Icma.az
close
up
RU
İlk dəfə tamhüquqlu üzv kimi Çolpon Atada...

İlk dəfə tamhüquqlu üzv kimi Çolpon Atada...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib

Azərbaycan son 6 ildə yaratdığı yeni reallıqlar fonunda Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji nizamı dəyişdirən əsas aktorlardan birinə çevrilib. Rəsmi Bakının apardığı çoxvektorlu siyasət, enerji və nəqliyyat diplomatiyası, regional platformaların qurucusu kimi oynadığı rol geniş bir coğrafiyada yeni situasiya formalaşdırıb. Bu gün Bakı müstəqil strateji xəttə sahib dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya - Cənubi Qafqaz inteqrasiyasının mərkəzi sütunudur - başqa sözlə, Xəzərin iki sahili arasında zaman-zaman mövcud olan siyasi əlaqələr bu gün tamamilə yeni inkişaf məcrasına keçib və qarşılıqlı fəaliyyətin səviyyəsi tarixi maksimum həddə çatıb. Bu və digər komponentlər isə bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının artıq bir çox aspektlərdə vahid orqanizm kimi çıxış etməsini şərtləndirir. Regionlararası proseslərin koordinasiyası, iqtisadi və investisiya layihələrinin uzlaşdırılması, enerji və nəqliyyat strategiyalarının sinxronlaşdırılması Azərbaycan - Mərkəzi Asiya əlaqələrini yeni bir müstəviyə daşıyır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlığı yüksək səviyyədə qəbul etməsi və bu inteqrasiya formatını rəsmən dəstəkləməsi isə yaranan mənzərəni tam təsdiqləyir.

Artıq Azərbaycan yalnız Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəfdaş deyil - həmin formatın tamhüquqlu üzvü, regional qərarların formalaşmasında aparıcı iştirakçı, yeni Avrasiya nizamının arxitekturasını quran əsas ölkələrdən biridir. Artıq bütün səviyyələrdə: dövlət və hökumət başçıları, nazirliklər, dövlət qurumları, ictimai təşkilatlar, ekspert və analitik strukturlar - Azərbaycan Mərkəzi Asiya mexanizmlərinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu, həm Azərbaycanın strateji yüksəlişinin nəticəsi, həm də Mərkəzi Asiyanın ölkəmizə verdiyi geosiyasi dəyərin göstəricisidir.

Ötən ilin noyabrından başlanan yol...

Xatırladaq ki, Azərbaycanın Mərkəzi Asiya ilə vahid regional formatın tərkibinə daxil olması təkcə Bakının öz təşəbbüsü deyil, həm də region dövlətlərinin bu prosesə yüksək siyasi dəstəyinin nəticəsi kimi meydana çıxmışdı. Mərkəzi Asiya ölkələri Azərbaycanın bu platformaya qatılmasını strateji seçim kimi qəbul edib və bunu açıq şəkildə ifadə ediblər. Çünki Azərbaycan yeni dünyanın iqtisadi və nəqliyyat xəritəsində körpü missiyasını uğurla icra edən, Şərqdən Qərbə uzanan bütün əsas enerji və kommunikasiya arteriyalarının üzərində yerləşən əsas dövlətdir. Bu reallıq Mərkəzi Asiya ölkələrinin inkişaf konsepsiyasında Azərbaycanı zəruri tərəfdaş kimi ön plana çıxarır. Təsadüfi deyil ki, ötən il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qardaş xalqlar üçün tarixi bir gün yaşandığını vurğulayaraq bildirmişdi ki, biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik: “Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək”.

Bu təklif digər qurum üzvləri tərəfindən də böyük etimadla qarşılanmışdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etmişdi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulayaraq demişdi ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırmışdı.

Cənubi Qafqaz - Mərkəzi Asiya geostrateji coğrafiyalarının vahid iqtisadi-siyasi orqanizmə çevrilməsi bir çox aspektlərdən üstünlüklər yaradır, Avrasiyada yeni münasibətlər sistemi formalaşdırır. O baxımdan ki, Azərbaycan sabit, proqnozlaşdırıla bilən və uzunmüddətli regional siyasəti ilə tanınır, həm Türk dünyasının inteqrasiyasında aparıcı rola malikdir, həm də eyni zamanda Avropa və Qərb bazarlarına çıxış imkanlarını açır, yeni nizamın orta güc statuslu aktorudur və həm regional, həm də qlobal miqyasda sabitləşdirici faktor kimi özünü təsdiqləyib. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün həm Şərqə, həm Qərbə, həm də Cənubi Qafqaza açılan qapıdır. Bu gün Mərkəzi Asiyada Azərbaycan faktoru ikiqat dəyər daşıyır: həm iqtisadi, həm siyasi. Bakı həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm nəqliyyat dəhlizlərinin şaxələnməsində, həm də regional sabitliyin qorunmasında real rol oynayır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı öz formatlarına tamhüquqlu üzv kimi görmək istəyi həm də bu funksional dəyərdən irəli gəlir.

Komandanın tamhüquqlu üzvü kimi...

Qeyd edək ki, iyulun 31-də Çolpon-Ata şəhərində baş tutan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü gələcək hədəflərin həyata keçməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakı özünün Şərq-Qərb transkontinental kommunikasiyasındakı rolunu daha da inkişaf etdirmək fikrindədir - bu mənada, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı aparıcı prioritetlərdən biri sayılır. Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə çıxış edərək bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir: “Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.

Dövlət başçısı bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak etdiyini bildirərək, Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə minnətdarlıq edib: “Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm”.

Azərbaycan-Mərkəzi Asiya inteqrasiyasının aktivliyi...

Prezident İlham Əliyevin bildirdiyi kimi, son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin artması, imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik sənədləri, birgə iqtisadi komissiyaların işinin aktivləşdirilməsi Azərbaycan -Mərkəzi Asiya inteqrasiyanın hansı miqyas aldığını aydın şəkildə göstərir. Azərbaycan Prezidentinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana ardıcıl səfərləri, həmin ölkələrin liderlərinin Bakıya səfərləri yeni siyasi reallığın formalaşdığını təsdiqləyən ən güclü faktlardır. Bu səfərlər isə yalnız diplomatik jest deyil - bu səfərlərin hər birində konkret layihələr imzalanır, sərmayə paketləri hazırlanır, investisiya zonalarının açılması müzakirə edilir, nəqliyyat, sənaye, enerji və müdafiə sənayesi kimi sahələrdə dərin əməkdaşlıq mexanizmləri formalaşdırılır. Mərkəzi Asiya liderləri Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir və ölkəmizin həm iqtisadi gücünə, həm də diplomatik nüfuzuna xüsusi önəm verirlər.

Azərbaycan isə öz növbəsində Mərkəzi Asiya regionunu ayrı-ayrı ölkələr kimi deyil, vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edir. Bu yanaşma Bakı üçün strateji baxımdan çox böyük üstünlük yaradır. Çünki Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, inteqrasiya səviyyəsi və qarşılıqlı fəaliyyətin miqyasına görə artıq faktiki olaraq Mərkəzi Asiyanın ayrılmaz hissəsinə çevrilib. Artıq Mərkəzi Asiya və Azərbaycan birlikdə qlobal miqyasda nüfuzu artan vahid geosiyasi blok kimi çıxış edir.

Azərbaycan-Mərkəzi Asiya koordinasiyası həm də regional təhlükəsizliyin güclənməsinə xidmət edir. Terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi sahələrində vahid yanaşma modelləri hazırlanır. Bütün bunlar Azərbaycanı regionda həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından mərkəzi dövlətə çevirir.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Avqust 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see458

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see406

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see294

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see270

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see259

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see253

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see245

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see230

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see207

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see202

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see196

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see195

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see189

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see188

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see188

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see186

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see181

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see180

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see171

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri