İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı qızıl sırğalar. İlk baxışdan bu, sadəcə üslub məsələsi kimi görünə bilər, amma əslində belə deyil.
Sfera.az bildirir ki, bu sırğaların arxasında çox emosional və dərin hekayə dayanır.
 
“Topçu”, “Lusi” və “Yeddi” kimi filmlərdən tanıdığımız Morqan Friman Hollivudun sayılıb-seçilən aktyorlarından biridir.
 
Hazırda 87 yaşlı Friman hələ də film və serial layihələrində fəal iştirak edir. Bir çox mükafatlar qazanan uğurlu aktyor bəzi jurnal və tabloid səhifələrinə açıqlamalar verməyə də laqeyd yanaşmır, kameralardan uzaq qalmır.
 
Bəs siz Morgan Frimanın daim taxdığı bu qızıl sırğaların mənasını bilirdinizmi?
 
Uğurlu aktyor qızıl sırğaları təkcə qızılı sevdiyi üçün deyil, əslində bir məqsədə xidmət etdiyi üçün taxır.
 
Friman bu sırğaları niyə taxdığını belə izah edir: “Bu sırğalar tanımadığım bir yerdə ölsəm, tabut alacaq qədər qiymətlidir. Ona görə də dənizçilər sırğa taxırdılar və mən bu ənənəni davam etdirirəm”.
 
Bu ənənə dənizçilərin uzun və təhlükəli səyahətlər zamanı qızıl sırğalar taxaraq vətənlərindən uzaqda həyatlarını itirdikləri təqdirdə dəfn xərclərini ödəyəcək dəyər daşımalarına əsaslanır.
 
Friman bu ənənəni mənimsəməyin bir səbəbi kimi dənizə olan həvəsini göstərir və özünü "mavi suların adamı" kimi təsvir edir.
 
Friman gənc ikən baxdığı 1952-ci ildə çəkilmiş “The Crimson Pirate” filmindəki Burt Lankaster obrazından da ilhamlanıb. Lankasterin taxdığı sırğaları cazibədar hesab etdiyini deyən Friman, bu görünüşün ona ilham verdiyini bildirir.
Xanım
 
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:114
Baxış sayı:114 Bu xəbər 17 Aprel 2025 00:17 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 17 Aprel 2025 00:17 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















