Icma.az
close
up
RU
İlk Milli Konstitusiya Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni bir mərhələnin əsasını qoymuşdur

İlk Milli Konstitusiya Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni bir mərhələnin əsasını qoymuşdur

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsinin ifadəsi kimi onun suverenliyini, dövlətin necə idarə olunduğunu müəyyənləşdirir. Yəni dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu təsdiqləyir. Milli Konstitusiyamız hüquq və azadlıqların əsas təminatçısıdır. Hər bir Azərbaycan vətəndaşının hüquqları və azadlıqları konstitusiyada təsbit olunur, bu, insanları xaosdan, anarxiyadan, özbaşınalıqdan qoruyur. Milli Konstitusiyamız ölkənin idarəçilik qaydalarını tənzimləyir, dövlət hakimiyyətinin qanunverici, icraedici və məhkəmə hakimiyyəti qolları üzrə bölünməsini təsbit edir, onların qarşılıqlı münasibətlərini, aralarındakı balansı formalaşdırır. Yeri gəlmişkən, istənilən ölkədə konstitusiya sabotaj və ədalətsizliyə qarşı etibarlı müdafiəçidir. O, hüquqi əsas olduğuna görə, heç bir qanun və ya qərar bu sənədin müddəalarına zidd ola bilməz, bu da xalqın maraqlarını mühafizə edir.

