Icma.az
close
up
RU
İlham Əliyevin milli strategiyası gələcək firavanlığımızın təminatıdır

İlham Əliyevin milli strategiyası gələcək firavanlığımızın təminatıdır

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. Franklinin dediyi bu söz, zamanın hər dövründə sınaqdan keçmiş, insan üçün daim doğru, dərindən mənalı və düşündürücü bir həqiqət kimi qalır. İnsan qocalar bu, təbiətin qanunudur. Tez qocalmaq isə Allahın hikmətidir. Lakin bizim diqqətimiz burada qocalmaqda deyil, insanın yaşadıqca ağıllanma yolunda etdiyi mübarizəyə yönələcək. İnsan yaşa dolduqca, ağıllı və müdrik olmaq üçün mübarizə aparır. Sərmayəsini ağıla, biliyə qoyanlar həyatda daha çox zəfər qazanırlar. Amma savadlı olub ağıllı ola bilməyənlər? Onlar oxuyub biliklərə sahib olurlar, amma onları düzgün istifadə edə bilmirlər. Həyat təcrübəsindən yararlana bilməyən, intellekti düzgün işlədə bilməyən, oxuduqlarını həyatla əlaqələndirə bilməyən, analiz və tənqidi düşüncə qabiliyyəti olmayan və duyğularını idarə edə bilməyən insanlar uğur qazana bilmirlər.
Disiplini olmayan insanlar üçün təkcə bilik kifayət etmir. Bu gün faciədən əziyyət çəkənlər, özlərini ağıllı kimi cəmiyyətə sırımaq istəyənlərdir. Onlar nə yetərli resurs idarəetməsinə malikdirlər, nə də emosional intellektə. Psixologiyada onlara deyirlər: “potensial tıxanması” xəstəliyi. Latent potensiallılar – siyasi spekulyantlar. Onlar həqiqətləri dərk etməmək və düzgün qiymətləndirməmək üçün əyri yollar seçiblər. Nəticədə stress və depressiyadan əziyyət çəkirlər, bacarıqları isə yalnız mənfiyə yönəlir, çünki bütün müsbət neyronlarını öldürüblər. Dəyərli soydaşlar, belə insanların arxasınca heç vaxt getməyin, o taleyi yaşamaq arzusu sizə fayda gətirməz. ŞƏT “Plus” tədbirini həmin siyasətşünaslar müzakirə edir. Onların analizlərinə baxanda guya Hindistan bizə yaxşılıq eləyib, amma əsl mahiyyət tamam başqadır. Modi siyasətə yeni “mod” gətirib və bununla bizə yaxşılıq edib. Nüvə silahına malik olan bir ölkənin rəhbəri, dünyada ən böyük əhalisi olan bir ölkənin lideri Modi, görün, bu xalqı necə istəyirmiş ki, bizi düşünüb bizə yaxşılıq edib.
Amma unudublar ki, Modi Ermənistana silah verirdi. O, geosiyasi vəziyyəti öz xeyrinə dəyişmək, “Bir kəmər, bir yol” layihəsində xüsusi rol qazanmaq və iqtisadi maraqlarını təmin etmək üçün terrorçu bir ölkəyə silah verirdi. Lakin ağıllı diplomatiyanı həyata keçirən, mükəmməl bilik və böyük düşüncə sahibi Azərbaycanın lideri, Modi kimi düşünən beyinləri blokladı. O silahlarla bizim ölkəyə nələr ediblər və nələr etmək istəyiblər – siz bunun fərqində deyilsiniz. Çünki sizin üçün maraqlı deyil; işiniz yalnız xırda detallar üzərində müzakirə aparmaqdır. Bu ağıllı siyasət deyil; bu, ağılsız siyasətin ən dərin rüşeymlərinin təzahürüdür.
Bir vaxtlar özünüzü narıncı, mavi rəngli bayraqlar altında güclü hesab edənlər, meydan oxuyur, inqilab etmək istəyirdiniz. Özünüzü güclü sayırdınız, amma zaman göstərdi ki, heç bir gücə malik deyilsiniz. Sadəcə dəridən-qabıqdan çıxıb falçılar kimi “strateji intuitiv” və ya siyasi manipulyatorluq edirdiniz. İntuisiya və hisslərlə proqnoz verənlər indi öz aqibətinizi görürsünüz.
Dünyanın siyasi nəzəriyyələri elmə əsaslanır, dünyanın yeni düzəni isə ağıla əsaslanır. Yeni strategiya isə siyasi nəzəriyyələrə əsaslanaraq, böyük düşüncəyə söykənən idarəetmə strategiyası və dərin taktika ilə həyata keçirilir. Dəyərli soydaşlar, bu cür manipulyator siyasətçilərə qətiyyən fikir verməyin. Öz güclərinə arxayın olan, ağılına etibar etməyən siyasətçilər bilsinlər ki, ədalət və ağıl gücdən üstündür.
Ədaləti, müdrikliyi, zəkası, qətiyyəti və prinsipiallığı ilə bu gün Azərbaycanı, vətənimizi, dövlətimizi dünyanın qürur mərkəzində, siyasi məkanında ən yüksək səviyyədə sahibləndirən İlham Əliyevin milli strategiyası gələcək firavanlığımızın təminatıdır. Bu levelə, səviyyəyə, zirvəyə çatmaq üçün çox böyük əzablar və əziyyətlər çəkilib, uzun və şərəfli bir yol keçilib. Bu, yüz illərdən sonra qazandığımız ən böyük sərvətimizdir. Bu sərvəti qorumaq, bu sərvətə sahib olmaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Siyasətdə təməl anlayışı olmayanlar tərslik edir, cığallıq edirlər. Tərsliyin ilki avamlıqdır, sonu isə nadanlığa gətirib çıxarır. İnsan, özündən asılı olmayaraq, ora sürüklənir. Azərbaycan üçün görülən bütün işləri görməməzlikdən gəlmək, tariximizin şərəfli irsini, xalqımızın zəhmətini və dövlətimizin qazandığı uğurları gözardı edərək nadanlıq göstərmək yolverilməzdir. Hər birimiz borcluyuq: bu əvəzsiz sərvəti qorumağa, gələcək nəsillərə ötürməyə və xalqımızın parlaq, uğurlu sabahına layiq olmağa. Bu yalnız vətən sevgisi deyil, həm də tariximizin, irsimizin və dövlətimizin müqəddəs mirasını yaşatmağın şərəfli yoludur.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri