İmamoğlu bunlarda ittiham edilir
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İstanbul şəhər Prokurorluğu şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə səbəb olan ittihamlar barədə açıqlama yayıb.
“Report”un “Haber Global”a istinadən xəbərinə görə, açıqlamada qeyd olunur ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə sədri olduqdan sonra Beylikdüzü Bələdiyyə sədri olduğu müddətdən bəri yanında olan və ona sadiq olan şəxsləri Böyükşəhər Bələdiyyəsinin bölmə və tabeliyindəki qurumların rəhbərlərinə təyin edib.
Bildirilib ki, cinayətkar təşkilatın fəaliyyətinin davam etməsini təmin etmək məqsədilə öz alt strukturunu formalaşdıran şəxslər tenderlər vasitəsilə bir çox bələdiyyə tabeliyindəki qurumlarda mütəşəkkil şəkildə “tenderlərin saxtalaşdırılması”, “ fırıldaqçılıq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi”, “rüşvətxorluq” və “hədə-qorxu ilə tələb etmə” cinayətləri törədiblər.
Digər ittihama görə, Ə. İmamoğlu çoxsayda iş adamına hədə-qorxu gələrək pul verməyə məcbur edib, bəzi iş adamlarına saxta yollarla pul qazanmağa yardım edib, qazancdan əldə olunan pulları leqalaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 20 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