Qeyd edək ki, Milli Konstitusiyamız həmçinin milli birliyin və sabitliyin təməlidir. O, dövlətin quruluşunu, ərazi bütövlüyünü, vətəndaşların bərabərliyini təsdiqləməklə, cəmiyyətdə həmrəyliyi və sabit, dayanıqlı inkişafı möhkəmləndirir. Eyni zamanda gələcək üçün hüquqi təməl yaradır. İctimai, siyasi və iqtisadi islahatlar konstitusiyanın prinsiplərinə əsaslanır. Bu isə xalqın rifahına və dövlətin tərəqqisinə zəmanət verir. Milli Konstitusiyamız suverenliyi həm xalqın, həm də dövlətin əsas prinsipi kimi müəyyənləşdirir. Xalqın suverenliyi vətəndaşların iradəsi və seçki hüququ ilə ifadə olunur. Dövlət suverenliyi isə müstəqillik, ərazi bütövlüyü və beynəlxalq aləmdə bərabərhüquqlu mövqedə olmaqla təmin edilir. Hər bir ölkə suverenliyə, müstəqil dövlətini quraraq inkişaf etdirməyə can atır. Tarix boyu bu nailiyyət çox az xalqlara nəsib olub. İndi biz qürur duyuruq ki, dünyanın müstəqil dövlətə malik xalqları sırasında Azərbaycan xalqı da var. Ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik respublikası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra itirilmiş müstəqilliyimizi əsrin sonuna doğru bərpa etdik. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycan inkişaf yollarında irəliləyərək böyük uğurlara nail oldu. Ulu Öndərin strateji inkişaf kursunu əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürütdüyü məqsədyönlü daxili və xarici siyasətlə, reallaşdırdığı proqramlarla ölkəmizi dövrün ən qüdrətli mərhələsinə yetirdi. Milli Konstitusiyamızda aydın şəkildə göstərilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. O, öz suveren hüquqlarını ümumxalq səsverməsi, yəni referendumlar, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Onu da qeyd etmək lazımdır ki, Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına uyğun reallaşdıra bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Konstitusiyanın ikinci maddəsində deyilir: "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur". Xalqımızın suverenliyi Azərbaycanın demokratik dövlət quruluşunun bünövrəsidir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq münasibətlərdəki mövqeyi xalqın ümumi iradəsini əks etdirir və göstərir ki, dövlət məhz xalq üçün mövcuddur, xalq isə dövlətin sahibi və ali hakimiyyətin daşıyıcısıdır.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi əsasında qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması respublikanın əsas məqsədlərindən biri kimi təsbit olunmuşdur. Bununla belə o dönəmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin təqribən 20 faizi uzun müddət - 30 ilə yaxın işğal altında qalmış, bununla da dövlətin suveren hüquqlarının həmin bölgələrdə tətbiqi mümkün olmamışdır. Ərazi bütövlüyü - dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipidir. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində müvafiq şəkildə əks olunub. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Ermənistan Respublikası isə 1990-cı illərin əvvəllərindən başlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Ölkəmiz uzun illər sülh danışıqlarına sadiqlik göstərərək məsələnin dinc yolla, insan itkilərinə yol vermədən həllinə çalışsa da, buna müyəssər olmamışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması barədə 4 qətnaməsi havadan asılı qalmışdı. Ermənistanın işğal siyasətinin dayandırılması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın milli ideyasının mərkəzi hədəfinə çevrilmiş, bu istiqamətdə cəmiyyətin bütün potensialı və resursları səfərbər edilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə, həmçinin 2023-cü ildə həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində respublikanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün bölgələrimizdə təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Uzun illərin haqq mübarizəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi xalqımızın, dövlətimizin son əsrlərdəki ən böyük tarixi nailiyyətidir. Müasir mərhələdə Azərbaycan Respublikası milli maraqları rəhbər prinsip kimi qəbul edərək, formalaşmış yeni geosiyasi reallıqlar fonunda müstəqil siyasətini daha prinsipial və qətiyyətli şəkildə davam etdirir. Dövlət konstitusiyanın müddəalarına və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji məqsədlərin reallaşdırılması istiqamətində ardıcıl və inamlı addımlarla irəliləyir. Cəmiyyətimizdə milli həmrəylik daha da güclənərək sarsılmaz şəkil alır. Eyni zamanda vətəndaş-dövlət münasibətləri möhkəmlənir, hər bir insanın məsuliyyəti artır, Ana Qanunda müəyyən edilmiş hüquq və vəzifələrlə bağlı maarifçilik səviyyəsi yüksəlir. Bütün bunlar ölkəmizin öz strateji hədəflərinə çatması üçün çox mühümdür. Çünki hər bir dövlətin nailiyyətləri bir çox amillərlə yanaşı, həmçinin vətəndaşların məsuliyyətli davranışından, dövlətçilik dəyərlərinə, konstitusiyaya və qanunlara hörmətindən, Vətənə sədaqətindən çox asılıdır. Konstitusion vəzifələr yalnız dövlətin maraqlarını deyil, həm də cəmiyyətin və hər bir fərdin təhlükəsizliyini, rifahını, gələcəyini qorumağa xidmət edir. Onlar vətəndaşların hüquqları ilə qarşılıqlı balans yaradır. Hüququn olduğu hər məqamda onun təminatı üçün vəzifə də müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların bütün istiqamətlər üzrə geniş hüquqları kimi əsas vəzifələri də təsbit olunmuşdur. Bu vəzifələr vətəndaşın dövlət, cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini ifadə edir. Qanunlara riayət bu vəzifələrin ən mühümlərindəndir. Hər bir vətəndaş ölkə konstitusiyasına və qanunlarına əməl etməlidir. Bu, hüquqi dövlətin əsas prinsipidir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı da hər bir vətəndaşımızın əsas vəzifələrindən biri kimi müəyyənləşdirir. İnsanlarımız Azərbaycanın dövlətçiliyinə hörmət etməli, onun müstəqilliyini və sərhədlərinin toxunulmazlığını müdafiə etməlidirlər. Vətəni müdafiə etmək Azərbaycan vətəndaşlarının konstitusion vəzifələrinə daxildir. Onlar dövlətin təhlükəsizliyini qorumalı, lazım gəldikdə hərbi xidmətə cəlb olunmalıdırlar. Ölkənin iqtisadi əsaslarının möhkəmləndirilməsi üçün vətəndaşlar müəyyən edilmiş qaydada vergiləri və digər dövlət ödənişlərini də həyata keçirməlidirlər. Bundan başqa, hər bir kəs ətraf mühitin mühafizəsinə, təbii sərvətlərin qorunmasına və səmərəli istifadəsinə borcludur. Vətəndaş başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, öz hüquqlarını həyata keçirərkən digər insanların hüquq və azadlıqlarını pozmamalıdır. Dövlətin, cəmiyyətin inkişafı mükəmməl təhsil almış savadlı vətəndaşdan başlanır. Azərbaycan Konstitusiyasında da təhsil həm vətəndaşların hüququ, həm də vəzifəsi kimi müəyyənləşdirilmişdir. Belə ki, ölkəmizdə orta ümumtəhsil məcburidir və hər bir kəs bu vəzifəni yerinə yetirməlidir. Bütün bunlar həm də Azərbaycan Respublikası vətəndaşının Vətənə sədaqətini müəyyən edir. Əsas Qanunumuzda Vətənə sədaqət prinsipi də birbaşa təsbit olunmuş əsas dəyərlərdəndir. Bu, vətəndaşların dövlətə və onun müstəqilliyinə münasibətini müəyyənləşdirən konstitusion öhdəlik kimi ifadə olunub. Vətənə sədaqət yalnız hüquqi öhdəlik deyil, həm də konstitusiyanın əsas ruhunu təşkil edən mənəvi dəyərdir. Bu, vətəndaşların dövlətin varlığına, onun dəyərlərinə, suverenliyinə sadiq qalmasını nəzərdə tutur. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə tamamlanmış tarixi Zəfərimiz Azərbaycan Konstitusiyasında təsbit olunmuş Vətənə sədaqət prinsipinin yalnız hüquqi öhdəlik deyil, həm də dərin milli dəyər olduğunu bir daha göstərdi.

Ən əsası, Vətəndaşlarımız 44 günlük Vətən müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə bu vəzifəni layiqincə yerinə yetirərək dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü naminə canlarını belə əsirgəmədilər. Hər ilin 27 sentyabrında - Anım Günündə böyük ehtiram və sevgimizlə yad etdiyimiz şəhidlərimizin əbədi xatirəsi, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlığını qurban vermis qazilərimizin əzmi Vətənə sədaqətin canlı abidəsidir.

Fərid Dünyamalıyev,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri