Kitab oxuyanlar psixoloqa ehtiyac duymur İlqar Fəhmi
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Psixoloqlara, kouçlara, fərdi inkişaf mütəxəssislərinə, bu istiqamətdə təlimlərə, tədbirlərə ona görə ehtiyac yaranıb ki, insanlar bədii ədəbiyyatdan aralı düşüb.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə yazıçı İlqar Fəhmi çıxış edib. O bildirib ki, nson iki yüz ilin dünya ədəbiyyatı bütün bu suallara cavabı özündə əks etdirir:
“Geniş ədəbi mütaliəsi olan adamın bu cür dəstəklərə ehtiyacı olmur. Necə ki, əvvəllər ehtiyac yox idi.
Əsas məsələ isə sadəcə düzgün seçim etməkdi. Etiraf edək ki, son onilliklərdə elə ədəbi əsərlər dəbə minir ki, insanın olan-qalan həyat eşqini, fərdi inkişaf həvəsini də öldürür.
Deməli, çətinlik sadəcə düzgün ədəbi material seçimi etməkdir. Bunu bacarsaq və ədəbi mütaliədən qorxmasaq, heç bir psixoloqa , kouça, fərdi inkişaf proqramlarına, təlimlərə ehtiyacımız olmayacaq”.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















