Icma.az
close
up
RU
İlham Əliyevin BMT tribunasından əsas MESAJI

İlham Əliyevin BMT tribunasından əsas MESAJI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.  Cənab Prezidentin sessiya çərçivəsindəki çıxışı Azərbaycanın qlobal miqyasda sülh və əməkdaşlıq çağırışlarını bir daha gündəmə gətirib.

Dövlət başçımızın verdiyi mesajlar, xüsusilə bölgədə davamlı sülhün təmin olunmasına dair iradəni bir daha beynəlxalq aləmə göstərdi. 

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələlər komitəsinin üzvü Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi, beynəlxalq hüquqa sadiqliyi, regional sülhə, sabitliyə və təhülkəsizliyə verdiyi töhfəni bir daha aydın şəkildə nümayiş etdirdi. Onun sözlərinə görə, cənab Prezident illər boyunca BMT tribunasından Azərbaycanın üzləşdiyi işğal və təcavüz faktlarını gündəmə gətirdiyini xatırladaraq, bu gün artıq qalib dövlətin lideri kimi regionda sülhə və əməkdaşlığa töhfə verməyə hazır olduğunu bəyan etdi:

“Bu, təkcə milli maraqların təmin olunması deyil, eyni zamanda beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından da mühüm presedent kimi qiymətləndirilir. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, BMT Nizamnaməsinə görə, onun ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzərinə düşsə də, bu kontekstdə real addımlar atılmadı. 

Postmünaqişə dövründə aparılan Sülh danışıqlarını üçüncü qüvvələrin müdaxiləsindən qorumaq və vasitəçisiz uğurla başa çatdırmaq da sülh qazanmağın Azərbaycan modelinin əsas komponentlərindən biridir. Regionda sülhü və təhlükəsizliyi hərbi, siyasi və diplomatik vasitələrlə təmin edən, müharibəni və sülhü qazanan dövlətin lideri bu təcrübəni - Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğumuzu sözügedən universal təşkilatın ali kürsüsündən bəyanat etdi”. 

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının çıxışında əks olunan əsas mesajlar son beş ildə, Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni geosiyasi reallıqların təməlində duran mühüm məqamları əhatə edir:

“Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan uzun illər işğal və ədalətsizlikdən əziyyət çəkdiyi, ikili standartlarla üz-üzə qaldığı halda, BMT nizamnaməsinə, müvafiq qətnamələrinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”. 

Deputat vurğulayıb ki, çıxışda Azərbaycanın beynəlxalq əməkdaşlığa və konstruktiv dialoqa açıq olması, eyni zamanda ikili standartlara qarşı prinsipial mövqe tutması xüsusi yer alır. 

“Prezident İlham Əliyevin “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq” çağırışı, qlobal miqyasda hüquq və ədalətə əsaslanan yeni beynəlxalq münasibətlər sisteminə ehtiyac olduğunu diqqətə çatdırır”. 

O həmçinin əlavə edib ki, bu, həm inkişaf etməkdə olan ölkələrin,eləcə də münaqişə bölgələrinin ədalətli münasibətə ehtiyacı olduğuna dair mühüm mesajdır:

“Ölkə başçımız tərəfindən verilən mesajın əhəmiyyəti həm də ona görə diqqət çəkir ki, BMT təşkilat olaraq Nizamnaməsinin 2-ci maddəsinə görə, üzv dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanır.

Azərbaycan Respublikasının Prezidenti BMT tribunasından çıxış edərək ölkəsinin sülh təşəbbüslərinə sadiqliyini, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə əsaslanan yanaşmanı dəstəklədiyini bir daha bəyan etmişdir. 

Bu yanaşma, hazırkı dövrdə beynəlxalq təhlükəsizlik və davamlı inkişaf üçün strateji əhəmiyyət kəsb edir”.

Yekun olaraq millət vəkili nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışı BMT-nin ali tribunasında Azərbaycanın haqlı mövqeyinin və beynəlxalq hüquqa söykənən siyasətinin ifadəsi olmaqla yanaşı, həmçinin qlobal ədalət, sabitlik və əməkdaşlıq çağırışının da bariz nümunəsidir: 

“Prezidentin çıxışı Azərbaycan diplomatiyasının sülh yönümlü, prinsipial və konstruktiv xarakter daşıdığını bir daha sübut edir. Bu çıxış, həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli bir sənəd kimi qiymətləndirilə bilər”,- deyə R.Nəbiyev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri