Icma.az
close
up
RU
Ora bir mebel göndərin Deputatdan Emin Əmrullayevə ÇAĞIRIŞ

Ora bir mebel göndərin Deputatdan Emin Əmrullayevə ÇAĞIRIŞ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"İmişli şəhərindəki 1 saylı tam orta məktəbdə çox böyük sıxlıq var. Mən nazirlə iki dəfə danışmışam. Mənə statistika söylədi, tam qəbul elədim. Bəli, azalma gedir. Hətta bu azalma, yəni, məktəbə gələn uşaqların sayında o dərəcədə diqqət çəkib ki, ölkə mətbuatı da bundan danışır. İndi bu, ayrı bir tamam məsələdir. Bunu həll eləyərik. Yəni nazirlə razılaşdığım məsələ budur. Amma 1 saylı tam orta məktəbdə bu azalma hiss olunmur. Türklərin ağzı ilə desək, İmişlinin mərkəzi hissəsində yerləşir bu 1 saylı tam orta məktəb. Əhalinin çox sıx məskunlaşdığı yerdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Səyyad Aran deyib.

Onun sözlərinə görə, məktəbdə 28 otaq var, 56 sinif var: 

"Saat 8-dən 18:00-a qədər tədris yığılıb burda iki növbədə dərs gedir. Mən təklif eləmişdim ki, modul məktəblər salınsın. İbtidai hissəni əsas binadan çıxarılsın, bir az həm seyrəklik olsun, həm də bu uşaqlar böyüklərin əli altında qalmasın". 

Deputat qeyd etdi ki, məktəbin akt zalı yararsız partalarla, stollarla, stullarla, şkaflarla doludur

"Məktəbin rəhbəri yumşaq desək ehtiyatlandığından, amma əslində qorxduğundan, onu silə bilmir. İstəyirəm ki, Təhsil Nazirliyindən səlahiyyətli bir adam gəlsin, o əşyaların silinməsi ilə bu akt zalını qurtarsın, xilas eləsin. Sonra isə hörmətli Emin müəllim, ora bir mebel göndərin. Səhnə ilə bağlı mebellər də göndərin. Əgər məktəbin akt zalı yoxdursa, biz hansı ideoloji təbliğatdan, hansı vətənpərvərlikdən danışa bilərik? Bu məktəbə yardım göstərin. İkinci, Çaxırlı və Bəhrəmtəpə qəsəbə kənd orta məktəbləri. Mətbuatda mənim bu məktəblər üçün nə elədiyimi tapıb, köməkçilərinizə deyin, sizə göstərsinlər. Amma iki məsələ var, stadion məsələsi. Bax, Bəhrəmtəpə futbol məktəbi Azərbaycana, Qarabağ klubuna və milli yığmasına Bəhlul Mustafazadə kimi bir oyunçu, qapıçı yetirib. Bu regionda futbolun inkişafı üçün potensial böyükdür, lakin şərait qənaətbəxş deyil. Stadionun mühafizəsinin təmin edilməsi, həmçinin cüzi inventar - bir neçə set formalar, 5–6 top, 2 qapı toru və digər avadanlıq verilsə, nəticələr daha yaxşı olar”, - deyə Səyyad Aran vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri