İlhamə Quliyevanın oğulluğu Orxan niyə yoxa çıxıb?
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İki ildir ki, İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovdan xəbər yoxdur. Onun nə ölüsü tapılıb, nə də dirisi".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev deyib.
Onun sözlərinə görə, hazırda Orxan Nadirovla bağlı axtarışlar davam edir.
"Orxan sonuncu dəfə anası Lalə ilə telefonla danışıb. Moskvadan Türkiyəyə uçmalı idi, əlində də bileti var idi. Qeydiyyatdan keçmək istəyəndə görüb ki, arxasında adamlar var. Həmin anda anasına telefonda deyib ki, arxamca adamlar gəlir, amma onları "azdırmışam". Sonra Moskvadan Türkiyəyə uçan sərnişinlərin siyahısında araşdırma apardıq. Məlum oldu ki, Orxan Türkiyəyə ümumiyyətlə uçmayıb".
Əli Mirəliyev bildirib ki, Orxan həyat yoldaşından da ayrılıb:
"Evlənəndən bir müddət sonra yola getmədilər və boşandılar. Orxan anası ilə yaşayırdı".
Xatırladaq ki, Orxan Nadirovu mərhum Xalq artisti İlhamə Quliyeva övladlığa götürmüşdü. İlhamə Quliyevanın sağlığında Orxan Nadirov iki dəfə dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 11 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















