Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Kərkicahan Bir kənd, iki tale

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər

İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər

Icma.az bildirir, Reyting.az portalına istinadən.


ABŞ prezidenti Donald Trampın dəvəti, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi.

Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq və Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq.
Artıq neçə gündür ki, danışıqların nəticələri mediada və analitik çevrələrdə təhlil edilir və demək olar ki, bütün rəylərdə əldə olunan razılaşmaların bölgəyə sülh və rifah gətirəcəyinə dair əminlik ifadə olunur.
Vaşinqton sammitinin uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinə çoxsaylı təbrik, Donald Trampa isə təşəbbüsə görə təşəkkür mesajları göndərilir. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baş verənləri bir ağızdan alqışlayır, kimisi vaxtilə sülh prosesinə özünün verdiyi töhfəni xatırladır, kimisi gələcək üçün dəstəyini təklif edir.
ATƏT, Makron və digər qatara gecikənlər

Razılaşmaları alqışlayanlar arasında vaxtilə sülhə mane olmaq istəyənləri, Azərbaycanı qəbuledilməz güzəştlərə məcbur etməyə çalışanları da görmək mümkündür. Onlar qatara gecikdiklərini başa düşsələr də, artıq ona çatdırmaqları çox çətin, bəziləri üçün isə ümumiyyətlə mümkün olmayacaq.
Məsələn, ATƏT deyir ki, Azərbaycan və Ermənistan liderlərinin 8 avqust Bəyannaməsinin reallaşdırılmasında öz üzərinə düşəni etməyə hazırdır. Bəyannaməyə görə isə bu təşkilatın bundan sonra edə biləcəyi ən yaxşı iş ancaq ATƏT-in bədnam Minsk qrupunun ləğv edilməsi ola bilər. Münaqişənin həlli üçün vasitəçilik mandatı almış bu qurum, 30 ilə yaxın müddətdə yalnız Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışıb.
Fransa senatının üzvü Natali Qule isə rəsmi Parisin erməni lobbisinə xidmət etməsi səbəbindən oyundan kənar vəziyyətdə qaldığı üçün təəssüflənib. “İndi Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla münasibətlərini yaxşılaşdıracaq”, - deyə senator bildirib.
Azərbaycan-Ermənistan razılaşmalarını alqışlayanlar arasında BMT Baş katibi Antoniu Quterriş də var. Həmin BMT-nin ki, böyük güclərin lazım bildiyi ölkələrə hərbi müdaxiləyə bir gecədə fərman verə bilir, amma 30 il ərzində öz Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması haqqında qətnamələrinin icrasını təmin edə bilmədi.
907 saylı maneə

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında əsas söz sahibi olan ABŞ-nin özü də Donald Tramp hakimiyyətə gələnədək Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ədalətli yanaşması ilə seçilmirdi. Elə Vaşinqton danışıqlarının nəticəsi olaraq prezident Trampın icrasını dayandırdığı “Azadlığa dəstək aktı”na 907 saylı düzəliş bunun ən bariz nümunəsidir. 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində təsdiqini tapdığı bir vaxtda, ABŞ işğalçı tərəfi deyil, işğaldan zərər çəkən tərəfi sanksiyalara məruz qoymuşdu. Yalnız Amerika hərbi yüklərinin Azərbaycan üzərindən Əfqanıstana daşınması zərurəti yarandıqdan sonra Ağ ev sahibləri bu ədalətsiz düzəlişin icrasını müvəqqəti dayandırmağa başladılar. ABŞ Əfqanıstandan çıxdıqdan sonra isə qatı ermənipərəst Co Bayden administrasiyası yenidən 907-ci düzəlişi işə saldı. Bu mənada Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv münasibətləri sayəsində 907-ci düzəlişin iclasının dayandırılması Vaşinqton sammitinin ən vacib nəticələrindən hesab olunur.
Qonşun qonşu olsa

Analitikləri ən çox maraqlandıran məsələlərdən biri də Vaşinqtonda baş verənlərə Moskvanın münasibəti idi ki, onun da reaksiyası özünü çox gözlətmədi. Bu ölkənin xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova da Vaşinqton görüşünü müsbət qiymətləndirdiklərini deyib. Lakin o, qeyd edib ki, əldə olunan razılaşmaların əsası Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatda qoyulub. Zaxarova hesab edir ki, Cənubi Qafqazdakı problemləri bölgə ölkələri öz qonşuları – Rusiya, İran və Türkiyənin iştirakı ilə həll etsə daha optimal olar. Türkiyənin bölgədə sülhə və əməkdaşlığa verdiyi töhfələr, oynadığı müsbət rol hər kəsə məlumdur. Bəs Rusiya və İran?
Azərbaycanın Qarabağ bölgəsindəki silahlı separatçıları zərərsizləşdirməsindən sonra Rusiya “sülhməramlı” kontingentinin də burada mövcudluğuna zərurət qalmadı. Lakin onlara dəstəyini Ermənistan ərazisində davam etdirən Moskva bilməli idi ki, revanşist qüvvələri himayə etməklə bölgənin lider dövləti olan Azərbaycanın olan-qalan etimadını da itirəcək. O ki qaldı Zaxarovanın adını çəkdiyi digər qonşu – İrana, bu ölkənin Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti indidən deyir ki, onlar Vaşinqton anlaşmalarının həyata keçirilməsinə mane olacaqlar - Rusiya onlara kömək etsə də, etməsə də.
Vaxtilə Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə qarşı çıxan və Ermənistan sərhədlərinin toxunulmazlığını özünün “qırmızı xətti” adlandıran Tehran, məntiqlə, gərək indi Ermənistanın özünü cəzalandırsın. Çünki İranın “qırmızı xəttini” İrəvan qonşu Azərbaycanın, Rusiyanın və ya Türkiyənin nəzarətinə yox, birbaşa ABŞ-nin icarəsinə verməyə hazırlaşır. Zəngəzur dəhlizindən söz düşmüşkən, Mariya Zaxarova Rusiyanın da bu məsələyə isti yanaşmadığına eyham vurub və Ermənistanın İranla sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunduğunu nəzərə almağa çağırıb.
Yeri gəlmişkən, elə Vaşinqton sammitinin keçirildiyi günlərdə Rusiya ordusu SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına raket zərbəsi endirdi. Bundan əvvəl isə Ukrayna ərazisində Azərbaycan qazını nəql edən boru kəməri Rusiyanın hücumuna məruz qalmışdı. Avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski telefon danışığı apararaq, Rusiyanın bu hərəkətlərindən hiddətləndiklərini bildiriblər. Caliber.az isə etibarlı mənbələrə istinadən xəbər verir ki, Rusiya Azərbaycanın maraqlarına qarşı yönəlmiş aqressiv siyasətini davam etdirsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya təchizatına qoyduğu embarqonu aradan qaldıra bilər.
“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu” bilən Lider

Hər bir halda prezident İlham Əliyevin özünün də dediyi kimi, “nəyi, necə, nə vaxt etmək lazım olduğunu” o, hər kəsdən yaxşı bilir. Uzun illər göstərilən ədalətsiz münasibətə, edilən beynəlxalq təzyiqlərə rəğmən, torpaqları işğaldan tam azad edən, ölkənin sərhədlərini və suverenliyini bərpa edən və Qələbənin nəticələrini bütün dünyaya qəbul etdirən Azərbaycan lideri, irəli sürdüyü sülh gündəliyini də Vaşinqton sammitində tam reallaşdırdı. Bununla da erməni lobbisinin xidmətçiləri olan Bayden-Blinken cütlüyünün, Ermənistanı yeni müharibəyə sövq etməyə çalışan Emmanuel Makronun, barışıq əvəzinə bölgəyə hərbi kəşfiyyat yeridən Avropa İttifaqının, siyasi cəza maşınına çevrilən Avropa Parlamenti və Avropa Şurası kimi qurumların Azərbaycanı güzəştlərə məcbur etmək planları iflasa uğramış oldu.
Azərbaycan prezidentinin yürütdüyü siyasət nəticəsində hər kəs gördü ki, bölgə xalqları çoxdan arzuladıqları sülhə özləri, birbaşa dialoq vasitəsilə nail ola bilərlər. Bunun üçün münaqişənin kökündə duran, onu qızışdıran dövlətlərin “vasitəçiliyi”nə ehtiyac yoxdur. Sülhə mane olmasınlar, yetər.
Namiq MAYILOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see322

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see147

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see138

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri