Icma.az
close
up
RU
İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 1-ci turu yekunlaşmasa da, ötən mövsüm Premyer Liqaya vəsiqə qazanan komandaların üçü də ilk oyunlarını keçiriblər. "Karvan-Yevlax" Şamaxıda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdisə, digər debütant "İmişli" eyni məkanda çempionluğa oynayan "Turan Tovuz"a final fitinə yaxın qol buraxaraq uduzdu. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb debütantların necə təsir bağışladıqlarını soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzdür, debütantların təlim-məşq toplanışlarını və yoxlama oyunlarını izləməmişəm. Amma komandaların heyətlərinə yeni oyunçular cəlb etməsindən yayılan məlumatlar əsasında xəbər tuturduq. Debütantların necə təsir bağışladıqlarına gəlincə, "Karvan-Yevlax" - "Qəbələ" və "İmişli" - "Turan Tovuz" qarşılaşmalarına təbii ki, baxmışam. Yevlax təmsilçisinin "Qəbələ" ilə oyununda hər iki komanda çox sayda səhvə yol verdi. Yeni qurulan kollektivlər adətən belə olurlar. "Qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadzenin yerli oyunçulara da şans verməsi diqqətimi çəkən əsas məqamlardan biri oldu. Yerlilərin hücumda buraxdıqları kobud xətalar da vurğulanmalıdır. Bir epizodda demək olar ki, boş qapıya yol tapa bilmədilər. İkiyəbir çıxsalar da, real şansı qaçırdılar. Eyni sözləri "İmişli" haqda da demək olar. "Turan Tovuz"un tam şəkildə dominantlıq etdiyi matçda "İmişli" də ən azı bir yüzfaizli qol imkanını əldən verdi. Elitaya 1-ci Liqadan yüksələn "Qəbələ" ilə Yevlax təmsilçisinin bir-birinə qarşı oynadıqlarını nəzərə alsaq, bu qarşılaşmada hər ikisinin çox sayda qol epizodu yarada bilməsi başadüşüləndir. Debütantların daha ambisiyalı rəqiblərə, belə desəm, ilk "6-lıq"da olacaqlarını təxmin etdiyimiz kollektivlərə qarşı nə ilə yadda qalacaqları maraq doğurur. Maliyyəsi az olanların gətirdikləri legionerlərin də səviyyələrinin yüksək olmadığı sezilir. Debütantları bir kənara qoysaq, ilk turda "Sumqayıt"a qonaq qismində 0:3 hesabı ilə uduzan "Kəpəz" də heyət baxımından ötənilkindən zəif görünür. Əslində, Gəncə təmsilçisi taktiki planda meydan sahiblərindən geri qalmırdı, amma keyfiyyət amili sözünü deyirdi. Matçdan sonra təşkil edilən mətbuat konfransında "sarı-göylər"in baş məşqçisi Adil Şükürov özü də istədikləri transferləri hələ reallaşdıra bilmədiklərini dedi. "Sumqayıt" birinci qarşılaşmada yaxşı komplektləşmiş komanda təsiri bağışladı. Serbiyalı mütəxəssis Saşa İliç qısa müddətdə yaxşı iş görüb. Bizə gözləmək qalır. Beş-altı turdan sonra kimin nəyə qadir olduğu bilinəcək. Başqa sözlə, daşlar yavaş-yavaş yerinə oturacaq".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 Avqust 2025 02:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri