ” Fərman möhtərəm  Prezidentin ölkə gənclərinə diqqət və inamının göstəricisidir. 


Prezident İlham Əliyevin sayəsində Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın Beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. 


Azərbaycan “Sülh naminə tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı olması Prezident  İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarədir.  “COP-29 İqlim  diplomatiyasında dönüş nöqtəsi oldu. 
Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan artıq “ Kosmosu fəth edir”. 2013-cü ildə süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib.


16.11.2022-ci il tarixli sərəncamı ilə Prezident Böyük Qayıdışa dair I dövlət Proqramını təsdiq etmişdir. Proqramın əhatə dairəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Böyük Qayıdış çərçivəsində keçmiş, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçir.
Müzəffər Ali  Baş komandan İlham Əliyevin böyük qələbəsi bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırmışdır.     


Təyyubə Hüseynova


Abşeron Rayon Saray 3 saylı tam orta məktəbin direktoru,


 “Əməkdar müəllim”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see139

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri