Icma.az
close
up
RU
Yerin halqaları olsaydı, nə baş verərdi?

Yerin halqaları olsaydı, nə baş verərdi?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ola bilsin ki, təxminən 466 milyon il əvvəl Yer parçalanmış asteroidin qalıqlarından ibarət halqa ilə əhatə olunub; bu qalıqlar milyonlarla il ərzində planetin səthinə meteorit şəklində düşüb. Yer kürəsinin bu gün də halqaları olsaydı, onlar səmada dünyanın hər yerində şəhərlərdən və təbii mənzərələrdən görünən nəhəng işıqlı qövslər yarada bilərdi.

Lakin halqalar təkcə səma qübbəsinin görünüşünü dəyişməzdi. Onlar Yerin səthinə kölgə sala, temperatura təsir göstərə və kosmik aparatlar, eləcə də peyklər üçün yeni təhlükələr yarada bilərdi. Əsas sual ondan ibarətdir ki, Yer bütün tarixi boyu halqalarla əhatə olunsaydı, insan sivilizasiyası ümumiyyətlə yarana bilərdimi? Halqa sisteminin mövcudluğu özlüyündə həyatın varlığını istisna etmir. Bununla belə, onun iqlimə təsiri canlı orqanizmlərin təkamül etdiyi şəraiti əhəmiyyətli dərəcədə dəyişə bilərdi. Yerin halqaları olsaydı, yaranma mexanizmindən asılı olaraq onlarda xeyli miqdarda toz və daş qırıntıları olardı. Saturnun halqaları əsasən su buzundan ibarətdir, lakin Günəşə xeyli yaxın məsafədə buz hissəcikləri daha güclü qızmaya məruz qalar və sublimasiya — yəni buzun maye fazadan keçmədən birbaşa qaz halına keçməsi prosesi nəticəsində tədricən maddə itirərdi.

Ən mühüm nəticələrdən biri Yerin səthinin kölgələnməsi olardı. Halqaların ölçülərindən, sıxlığından və yerləşməsindən asılı olaraq onlar Günəş işığının planetin ayrı-ayrı bölgələrinə düşməsinə qismən mane ola bilərdi. Bu zaman Yer Günəş ətrafında hərəkət etdikcə kölgələrin sahəsi və mövqeyi il ərzində dəyişərdi.

Günəş işığını daha az alan rayonlarda temperatur aşağı düşə bilərdi. Bu isə daha soyuq qışlara və kənd təsərrüfatı üçün şəraitin dəyişməsinə gətirib çıxarardı. İqlim nəticələrinin miqyası halqaların Günəş enerjisinin daxil olmasını nə dərəcədə məhdudlaşdırmasından asılı olardı. Nazik və seyrək toz sistemi iqlimə demək olar ki, təsir etməzdi, geniş və sıx halqalar isə daha nəzərəçarpan dəyişikliklərə səbəb olardı.

Əgər Yerin Saturn kimi parlaq və geniş halqa sistemi olsaydı, planetin səthindən görünən mənzərə həqiqətən heyranedici olardı. Bütün səmanı bürüyən nəhəng daş tağları xatırladan iri, sayrışan işıq qövslərini təsəvvür edin. Göyqurşağından fərqli olaraq, onlar səma qübbəsinin daimi xüsusiyyəti olar və Yer fırlanan zaman üfüqə nəzərən təxminən eyni mövqeyi saxlayardılar.

Halqaların məhz necə görünməsi müşahidə yerindən xeyli asılı olardı. Planet halqalarının əksəriyyəti planetin ekvatorial müstəvisinə yaxın yerləşir. Buna görə də ekvatordan onlar demək olar ki, tillə — səma qübbəsini kəsən və düz başın üzərindən keçən nazik xətt kimi görünərdi.

Orta enliklərdə, məsələn, Moskvada mənzərə tamamilə fərqli olardı. Halqalar üfüqün bir kənarından digərinə uzanan geniş, işıqlı qövs kimi görünə bilərdi.

Halqaların parlaqlığından və Günəş şüalarının düşmə bucağından asılı olaraq onları həm gündüz, həm də gecə müşahidə etmək mümkün olardı. Qaranlıq vaxtda işığı kifayət qədər yaxşı əks etdirən halqa sistemi ətraf mənzərəni işıqlandıra bilərdi. Bununla belə, belə parıltının intensivliyi halqaların tərkibindən və onların Günəşə nəzərən mövqeyindən asılı olardı.

Yerin özü halqaların ayrı-ayrı sahələrinə kölgə salardı. Planetin səthindən bu, işıqlı zolaqların bəzi fraqmentlərinin qəfil qaralması və ya onlarda kəsilmiş sahələrin yaranması kimi görünərdi. Öz növbəsində, halqalar Yerə kölgə salardı, özü də onların mövqeyi və ölçüləri il ərzində dəyişərdi. Nəticədə parlaq gecə səması ilə müəyyən mövsümlərdə Günəş işığı çatışmazlığı yaşayan bölgələrin qeyri-adi vəhdəti yaranardı.

Halqaların peyda olması, ehtimal ki, adi aviasiyaya demək olar ki, təsir etməzdi. Planet halqaları atmosferin sıx qatlarından xeyli yuxarıda yerləşir, sərnişin təyyarələri isə cəmi on kilometr yüksəklikdə uçur. Hətta yüksək hündürlükdə uçan hərbi təyyarələr də belə bir sistemin tipik orbitindən xeyli aşağıda olardı. Bununla belə, halqaların konkret yerləşməsi onların yaranma mexanizmindən və orbitlərin dayanıqlığından asılı olardı. Onlar mütləq Yer atmosferinin üst qatı olan və planetin səthindən 80–90 kilometr yüksəklikdə başlayan termosferdə yerləşməyə də bilərdilər.

Kosmik uçuşlar və peyklərlə bağlı vəziyyət isə xeyli mürəkkəb olardı. Sıx halqanı kəsməyə çalışan kosmik aparat böyük sürətlə hərəkət edən daş və ya toz hissəcikləri ilə toqquşma riski ilə üzləşərdi. Hətta kiçik bir hissəcik də orbital sürətlə kosmik aparatla toqquşduqda ona ciddi ziyan vura bilər.

Bu, raket buraxılışlarını və peyklərin orbitə çıxarılmasını xeyli çətinləşdirərdi. Kosmik aparatlar halqaların müstəvisindən yan keçməli və ya hissəciklərin konsentrasiyasının daha az olduğu sahələrdən marşrut qurmalı olardılar. Orbitləri sıx halqaları kəsən peyklər əlavə toqquşma riskinə məruz qalardı. Halqaların mövqeyindən asılı olaraq ayrı-ayrı orbital sahələr təhlükəli ola və ya peyklərin yerləşdirilməsi üçün ümumiyyətlə yararsız hala düşə bilərdi.

Rabitədə də problemlər yarana bilərdi. Halqaların sıx sahələri onlardan keçən bəzi radiosiqnallara maneə törədə bilər, baxmayaraq ki, kosmik aparatlarla əlaqəni mütləq tam istisna etməyə də bilərdilər.

Astronomik müşahidələrin aparılması da çətinləşərdi. Parlaq halqalar gecə səmasının bir hissəsini örtərək Yerin səthindən sönük ulduzların və uzaq qalaktikaların öyrənilməsini çətinləşdirərdi. Beləliklə, səma qübbəsini dəyişdirəcək həmin heyranedici xüsusiyyət eyni zamanda Kainatın tədqiqini mürəkkəbləşdirərdi.

Bu gün Yerin halqaları yoxdur və yaxın gələcəkdə yeni halqa sisteminin yarana biləcəyinə dair heç bir dəlil mövcud deyil. Buna baxmayaraq, planetimizin vaxtilə belə bir xüsusiyyətə malik olması ehtimalı onun tarixinə yeni baxışla yanaşmağa vadar edir. Halqalar Yer səmasını parıldayan daş və toz hissəciklərindən ibarət daim dəyişən tamaşaya çevirə, eyni zamanda temperatura təsir edə, meteorit yağışları yarada və həyatın inkişafına təsir göstərə bilərdi.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri