Icma.az
close
up
RU
İlk dişlərin çıxmasının problemləri

İlk dişlərin çıxmasının problemləri

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İlk dişlər uşaqda təxminən 6 ayında çıxmağa başlayır. Lakin bu çox fərdi prosesdir. Həkimlərin müşahidələrinə görə, müasir uşaqlarda ilk diş orta hesabla 8-8,5 ayında çıxır.

Bu normal sayılır.

Hal hazırda valideynlərin bir hissəssi bu kimi problemlə rastlaşır - uşağın 1 yaşı tamam oldu, lakin ilk diş hələ də çıxmadı. Əgər bu zaman uşaqda dişlərin çıxmasının heç bir əlaməti yoxdursa (ağız suyunun axması, damaqların qızarması, şışməsi), bu uşaqda olan hər hansı xəstəliyin və ya patologiyanın simptomu ola bilər. Bu xəstəliklərin və patologiyaların arasında:

- raxit,

- maddələr mübadiləsinin pozulması,

- disbakterioz. Bu zaman uşağın orqanizmi üçün lazım olan vitamin və mikroelementlər uşağın bağırsaqlarında sorulmur və nəticədə orqanizmdə onların defisiti yaranın.

- uşaq bətndaxili hər hansı infeksiyaya yoluxubsa (xlamidioz, toksoplazmoz), bu da dişlərin gec çıxmasına zəmin yaradır.

- çox nadir hallarda uşaqlarda "adentiya" kimi (dişlərin rüşeymlərinin olmaması) patologiyaya rast gəlmək olur. Bu zaman uşaq stomatoloqu uşağın ağız boşluğunun rentgen müayinəsini (və ya daha təhlükəsiz radiovizioqrafiya müayinəsini) təyin edir ki, nəticədə uşağın dişlərinin rüşeymlərinin olub-omaması müəyyənləşdirilir.

Körpələrin bir hissəsində dişlərin çıxması prosesi rahat keçir, bir çox uşaqlar və onların valideynləri isə müxtəlif problemlərlə üzləşirlər - uşağın yuxusu pozulur, damaqlar ağrayır, qanayır, qaşınır, uşaq yeməkdən imtina edir, ağlağan olur. Bəzən uşağın hərarəti bir qədər (39-40 C qədər yox!) yüksəlir. Lakin onu da nəzərinizə çatdıraq ki, hərarətin yüksəlməsi tək dişlərin çıxması ilə deyil, hər hansı xəstəliklə də bağlı ola bilər. Bu səbəbdən uşağı mütləq pediatra göstərmək lazımdır.

Hərarəti aşağı salmaq və uşağı narahat edən ağrıları azaldmaq üçün uşağa həkimlə məsləhətləşdikdən sonra hər hansı hərarətsalan dərman vermək olar - "Panadol", "Nurofen" və s.

Uşağın vəziyyətini asanlaşdırmaq üçün pediatr tərkibində lidokain olan xüsusi ağrısızlaşdırıcı və antiseptik gel ("Kalgel", "Dentinoks" və s.) təyin edə bilər. Bu gellər yalnız uşaqda ağrı olduqda gün ərzində 3-4 dəfədən çox olmayaraq istifadə oluna bilər.  Gelin bir damcısını təmiz barmaqla masaj hərəkətləri ilə uşağın damağına sürtmək lazımdır. Nəzərinizə çatdıraq ki, bu gellər allergik reaksiya verə bilər

Lateksdan hazırlanan və gellə doldurulmuş xüsusi halqaları gəmirməklə uşaq daha tez və asan "diş çıxarır". İstifadə etdikdən əvvəl halqa təmiz yuyulur və soyuducuya (duzxanaya yox!) yerləşdirilir.

Dişlərin çıxması vaxtı (xüsusən bu ağrı və s. simptomlarla müşayiət olunursa) uşağa peyvənd vurdurmaq, pəhrizinə yeni qidaları daxil etmək tövsiyə edilmir.

Dişin çıxıb-çıxmamasını yoxlamaq üçün uşağın ağzına metaldan olan çay və ya qəhvə qaşığı salın və ehmalca damaqlara döyün. Diş çıxıbsa, siz xarakterli səs eşidə bilərsiniz.

3 yaşına qədər uşaqda bütün süd dişləri (20 dənə) çıxır və 5 yaşından başlayaraq onlar tədricən daimi dişlərlə əvəz olunmağa başlayırlar.

Əgər ilk dişlərin forması, ölçüləri, rəngi normaya uyğun deyilsə, (misal üçün, dişin rəngi ağ deyil, yaşılımtıl ola bilər) və süd dişlərdən hər hansı heç çıxmayıbsa, uşaq stomatoloquna müraciət edin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri