Icma.az
close
up
RU
Uşaq atada qalırsa, ana aliment ödəməlidirmi? CAVAB

Uşaq atada qalırsa, ana aliment ödəməlidirmi? CAVAB

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda aliment ödəyənlər sırasında kişilərlə yanaşı, qadınların da olması son illərdə diqqət çəkən sosial mövzulardan birinə çevrilib. Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə təxminən 2800 qadın aliment ödəyir. Rəsmi statistikaya əsasən, alimentlə bağlı qərarların sayı illər üzrə artım tendensiyası göstərir: 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 qərar qeydə alınıb.

Bu rəqəmlər cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Qadınların aliment ödəməsi bəziləri tərəfindən sosial dəyişimin göstəricisi kimi dəyərləndirilir, digərləri isə bunu qeyri-adi, hətta mənasız hesab edir.

Bəs nə üçün qadınların aliment ödəməsi cəmiyyətdə belə maraqlı və birmənalı qarşılanmır? Aliment ödəyən qadınlar kimlərdir və bu hal hansı hallarda baş verir?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, aliment uşaqların yaşayışı və inkişafı üçün nəzərdə tutulan vəsaitdir.

Onun sözlərinə görə, alimentin minimum məbləği uşaqlar üçün müəyyən edilən yaşayış minimumuna bərabərdir:

“Hazırda bu məbləğ 246 manatdır. Uşaq hansı valideyndə qalırsa, həmin valideynə aliment ödənilir. Bu, kişi də ola bilər, qadın da. Bu, situasiyadan, gəlirlərin və əmək haqqının həcminə görə dəyişir. Belə ki, bir uşağa görə gəlirin və əmək haqqının dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə yarısı miqdarında aliment tutulur. Alimentin kim tərəfindən ödənilməsi fərq etmir. Əsas məsələ odur ki, uşaq kimdə qalırsa, həmin valideyn alimenti alır. Əksər hallarda uşaqlar anada qalır. Çünki “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiyada da qeyd olunur ki, uşaq emosional bağlılıq və digər əsaslara görə adətən ana ilə qalır. Ancaq elə hallar da var ki, uşaq atada qalmalı olur. Bu halda qadın, yəni ana aliment ödəyir”.

Üzeyir Şəfiyev

Sosioloq qeyd edib ki, valideyn aliment tələb etməzsə, uşağın bütün təminatını öz üzərinə götürürsə, bu halda aliment ödənilməyə də bilər:

“Qadınların aliment ödəməsinin cəmiyyətdə qəribə qarşılanması ona görədir ki, bizim cəmiyyət uzun illər kişi mərkəzli, yəni patriarxal cəmiyyət olub. Burada ailənin maddi məsuliyyəti əsasən kişinin üzərində sayılıb. Ona görə də qadının aliment verməsi bir çoxlarına yad görünür. Ancaq bu, hüquqi təminat məsələsidir. Biz hüquqi, dünyəvi, demokratik dövlətdə yaşayırıq və burada əsas məqsəd uşağın təminatıdır, qadın və ya kişi olması fərq etmir. Əsas odur ki, uşaq kimdə qalırsa, onun yaşayışı və rifahı üçün aliment mütləq ödənilməlidir”.

Vəkil Asim Abbasov isə deyib ki, aliment ödəyən qadın məhkəmə qərarı ilə uşağının, bəzən də keçmiş həyat yoldaşının maddi təminatını ödəmək öhdəliyi daşıyan qadındır:

Asim Abbasov

“Ana da ata kimi valideynlik məsuliyyətinə malikdir və əgər uşağın yaşayışı onunla deyil, digər valideynlə (adətən atası ilə) təmin olunursa, qanun qarşısında həmin uşağın saxlanması üçün o da aliment ödəməyə borcludur. Ailə Məcəlləsinə görə aliment ödənişi cinsə görə deyil, valideynlik borcuna və uşağın kimlə yaşamasına görə müəyyən edilir. Eyni məcəllənin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamaq borcundadırlar. Uşaqlar valideynlərinin himayəsində olmadıqda, valideynlər onlara qarşı aliment ödəməyə məcburdurlar”.

Vəkil bildirib ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur:

“Bu maddə həm ata, həm də ana üçün eyni hüquqi qüvvəyə malikdir. Yəni uşağın kimin yanında qalmasından aslı olaraq ana və ya ata aliment ödəməlidir. Aliment ödəyən qadın (ana) məsuliyyətindən imtina etməyən, amma uşağı ilə yaşamayan qadındır. Qanun qarşısında aliment ödənişi cinsə bağlı deyil, valideynlik borcuna əsaslanır. Beləliklə, aliment ödəyən qadınlar ailə münasibətlərində bərabər hüquq və borcların təzahürüdür. Yəni uşağın rifahı üçün məsuliyyətin qadınla kişi arasında bərabər bölünməsi prinsipinin nəticəsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri