Icma.az
close
up
RU
İlk onlayn sifarişdən milyardlıq bazara Onlayn alış veriş necə yarandı?

İlk onlayn sifarişdən milyardlıq bazara Onlayn alış veriş necə yarandı?

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Bu gün mağazaya getmədən bir neçə dəqiqə ərzində istənilən məhsulu sifariş etmək adi haldır.

Banco.az xəbır verir ki, amma onlayn alış-verişin yaranması heç də uzaq tarixə gedib çıxmır. İnternetin inkişafı ilə mağazalar tədricən küçələrdən kompüter və telefon ekranlarına köçdü.

Onlayn alış-verişin başlanğıcı 1990-cı illərə təsadüf edir. 1994-cü ildə internet üzərindən ilk təhlükəsiz alış-verişlərdən biri həyata keçirildi. Filadelfiyada bir istifadəçi kredit kartı ilə musiqi albomu sifariş etdi. Bu hadisə internetin yalnız məlumat almaq üçün deyil, alış-veriş üçün də istifadə oluna biləcəyini göstərdi.

Elə həmin illərdə Pizza Hut onlayn pizza sifarişi sistemini istifadəyə verdi. 1995-ci ildə isə gələcəkdə eBay adlanacaq AuctionWeb platforması fəaliyyətə başladı. Beləliklə, insanlar ilk dəfə internet üzərindən yalnız mağazalardan deyil, digər şəxslərdən də məhsul almağa başladılar.

1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amazon, eBay və Alibaba kimi şirkətlərin böyüməsi onlayn ticarətin inkişafını sürətləndirdi. Əvvəlcə əsasən kitab, elektronika və kiçik məhsullar satılırdı. Daha sonra geyimdən tutmuş mebelə, ərzaqdan avtomobil hissələrinə qədər demək olar ki, hər şey internet üzərindən satılmağa başladı.

Əsl böyük dəyişiklik isə smartfonların və mobil internetin yayılması ilə baş verdi. Artıq alış-veriş üçün kompüterə belə ehtiyac qalmadı. İnsanlar telefonlarından məhsulu seçir, ödəniş edir və sifarişin qapıya çatdırılmasını gözləyirlər.

Bu proses nəticəsində marketpleyslər meydana çıxdı. Əvvəllər bir mağazanın öz məhsullarını satdığı onlayn saytlar üstünlük təşkil edirdisə, marketpleyslərdə minlərlə satıcı öz məhsullarını eyni platformada təqdim etməyə başladı. Bu model həm satıcıların daha geniş auditoriyaya çıxmasına, həm də alıcıların bir neçə mağazanı eyni anda müqayisə etməsinə imkan verdi.

Pandemiya dövründə isə onlayn alış-veriş daha da sürətləndi. İnsanların evdən çıxmadan ərzaq, geyim, elektronika və digər məhsulları sifariş etməsi artıq gündəlik həyatın bir hissəsinə çevrildi.

Beləliklə, onlayn mağazalar sadəcə yeni alış-veriş üsulu yaratmadı. Onlar insanların məhsul seçmək, qiymət müqayisə etmək, ödəniş etmək və alış-verişə vaxt ayırmaq vərdişlərini tamamilə dəyişdirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri