İlin əvvəlindən Almaniya 16,5 milyard kilovatsaat nüvə enerjisi idxal edib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 7 dekabr, AZƏRTAC
Almaniyanın bu il idxal etdiyi 40 milyard kilovat-saatlıq elektrik enerjisinin 16,5 milyard kilovat-saatı nüvə enerjisinin payına düşür. Bu, rekord göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzetində yayımlanan xəbərdə qeyd olunub.
Xəbərdə bildirilib ki, hələ 2022-ci ildə fəaliyyətdə olan üç atom elektrik stansiyası təxminən 32 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu, o deməkdir ki, Almaniya 2022-ci ildə istehsal etdiyi nüvə enerjisinin yarısını bu il xaricdən idxal edib. “Nüvə Enerjisi Hesabatı”na əsasən, 2024-cü ildə Almaniyanın ümumi elektrik enerjisi idxalı ötən illə müqayisədə üç dəfə artıb. İdxal olunan elektrik enerjisinin yarısı elektrik enerjisi istehsalında nüvə enerjisinin üstünlük təşkil etdiyi Fransa, İsveçrə və Belçikadan təmin olunur.
Almaniya atom enerjisindən imtina etdikdən sonra enerji ixracatçısından idxalatçıya çevrilib. 2022-ci ilin dekabrından 2023-cü ilin noyabrınadək Fransaya 1,79 milyard kilovat-saat elektrik enerjisi ixrac edən Almaniya ötən ilin dekabrından 2024-cü ilin noyabrınadək bu ölkədən 13,19 milyard kilovat-saat elektrik enerjisi idxal edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Dekabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















