Icma.az
close
up
RU
İllərin ənənəsinin şüuraltı təsiri İnanmasaq da, hamı edir

İllərin ənənəsinin şüuraltı təsiri İnanmasaq da, hamı edir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Novruz bayramı ərəfəsində keçirilən çərşənbə ritualları və fallar cəmiyyətimizdə geniş yayılıb. Bir çox insan buna inanmasa da, ənənə olaraq icra edir. Bu davranışlar yalnız mədəni adət deyil, həm də psixoloji təsirə malikdir. İnsanlar bu mərasimlər vasitəsilə həm ümidlərini gücləndirir, həm də daxili rahatlıq tapır. Bəs bu rituallar psixoloji baxımdan insana necə təsir edir?
Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, tarixdən bizə qalan və şüuraltımızda formalaşmış arxetiplər var:
"Bunlara müxtəlif rituallar daxildir. Məsələn, şam yandırmaq, oddan tullanmaq və digər ənənələr bu qəbildəndir. Əslində, bunların kökündə ritualla yanaşı inanc dayanır. İnanc bayramı gözəlləşdirmək üçün bir vasitədir. Bu, bayramı daha mənalı və maraqlı edən xüsusi ənənədir. Digər tərəfdən, şüurumuzda və tarixdən bizə keçən inanclar da mövcuddur.
Düşünürəm ki, bu ənənələrin qorunması və davam etdirilməsi normaldır. Keçmişə bağlı qalmaq və adətləri yaşatmaq mədəni dəyərdir. Bu ritualların bizi xoşbəxt etməsinin səbəbi isə onların bayram və istirahət ruhuna uyğun olmasıdır".
Psixoloq deyib ki, bu məqam insanın daxili uşaqlıq hissini üzə çıxarır.
"Hər kəsin daxilində bu hiss var və rituallar onu ön plana çıxarır. Bu da insana müəyyən müddət ərzində xoşbəxtlik hissi verir. Bayramlarda və tətillərdə insanlar sanki uşaqlaşır, keçmişinə qayıdır. Hər birimiz alova baxanda, bayram süfrəsi quranda keçmişimizi, ailəmizi və uşaqlığımızı xatırlayırıq. Bu xatirələr bizə həm sevinc, həm də həyəcan hissi verir.
Əsas məsələ insanların buna inanıb-inanmaması deyil, inancın özüdür. İnsan hansı dəyərə inanırsa inansın, hər kəs üçün inanc vacibdir. İnanc insanı həyata bağlayır. İnsan nə qədər inanclıdırsa, bir o qədər ümidli olur və ruh düşkünlüyünə daha az meyilli olur", - deyə psixoloq bildirib.
Çərşənbə ritualları sadəcə keçmişdən gələn adət-ənənə deyil, həm də cəmiyyətin kollektiv yaddaşını və mənəvi tarazlığını qoruyan mühüm amildir. Bu mərasimlər insanlara gündəlik qayğılardan uzaqlaşmaq, uşaqlıq xatirələrinə qayıtmaq və gələcəyə daha ümidlə baxmaq imkanı yaradır. Psixoloji baxımdan bu cür inanclar fərdin daxili dünyasında bir növ "təhlükəsizlik zonası" formalaşdırır və onu gərginlikdən azad edir. Beləliklə, minilliklərin sınağından çıxmış bu rituallar müasir dövrdə də öz aktuallığını saxlayaraq insanların ruh yüksəkliyini təmin edən əsas vasitələrdən biri kimi çıxış edir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2026 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri