İlon Maskın tibblə bağlı iddiası gündəm oldu: Haqlıdır, yoxsa şişirdir?
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
İlon Mask qatıldığı bir proqramda gənclərin tibb təhsili almaması lazım olduğunu bildirib. Mask "Tesla”nın hazırladığı "Optimus” adlı humanoid robotun üç il ərzində dünyanın ən yaxşı insan cərrahlarından daha üstün olacağını da iddia edib. Onun bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Bəs robotlar həqiqətən cərrahları geridə qoya bilərmi?
Qaynarinfo xəbər verir ki, yaxşı həkim olmağın çox uzun illər tələb etdiyini və tibbi biliklərin davamlı olaraq dəyişdiyini vurğulayan Mask bu səbəbdən gənclərin tibb əvəzinə texnologiya sahələrinə yönəlməsinin daha məntiqli olduğunu müdafiə edib: "Bilik daim yenilənir və bunu izləmək getdikcə çətinləşir".
"Tesla”nın hazırladığı humanoid robot "Optimus” üzərindən iddiasını daha da irəli aparan Mask "Optimus nə vaxt dünyanın ən yaxşı cərrahlarından daha yaxşı olar” sualına cavab verərək "3 il” deyib. Bu açıqlama sosial mediada qısa müddətdə böyük rezonans doğurub.
Sosial medianı silkələdi: "Tam doğru olmasa da, həqiqət payı var”
Mask həmçinin dünyada yüksək səviyyəli cərrahların sayının məhdud olduğunu vurğulayaraq, robotların səhiyyə xidmətlərinə çıxışı artıra biləcəyini və bu sahədə ciddi transformasiya potensialı daşıdığını bildirib. Bu açıqlamalardan sonra mövzu sosial mediada geniş şəkildə müzakirə olunmağa başlayıb.
Maskın fikirlərini dəstəkləyən bəzi istifadəçilər, "Tam doğru olmasa da, həqiqət payı olan bir iddiadır; yaxın gələcəkdə dünya həkimdən çox səhiyyə operatoruna ehtiyac duyacaq”, "Haqlı saymaq olar; süni intellekt artıq indi bir çox həkimdən daha dəqiq diaqnoz qoya bilir, yeganə çatışmazlığı fiziki müayinədir” kimi fikirlərlə texnologiyanın tibbdə artan roluna diqqət çəkiblər.

"Gülünc bir nəzəriyyədir və əsla gerçəkləşməyəcək”
Əks mövqedə olanlar isə bu yanaşmanı sərt şəkildə tənqid ediblər. Bir istifadəçi "Gülünc bir nəzəriyyədir və əsla gerçəkləşməyəcək” deyərkən, digəri "əməliyyat üçün həkim mütləqdir, bu səbəbdən yanlış bir yanaşmadır” şərhini verib. Sosial mediada bu və buna bənzər çoxsaylı fikirlər səsləndirilib.
Müzakirələr böyüdükcə, süni intellektin tibbdə insan faktorunun yerini nə dərəcədə və nə qədər sürətlə ala biləcəyi sualı hələlik açıq qalır.
Bəs cərrahlar bu mövzu barədə nə düşünür? Doğrudanmı robotlar üç il kimi qısa müddətdə cərrahlardan daha üstün səviyyəyə çata bilər? Ən əsası isə gənclərin tibb təhsili almaması ilə bağlı çağırış necə dəyərləndirilməlidir?

"İlon Maskın ömrü yetməz”
Ümumi cərrahiyyə üzrə mütəxəssis, türk həkim Erkal Ziylan bildirib:
"İlon Maskın, xüsusilə süni intellekt sahəsində apardığı araşdırmalar təqdirəlayiqdir. Bu tədqiqatlar uzunmüddətli perspektivdə insanlıq tarixini və inkişafını müsbət təsirləndirə bilər. Ancaq bunun üçün müəyyən zaman lazımdır. Bəzi insani duyğular hələ ki, süni intellekt və robotlara inteqrasiya olunmayıb. Bəlkə bunun üçün 30–50 il tələb olunur. Zamanla cərrahiyyə sahəsinə də daha dərindən daxil olacaq. Öd kisəsi əməliyyatları ilə bağlı sınaqlar aparılıb; kosmik tədqiqatlar çərçivəsində hazırlanmış "Da Vinci” və onun müxtəlif versiyaları mövcuddur. Bu sistemlər insanlığın inkişafı üçün dəyərlidir, lakin hələ kifayət qədər yetkin deyil.
"Da Vinci” kimi sistemləri istifadə edəcək həkimlərin olması mütləqdir. Hərtərəfli inkişaf lazımdır; bu da 30–40 il çəkə bilər. Tibb fakültələrinin bağlanması ideyası yanlışdır və son dərəcə radikaldır. Əgər tibb fakültələri bağlanacaqsa, o zaman hər şey bağlanmalıdır. Çox sayda insan işsiz qalar, robotlar və süni intellekt onların yerini tutar. Bu halda kompüter və texnologiya sahəsində çalışanların da işləri robotlara ötürülməlidir.
Dünyada bu sistemləri inkişaf etdirən cəmi bir neçə mərkəz var. Tibb fakültələri bağlana bilməz. Əksinə, tibb fakültələri robot texnologiyalarını yaxşı bilən, yüksək səviyyəli müəllim heyətindən formalaşmalıdır. Süni intellekt tibbi biliklərlə yaxşı təkliflər versə də, bəzi hallarda yanlış diaqnozlar qoya bilir. Ümid edirəm ki, İlon Mask da bir gün öz yerinə süni intellekt düşünər. Tibb fakültələri bağlanacaqsa, İlon Maskın yerinə də robot gəlməlidir. Bu, çox uzaq perspektivli bir düşüncədir; məncə, İlon Maskın ömrü buna yetməz".

"Robotun əməliyyat aparması mənə utopik görünür”
Ümumi cərrahiyyə üzrə mütəxəssis, professor Erhun Eyüboğlu bildirib:
"Bir cərrahın və ya həkimin artıq tibb fakültəsində oxumasına ehtiyac olmadığı, əməliyyatların tamamilə robotlar vasitəsilə həyata keçiriləcəyi fikri istər bu gün, istərsə də yaxın gələcək üçün mənə çox ütopik görünür.
Heç bir bacarıq və ya qabiliyyət nəzərə alınmadan hər şeyi robotlara təhvil verəcəyikmi? Qurulan sistem hər hansı səbəbdən çökərsə, səhiyyə sahəsində nə baş verəcək? Robotlar əməliyyat edir, müalicə aparır, müayinə həyata keçirir, bəs sistem nasazlığı zamanı insanlar nə edəcək? Bu yanaşma mənə real görünmür.
Tibb fakültələrini, peşə elmlərini bağlayaq, hər şeyi robotlara yükləyək” desək, zamanla baş verə biləcək sistem çöküşü qarşısında insanlar tamamilə aciz vəziyyətdə qalacaqlar. Ona görə də robotlara həddindən artıq bel bağlamaqdansa, onları ehtiyac duyulan sahələrdə köməkçi vasitə kimi istifadə etmək daha düzgündür".
"Bu fikirlər həddindən artıq şişirdilib və yaxın gələcək üçün real deyil”
Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis, dosent Taha Takmaz deyib:
"İlon Maskın tibb təhsili və cərrahiyyənin gələcəyi ilə bağlı açıqlamaları son dərəcə iddialı və diqqətçəkicidir. Lakin bu cür çıxışları dəyərləndirərkən texnoloji potensial ilə klinik reallıq arasındakı fərqi düzgün ayırmaq lazımdır.
Bəli, bu gün robotlar mikrosəviyyədə yüksək dəqiqlik tələb edən bəzi cərrahi müdaxilələrdə insan əlindən daha stabil və təkrarlana bilən performans göstərə bilir. Bu baxımdan yaxın illərdə cərrahiyyənin texniki mərhələlərinin müəyyən hissələrində süni intellekt sistemlərinin insan bacarığını üstələməsi mümkündür. Lakin cərrahiyyə təkcə texniki bacarıqdan ibarət deyil.
Əməliyyatdan əvvəl xəstə ilə qurulan ünsiyyət, risklərin izah edilməsi, alternativlərin müzakirəsi və xəstənin razılığının alınması prosesin ən vacib mərhələlərindəndir. Bundan əlavə, cərrah yalnız əməliyyatı icra edən şəxs deyil; eyni zamanda ağırlaşmaları idarə edən, anatomik fərqlərə uyğun olaraq planı dəyişən və bütün prosesin tibbi və etik məsuliyyətini daşıyan mütəxəssisdir. Mövcud və yaxın gələcəkdə gözlənilən süni intellekt sistemləri bu çoxqatlı qərar mexanizmlərini insan səviyyəsində idarə edə biləcək durumda deyil.
Bu səbəbdən "robotlar cərrahların yerini alacaq” iddiası həddindən artıq şişirdilib və yaxın gələcək üçün real ssenari hesab oluna bilməz. Daha real yanaşma ondan ibarətdir ki, cərrahlar bu sistemlərlə birlikdə çalışaraq daha təhlükəsiz, daha dəqiq və daha standart nəticələr əldə edəcəklər. Necə ki, müasir aviasiyada avtomatik sistemlər pilotları sıradan çıxarmır, əksinə onların qərarvermə qabiliyyətini gücləndirir.
Gənclərin tibb təhsili almaması ilə bağlı fikirlə isə razılaşmaq mümkün deyil. Əksinə, gələcəyin həkimləri klassik tibbi biliklə yanaşı, texnologiyanı yaxşı bilən, süni intellekti anlayan və onu idarə edə bilən peşəkarlar olmalıdır".
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 13 Yanvar 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















