Icma.az
close
up
RU
İlk növbədə məktəblərimizi qaydasına qoymalıyıq Müəllimdən Emin Əmrullayevə ÇAĞIRIŞ

İlk növbədə məktəblərimizi qaydasına qoymalıyıq Müəllimdən Emin Əmrullayevə ÇAĞIRIŞ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, elm və təhsil naziri Emin Əmrullayev növbəti tədris ilindən distant təhsilin gündəmə gələcəyi haqqında açıqlama verib.

Maraqlıdır, distant təhsillə bağlı müəllimlər nə düşünür?

Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova Redaktor.az-a açqlamasında qeyd etdi ki, bir müəllim olaraq gündəlik Emin müəllimin çıxışlarını izləyir:

"Yeniliklərlə tanış olmağa çalışıram ki, bizi gələcəkdə nə gözləyir, aqibətimiz bir Azərbaycan müəllimi olaraq necə olacaq, nələrə hazır olmalıyıq.

Distant təhsil müasir dövrdə həm şagirdlər üçün, həm də müəllimlər üçün əhəmiyyətlidir. Distant təhsilin üstünlükləri çoxdur. Bəs bizim təhsilimiz bu distant şəraitə tam şəkildə uyğundurmu, əlverişlidirmi? İlk olaraq distant təhsilin üstünlüklərindən danışmaq istəyirəm. Onlayn formada olduqda həm müəllim, həm də şagird onlayn platformalarda işləmək vərdişi alır. Yəni bu vərdiş hər kəs üçün formalaşır. Vaxt itkisi olmur, müəllimlərdə, eləcə də şagirdlərdə maddiyyat itmir. Təbii ki, əgər bu dərslər video şəklində yazılırsa, şagird dərsləri təkrar-təkrar izləyə bilir. Distant təhsildə şəxsi məsuliyyət hissi güclənir. Fiziki maneələr təhsilə əngəl olmur. Təhsil almaq istəyən hər kəs distant təhsildə özünü görə bilir".

Müsahibimizin fikrincə, distant təhsillə ənənəvi təhsili qarşı-qarşıya qoysaq, distant təhsil ənənəvi təhsili tam əvəz edə bilməyəcək:

"Düşünürəm ki, müəllim sinfə girərək şagirdi hiss etməlidir. Bir müəllim sinfə girərkən həm ana, həm psixoloq, həm tərbiyəçi, həm də müəllim olmalıdır. Müəllim göz ünsiyyəti ilə dərsə başlamalıdır. Amma distant təhsildə bu ünsiyyət mümkün deyil. Ənənəvi təhsildə müəllim şagirdlə birbaşa ünsiyyətə keçir, üz-üzə gəlir. Yəni baş verənləri canlı şəkildə hiss edə bilir, amma distant təhsildə bu olmayacaq. Ənənəvi təhsildə distant təhsilə nisbətdə sosiallaşma daha yüksəkdir".

Emma İbrahimova vurğuladı ki, distant təhsilin əleyhinə deyil:

"Məncə, biz təhsilimiz üçün hansısa bir qərarı verərkən o qərarı həyata keçirəcəyimiz şəraitə baxıb sonra qərar verməliyik. Bu gün beş-on məktəb internet sistemi ilə təchiz olunubsa, müasir avadanlıqlarla təchiz olunubsa, bu o demək deyil ki, bugünkü gündə reallığa baxanda bütün Azərbaycan məktəbləri o şəraitdədir. Təəssüf ki, bu, belə deyil. Ona görə də Emin müəllim, ilk növbədə biz məktəblərimizi qaydasına qoymalıyıq, məktəblərimizdəki şəraitləri qaydasına qoymalıyıq. Bu gün məktəblər var ki, onlar hələ illərdir istilik nədir bilmirlər. Ondan sonra təbii ki, bu cür yeni ideyaları irəli sürməliyik. İdeyalar irəli sürülməmişdən əvvəl vəziyyətə baxılmalıdır və problemlər həll olunmalıdır, sonra artıq yeniliklərə addım atılmalıdır. Amma biz problemləri arxada qoyaraq birbaşa yeniliyə addım atmalıyıq, bu da təbii ki, bizim müəllimlər üçün də, şagirdlər üçün də uyğun olmayacaq. Düzdür, distant təhsil bütün təbəqə üçün nəzərdə tutulmayıb. Mən isə ümumi fikir söyləyirəm. Məsələn, koronavirus pandemiyası dövründə distant təhsildə mən bir müəllim olaraq çox əziyyət çəkdim. Valideyn var idi ki, telefonu yox idi, kompüteri yox idi, interneti yox idi. Müəllim var idi ki, bahalı telefonu yox idi, hansı ki, proqramlar həmin telefona yüklənə bilmirdi. Yəni bunlar hamısı nəzərə alınmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see366

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see227

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see194

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see175

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see170

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see154

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see146

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see140

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri