Icma.az
close
up
RU
İlqar Fəhmi 50

İlqar Fəhmi 50

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Avqustun 18-i onun 50 yaşı tamam olur. Sizə zarafat gəlməsin, o, müasir Azərbaycan ədəbiyyatının ünlü yazarlarından biridir. Onun yaradıcılığı ən yaxşı bədii nümunələrdən biri kimi ədəbiyyat tariximizdə yer alıb. Gözəl poeziya nümunələrinin, o cümlədən maraqlı roman və povestlərin müəllifidir. Qələmə aldığı pyeslər bir sıra ölkə teatrlarında səhnələşdirilib. O, həmçinin kinodramaturq kimi də xeyli işlər görüb. Bir sıra film, serial və bədii filmlərin ssenarisini yazıb. Kifayyət qədər xidmətləri var. Ümid edirəm ki, onun 50 illik yubileyi təntənəli şəkildə- yüksək səviyyədə qeyd olunacaq...

Bəli, bu gün sizə bir şair, yazıçı, kinodramaturq haqqında söhbət açmaq istəyirəm. Öncə onu söyləyim ki, anadangəlmə öndər, mərd və iradəli adamdır. Cazibəsi sayəsində ətrafına onlarla insanı toplaya bilir. Və müsbət xüsusiyyətləri ilə həmişə ön plana çıxır. Özünə inam baxımından adətən hamıdan öndə olur. Hətta xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarır. Vicdanlı və ürəyiyumşaqdır. İnsanlara kömək etmək istəyi, ona içdən gəlir. Bütün bununlarla yanaşı, o davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəslidir...

Deyir ki:- “Sənətkarlar bəzən cəmiyyətdə elə sevgi qazanırlar ki, hər şeyi unudub ayaqlarının altını görmürlər. İnsanlar onlara rəğbət göstərdikcə, sanki başları hərlənir. Bəziləri də elə fikirləşirlər ki, nə etsələr də, xalq qəbul edəcək və qəbul etməyə məhkumdur. Necə deyərlər, təkəbbür onları məcrasından çıxarır. Günah belələrinə ehtiram göstərənlərdədir. Düşünmürlər ki, bir şeyin ki adı sənətdirsə deməli sünidir. Məgər sənət rus dilində iskusstvo (искусство)- süni sözündən dyilmi? Yəni iskusstvennıy (искусственный). Bir şeyin ki kökündə sünilik dayanır, bu, heç vaxt təbii ola bilməz. Jan Bodriyarın “Simulakrum və Simulyasiya” əsəri var. Orda deyir ki, müasir cəmiyyətdə bir şeyin “kopya”sı onun özündən daha çox hörmət qazanır. Təsəvvür edin ki, Qarabağ müharibəsi ilə bağlı yaxşı bir film çəkilir və aktyor möhtəşəm bir obraz yaradır. Bodriyarın dediyi kimi, simulyator sistemi işə düşür. Real qəhrəmandan daha çox, xalq o aktyoru sevir. O aktyora bütün məclislərdə yuxarı başda yer verirlər, ona əl çalırlar, onu tərifləyirlər. O da, vətənpərvərlikdən, qəhrəmanlıqdan danışır. Demək istəyirəm ki, əslində əsl qəhrəmanın özündən çox, onun obrazını yaradan sənətkara daha çox diqqət ayrılır. Bu, zamanənin faciəsidir. Quranda təkəbbürlülük bəyənilmir. Şairlər, yazarlar başa düşsünlər ki, sən əslində nə qədər təriflənsən də, nə qədər diqqət-qayğı görsən də, bu vaxta qədər bir dənə adamın qarnın doydurmamısan. Cəmiyyətə bir xeyrin dəyibmi? Sadəcə süni bir şey yaratmısan...”

Öz rahatlığını heç nəyə qurban vermir. Rus atalar məsəlində olduğu kimi- “müharibə öz yerində, nahar elə nahardır...” Amma buna rəğmən çalışqan və bacarıqlıdır. Özünü sübut etmək üçün çox əzmkardır. Elə bunun sayəsində də, harada çalışmasından asılı olmayaraq, uğur qazana bilir...

“Hər bir yaradıcının müəyyən istiqamətləri yazdığı ilk əsərlərdən bilinir. Kiminsə əsərində fəlsəfi meyillər üstün olur, kimdəsə ədəbi həllər, kimdəsə təsvirlər və s. Mənim həm poeziya, həm də prozamda isə teatrallıq və vizuallıq həmişə üstün olub. Teatr mövzusuna həsr olunan "Akvarium", "Akvanaziya", bir aktrisanın taleyindən bəhs edən "Aktrisa" romanlarım, "Karmen" povestim elə birbaşa teatra yaxın mövzulardır. Əvvəl buna çox da diqqət etməmişəm. Amma bir müddətdən sonra analiz edəndə gördüm ki, əsərlərim teatraldır və bu teatrallıq dekorativliyin üzərinə köklənib. Yəni mən yazanda özüm də hiss etmədən heç vaxt məişətin aşağı qatlarına düşməmişəm. Teatrallıq effektini də məhz bu yaradıb. Çünki teatrda verilən ölümü də, qan-qadanı da tamaşaçı şərti qəbul edir. Qeyd etmək istəyirəm ki, kinodan fərqli olaraq, teatrda naturalizmə getmək olmaz. Hər halda, bu teatrdır.”- söyləyir...

1975-ci ilin avqust ayının 18-də Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. İndiyədək "Axırıncı qatar" ("İtlər"), "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib. Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib. Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında çalışır və Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasında Televiziya serialının ssenarisi fənnindən dərs deyir. Və Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır...

Bəli, düz tapdınız, söhbət İlqar Fəhmidən gedir. Həddən artıq qürurlu və tələbkardır, lakin eyni zamanda mehriban və həyat doludur. Həmişə gülümsəməyə və yaxşı vaxt keçirməyə çalışır. Ən çətin problemləri belə həll edə bilən zəkaya malikdir. Bir çox mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq edə bilir. Tükənməz enerjisi, parlaq istedadı var. Gözəl intuisiyaya sahibdir, hadisələri öncədən hiss edir...

2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur. 2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru olub. Son illərdə pyesləri ardıcıl şəkildə ölkə teatrlarında səhnələşdirilib. Onlardan “Son reportaj”, “Mənəm, mən”, “İsgəndərə yeni namə”, “Balaca kişilər” pyeslərini qeyd etmək istəyirəm . Hələ bu harasıdır, on beşdən yuxarı sənədli və bədii filmin ssenari, on beşə yaxın roman, povest və şeir kitablarının müəllifidir. Şeirlərinə gəldikdə isə, mükəmməl poeziya nümunələri yarada bilib. Onların bəzilərinə bəstəkarlar mahnı da bəstələyiblər...

Bir sözlə, haqqında söhbət açdığım İlqar Fəhmi Azərbaycan ədəbiyyatına və eləcə də mədəniyyətinə xeyli töhfələr verib. Bəlkə də yaşıdları arasında sıranın önündədir. Amma ağayanə adam olduğu üçün, heç vaxt özünü reklama yol verməyib...

Müstəqilliyimizi bərpa edəndən sonra, şair və yazıçılarımızın arasından səhv etmirəmsə, cəmi bir nəfərin, Sabir Rüstəmxanlının 50 illik yubileyi dövlət səviyyəsində baş tutub. Fəqət, suverenliyimizin bərpasından sonra hələ ki, heç bir qələm adamının 50 illik yubileyi dövlət səviyyəsində keçirilməyib. İnanın ki, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi buna layiq qələm adamlarındandır...

Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri